GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Səhiyyə Nazirliyi ilə onlayn görüş oldu


Post Image

Dekabrın 21-də Gəncə Tibb Kolleciilə Azərbaycan Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə onlayn görüşü olub. Tədbirdə nazirlik tərəfdən onlayn konfransa şöbə müdiri Vüqar Məmmədov, əməkdaşları İlham Şükürov və Jəmilə Rzayeva qatılıblar. Görüşdə kollecin rəhbərliyi və bütün müəllim, laborant heyəti iştirak edib.

Konfransı açan Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev son illər təhsil müəssisəsində görülən işlərdən, aparılan təmir və texniki təhcizat məsələlərindən, yaradılan yeni laboratoriyalardan, onların maddi texniki bazalarının təşkilindən və yaxın gələcəkdə həyata keçiriləcək layihələrdən danışdı. Kollecin rəhbəri son illər beynəlxalq əməkdaşlıq sahəsində reallaşan proyektlərdən danışdı. M. Rzayev bildirib ki, yeni yaradılan laboratoriyaların texniki təhcizat məsələlərində Azərbaycan Səhiyyə Nazirliyi ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin böyük dəstəyi olmuşdur.

Qarşılıqlı diskusiyalar şəklində keçirilən onlayn konfransda söhbətlər Azərbaycan Səhiyyə Naziri cənab Teymur Musayevin tibbi təhsilin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə qarşıya qoyduğu tapşırıqlar ətrafında aparıldı.

Azərbaycan Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vüqar Məmmədov qeyd etdi ki, Gəncə Tibb Kollecində görülən işlər və yaradılan şərait çox ürək açandır. Nazirliyin rəsmisi görülmüş işlərin və yaxın gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı hesabatın hazırlanmasını və daha yaxın tanış olmaq üçün bu kimi müzakirələrin vacibliyini vurğuladı.

Digər iştirakşılar da belə müzakirələrin aparılması və vacib olan məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün belə görüşlərin mütəmadi aparılmasının vacibliyini vurğuladılar.

 

23.12.2022  [ 15:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024