GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində süfrə mədəniyyəti haqqında konfrans


Post Image

03.11.2022 – ci il tarixində Gəncə Tibb Kollecində süfrə mədəniyyəti haqqında konfrans təşkil olunmuşdur.

Konfransda süfrə mədəniyyəti, süfrə bəzəyi, süfrəyə qulluq,yemək çeşidləri barədə ətraflı məlumat verilərək, əyani şəkildə nümayiş olundu.

Ulu babalarımızın və nənələrimizin əsrlər, qərinələr boyu öz gündəlik həyat və yaşam tərzində zaman-zaman, qətrə-qətrə yığıb topladıqları təcrübə və vərdişlər maddi- mədəniyyətimizin yaranması və formalaşmasında mühüm rol oynayıb. Danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının çoxşaxəli və zəngin mədəniyyəti içərisində süfrə mədəniyyətinin öz yeri, öz gözəllikləri var. Süfrə mədəniyyəti tarixən xalqımızın həyat tərzini, məişətini, davranışını, zövqünü, dünyagörüşünü formalaşdıran əsas amil olmuşdur.

Zəngin mətbəx mədəniyyəti xalqın qədimliyinin nişanələrindən biridir. Bu mənada xalqın tarixini yalnız muzeylərini, abidələrini görməklə yox, həm də mətbəxini tanımaqla öyrənmək olar.

Şərqin ən qədim ölkələrindən olan Azərbaycan mətbəx mədəniyyətinin rəngarəngliyi, bənzərsizliyi ilə də məşhurdur. Milli mətbəximizdə 2000-ə yaxın xörək növü məlumdur. Süfrələrimizi çeşid-çeşid yeməklər - isti xörəklər, soyuq qəlyanaltılar, şirniyyatlar, çay dəstgahı... bəzəyir.  

Azərbaycanda yeməklərin süfrəyə verilməsinin özünəməxsus qaydaları var. Əvvəlcə məxməri, bəzən xüsusi otlar və ya ədviyyatlar qatılmış çay gətirilir. Çay həm yemək verilənədək mədəni həzmə hazırlayır, həm də qonaqlar arasında ünsiyyət qurulmasına imkan yaradır. Sonra süfrəyə yeməklər düzülür.

Azərbaycan mətbəxində salatların da xüsusi yeri var. Müalicəvi əhəmiyyətli mineral sular isə süfrəmizə gözəllik gətirməklə bərabər çox xeyirlidir.

Adətən nahar və şam yeməyi şəkərbura, paxlava və digər dadlı şirniyyatlarla  bitir

Milli xörəklərimizin bu qədər ləzzətli olması həm də Azərbaycan təbiətinin səxavəti sayəsində, yeməklərimizdə ərzaqların çoxçeşidli və keyfiyyətli olması ilə bağlıdır. Bəs insan sağlamlığını qorumaq üçün necə qidalanmalıdır? Mütəxəssislər adət etdiyimiz milli xörəklərin hər birini, amma qədərində yeməyi məsləhət görürlər. Bir sözlə, gözün istədiyi yox, mədənin tələb etdiyi kimi qidalanmaq gərəkdir.

03.11.2022  [ 17:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024