Noyabrın 21-də Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının(YAP) yaranmasının 30 illi tamam oldu. Bu tarixi, şanlı Zəfərimizin yeni inkişaf dövründə qalib ölkənin vətəndaşları olaraq böyük qürurla qeyd edirik.1992-ci ildə yaranan partiyamız ilk gündən ümumxalq partiyasına çevrilərək xalqda sabaha inam yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə Yeni Azərbaycan Partiyasının(YAP) misilsiz xidmətləri var.
Yeni Azərbaycan Partiyası yaradıldığı ğündən cəmiyyətin avanqard qüvvəsinə - iqtidar partiyasına çevrildi. Çünki dövlətə, xalqa xidmət bu partiyanın fəaliyyətinin ana xəttini təşkil edir.
Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi qiymətləndirmişdir.
Bu çağırış bütün dövrlərdə öz aktuallığını qoruyaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinə bələdçilik edir. 2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi,aparıcı qüvvəsinə çevrilib.
Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı zirvələrə yüksəldən dövlət başçısı İlham Əliyev və Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrin icra edilməsi istiqamətində uğurlu fəaliyyətləri qürur mənbəyimizdir. YAP Sədri İlham Əliyevin “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq” çağırışı qarşıdakı dövrün aydın mənzərəsini təsvir etməklə Partiyanın üzvlərinin ilham mənbəyini daha da artırır.
Müstəqil Azərbaycanın inkişafının bütün sahələrində olduğu kimi 44 günlük Vətən müharibəsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır. O həssas günlərdə xalq-iqtidar bir yumruq kimi qələbənin Baş Kordinatoru Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Bu gün bütün türk dünyası Rəşadətli Azərbaycan Ordusu ilə fəxr edir.
Bu tarixi Zəfərimiz Azərbaycanı bu gün bütün türk dünyasının iftixarına çevirib. İndi Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı böyük qürur hissi keçirir və bizləri işğaldan azad edilmiş torpaqlarımızda geniş miqyaslı bərpa-quruculuq işlərində fəal iştirak etməyə çağırır. Heç şübhəsiz YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyərək dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına layiqli töhfəsini verəcək.
Azərbaycan artıq tarixi, şanlı Zəfərimizin bütün sahələrdə inkişaf dinamikasının reallıqlarını yaşayır. Hər birimiz Vətənimizin daha uğurlu gələcəyi üçün səylərimizi artıracaq, irimiqyaslı reallıqların həyata keçirilməsinə öz töhfəmizi verəcəiyik.
Gəncə Tibb Kollecinin müəllimi : Şəfiqə Səttar qızı Hüseynova