GƏNCƏ TİBB KOLLECİ

“Sağlam həyat, sağlam gələcək" layihəsinin növbəti tədbiri Gəncə Tibb Kollecində keçirilib


Post Image

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Əczaçılar Klubu" ictimai birliyinin birgə həyata keçirdiyi "Sağlam həyat, sağlam gələcək" adlı layihənin növbəti tədbiri Gəncə Tibb Kollecində keçirildi.

Tədbirdə Gəncə Tibb Kollecinin tələbələri, həkim – müəllimləri iştirak edirdilər.

Tədbirin məqsədi narkomaniya və onun fəsadları, müalicəsi, bu bəladan qurtulrmağın yolları, o cümlədən əczaçılığın inkişafı olmuşdur.

Qarşılıqlı sual – cavab şəklində keçən tədbirdə, tələbələri maraqlandıran suallar cavablandırıldı.

"Əczaçılar Klubu" ictimai birliyinin sədri Şövqi Bünyadov tədbirdə çıxış etdi və yaradılan şəraitə görə Gəncə Tibb Kollecinin rəhbərliyinə təşəkkürünü bildirdi.


25.11.2022  [ 16:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024