GƏNCƏ TİBB KOLLECİ

Gəncədə Zəfər Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib


Post Image

Gəncə şəhəri Şəhidlər Xiyabanında  keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, o cümlədən, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim – müəllim heyəti və tələbələr iştirak etmişlər.

Türkiyə Respublikasından gələn  44 nəfər türkiyəli qazi, Şəhidlər Xiyabanında təşkil olunmuş tədbirdə qonaq oldular.

8 Noyabr – Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edilib. Daha sonra Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Şəhidlərin xatirəsini əbədiləşdirən abidənin önünə əklil və gül dəstələri düzülüb.

Şəhidlərimizin xatirəsinə  həsr olunmuş şerlər səsləndirilmişdir.

Tədbirin sonunda Şəhidlərin məzarları ziyarət olundu.

10.11.2022  [ 17:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024