Gəncə Tibb Kollecininin əsası 1931-ci ildə Az.SSR-nin Xalq Səhiyyə komissarlığının qəraraı ilə ilk orta ixtisas Tibb Politexnikumu kimi yaradılmışdır. Sonradan Feldşer - Mama Məktəbinə çevrilmişdir. 1939-cu ildən N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbi , 1989-cu ildən Gəncə Tibb Məktəbi , 2010-cu ilin iyun ayından Gəncə Tibb Kolleci adlandırılmışdır (Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 saylı qərarı ilə Səhiyyə Nazirliyinin 25.06.2010 47 saylı əmrinə əsasən)
Gəncə Tibb kolleci dövlət statuslu təhsil müəssisəsidir. Orta ixtisas təhsilli mütəxəssislər hazırlayır.
"Mamalıq işi" şöbəsi Gəncə Tibb Kollecində 1932-ci ildən fəaliyyət göstərir
"Tibb bacısının işiı" şöbəsi Gəncə Tibb Kollecində 1939-cu ildən fəaliyyət göstərir
"Əczaçılıq işi" şöbəsi Gəncə Tibb Kollecində 1999-cu ildən fəaliyyət göstərir
"Ortopedik stomatologiya" şöbəsi Gəncə Tibb Kollecində 2018-ci ildən fəaliyyət göstərir
"Laboratoriya diaqnostikası" şöbəsi Gəncə Tibb Kollecində 2018-ci ildən fəaliyyət göstərir
"Tibbi profilaktika" şöbəsi Gəncə Tibb Kollecində 2018-ci ildən fəaliyyət göstərir