GƏNCƏ TİBB KOLLECİ

Tələbə həyatı



Gəncə Tibb Kolleci   Respublikamızda olan tibb kollecləri içərisində ən qocaman təhsil müəssisəsidir.Bu təhsil müəssisəsi 1931- ci ildən  fəaliyyət  göstərir.Hal-Hazırda kollecimiz 7 ixtisas üzrə tibb kadrları hazırlayır.Dərslərin əyaniliyi, kitabxananın yenidən qurulması, nizam- intizam,kollecdə olan təmizlik işləri həmişə diqqət mərkəzində olmuşdur.

Hal-hazırda  “SMART-BOART” tipli elektron lövhələri vasitəsi  ilə dərslərin keçirilməsinə nail olunmuşdur.Bu da tibbin ən son nailiyyətlərini  əyani və praktiki  şəkildə nümayiş etdirməyə imkan verir.Kollecdə tədrisin gedişində nizam-intizama ciddi əməl olunur.

Gəncə Tibb Kollecinin  müəllim  və tələbə heyəti  tədrislə yanaşı olaraq dərsdənkənar tədbirlərdə də iştirak etmişlər


2017-2018 ci illər üzrə

“ 20 yanvar – Hüzn günü”, “26 fevral – Xocalı soyqırımı”, “8 – mart Beynəlxalq qadınlar günü ” “20 – 21 mart – Novruz bayramı ”, “31 mart -  Azərbaycanlıların soyqırımı günü ”,9 may – Alman faşizmi üzərində  Qələbə günü ”, “ 10 may Ümummilli  Lider Heydər Əliyevin anadan olması günü ”, “28 may Respublika günü”keçirilmişdir və kollecimizin bütün  kollektivi  bu tədbirlərdə fəal iştirak etmişdir.                                               

13.01-15.01.2017-il tarixlərində Türk TİKA şirkətinin əməkdaşlığı ilə “Neonatal Reanimasiya təlim” və “Əmizdirmə məsləhətçiliyi” mövzusunda elmi-praktik seminar keçirilmişdir.Seminarın məqsədi tələbələr arasında elmi biliklərin artırılması və ən son elmi təcrübi nailiyyətlərin nümayiş etdirilməsidir. Seminarda kollecin 2-ci,3-cü kurs tələbələri,”Uşaq xəstəlikləri” fənni üzrə müəllimlər, şöbə müdirləri iştirak etmişdirlər.                  
Kollecin müdiriyyəti həftədə bir dəfə müəllim heyəti ilə birgə iclaslar keçirir, müxtəlif məsələlərin müzakirəsini aparırlar.O cümlədən, həftədə bir dəfə tələbə heyəti  ilə də iclaslar kecirilir .Bu iclaslarda tələbələrlə davranış qaydaları, süfrə mədəniyyəti,nitq mədəniyyəti və s.haqqında  müzakirələr aparılır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi spartakiadalarda kollecimizin tələbələri müxtəlif idman növləri üzrə öz fiziki bacarıqlarını sınamışdırlar.


2017 ci il

Tədris ili üzrə kollecdə aşağıdakı tədbirlər kecirilmişdir:
 Dərs ilinin əvvəlində - 15 sentyabr “Bilik günü ”kolecimizin həyətində təntənəli qeyd olunur.Kollecimizin direktoru Azərbaycan Respublikasının əməkdar həkimi M.E.Rzayev yeni qəbul olunmuş tələbələri dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.Tədrisin birinci günündə tələbələrə Azərbaycan Xalqının Ümummilli Lideri  Heydər Əliyevin həyatından və gənclərə göstərdiyi  qayğısından söhbət aparılmışdır.

 Prezident cənab İlham Əliyevin gördüyü işlərin əhəmiyyəti haqqında tələbələrlə vaxtaşırı söhbətlər,diskussiyalar,disputlar aparılmışdır.
12.12.2017-ci il tarixində Ulu Öndərimiz Heydər Əliyevin “ Anım günü ” münasibətilə kollecimizin müəllim və tələbə heyəti Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini  yad etdilər .

31.12.2017-ci il “Dünya Azərbaycanlılarının həmrəylik günü və 01 yanvar Yeni il ” bayramı münasibətilə kollecin idman zalında Yeni il bayramı kecirildi.Bu bayramda kollecin müdiriyyəti müəllim  və tələbə heyəti iştirak etdilər .


2018 ci il

“20yanvar “faciəsinin il dönümü  münasibətilə kollecimizdə şəhidlərin xatirəsinə həsr olunmuş gecə keçirildi. 19-dan 20-ə keçən gecə xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi və ərazi  bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

26.02.2018-ci il tarixində Xocalı soyqırımının  anım gününə həsr olunmuş iclas kecirilmişdir .İclasda Xocalıda Şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tələbələr tərəfindən “Xocalı faciəsi”nə həsr olunmuş bədii kompozisiyalar göstərildi.

08.03.2018-ci il tarixində Beynəxalq Qadınlar bayramı hər il təntənəli keçirilir.Kollektivimizin əsas hissəsini  təşkil edən qadın müəllimlər kollecin müdiriyyəti və Həmkarlar Təşkilatı tərəfindən təbrik edilmişdir.

16.03.2018-ci il tarixində  Novruz Bayramı münasibətilə kollecin akt zalinda tədbir kecirilmişdir.Tədbirdə kollecimizin müdiriyyəti, müəllimləri iştirak etmişdirlər.Kollecin direktoru M.E.Rzayev  bu bayram münasibətilə hamını təbrik etdi və bəzi müəllimlərə “Fəxri fərmanlar”, pul mükafatları təqdim edildi .

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 35 illiyi münasibətilə Gəncədə konfrans kecirilmişdir.Həmin konfransda Gəncə Tibb kollecinin direktoru M.E.Rzayev və müəllim heyəti iştirak etmişdirlər. Həmçinin kollecimizdə də akademikin anadan olmasının 95 illiyi münasibətilə elmi-praktik konfrans keçirilmişdir.Konfransda bütün müəllim və tələbə heyəti iştirak etmişdirlər.

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə kollecimizdə  elmi –praktik konfrans kecirilmişdir .
Azərbaycan Xalq cumhuriyyətinin 100 illiyi münasibətilə kollecimizdə elmi – praktik konfrans keçirilmişdir.Konfransda müəllim və tələbə heyəti iştirak etmişdirlər .

12.06.2018-ci il tarixində Mülki Müdafiə dəstələrinin “Xəbərdarlıq və Toplanış”məşqi keçirilmişdir.Mülki Müdafiə qüvvələrinə FH-larzamanı davranış qaydaları haqqında məlumat verilmişdir.Xilasetmə vasitələrindən istifadə qaydaları və fəlakətlərdən qorunma,ilk tibbi yardım,odsöndürücülərin istifadəsi əyani və praktik şəkildə işçilərə izah edilmişdir.Kollecdə quraşdırılmış xəbərdarlıq siqnalları işlədilmişdir.

2017-2018-ci illərdə kollecdə yerinə yetirilmiş əsaslı təmir işləri yeni  tədris vəsaitlərinin  və avadanlıqlarının alınması təhsil müəssisəsinin simasını müasir dövrə uyğun olaraq təmamilə dəyişmişdir.Məqsədimiz budur ki, kollecimiz digər tibb kollecləri içərisində nümunəvi təhsil müəssisəsi olsun.

Gəncə tibb kollecinin qarşısında duran əsas vəzifələrdən biri də gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır .Tələbələrin vətənpərvər ruhlu bir şəxsiyyət kimi formalaşması gələcək tibb işçilərinin milli mənəvi dəyərlərinin qorunub saxlanması, peşələrinə  şəfqət hissinin, əxlaqi saflıq və kamillik ideyalarının, sərbəst işləmək  qabiliyyətinin  formalaşması və əməyə sevginin yaradılması müasir gənclərin elmi, dünyagörüşünü artırmaq və şəxsiyyət kimi hərtərəfli inkişafını təmin edən tədbirlər müəllimlərin iş planında öz əksini tapmışdır.


2018-ci il

Dərs ilinin əvvəlində 17 sentyabr “ Bilik günü ”kollecimizin həyətində təntənəli qeyd olundu . Kollecimizin direktoru M.E.Rzayev yeni qəbul olunmuş tələbələri dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.

Tədrisin birinci günündə tələbələrə Azərbaycan Xalqının Ümummilli Lideri  Heydər Əliyevin həyatından, iş fəaliyyətindən və  bu günkü müstəqil Azərbaycan Dövlətinin qurulması  uğrunda onun əməyindən, fədakarlığından qruplarda mühazirələr aparıldı.

11.10.2018-ci il tarixində Tələbə Gənclər Təşkilatının hazırladığı  “Sağlamlıq”,”Sağlamlıq və dözüm”,”Psixi və emosional sağlamlığın əsas elementləri”adlı tədbir keçirildi.Tədbir 10 nəfər müəllim və 115 nəfər tələbənin iştirakı ilə kollecimizin akt zalında keçirilmişdir.Sağlamlıq və fiziki hərəkətlərə aid çıxışlar dinlənildi.

25.10.2018-ildə Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “İnsan alverinin qarşısının alınması istiqaməti” və “İnsan alverinə qarşı mübarizə”adı altında təbbir keçirildi.Təbbirdə insan alveri və zorakılıq haqqında çıxışlar dinlənildi.

01.11.2018-ci il tarixində TGT-nin təşkilatçılığı ilə “İnsan alverinə və zorakılığa qarşı mübarizə ilə bağlı”mövzusunda tələbələrlə görüş keçirildi.Görüş müəllim və tələbə heyətinin iştirakı ilə kollecimizin akt zalında keçirildi.İnsan alveri və zorakılıq haqqında çıxışlar dinlənildi.

08.11.2018-ci il tarixində Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Spirtli içkilər insana nə kimi mənfi təsir göstərir”,”Spirtli içkilərdən istifadənin sağlamlığa təsiri” başlığı altında tədbir keçirildi.Tədbir 10 nəfər müəllim və 120 nəfər tələbənin iştirakı ilə kollecimizin akt zalında keçirildi.Tədbirdə çıxışlar dinlənildi.

27.11.2018-ci il tarixində “Anatomiya – fiziologiya və patologiya” fənni  üzrə elmi- praktik konfrans keçirilmişdir.Konfrans kollecin akt zalında müəllim heyətinin iştirakı ilə keçirilmişdir

01 dekabr QİÇŞ -ilə mübarizə gününə həsr olunmuş elmi-praktik konfrans 28.11.2018-ci il tarixində kollecimizdə keçirilmişdir.Konfransda kollecin  müəllim və tələbə heyəti ilə yanası Resublika QİÇŞ-lə mübarizə mərkəzinin əməkdaşı da iştirak etmişdir.

29.11.2018-ci il tarixində TGT-nin təşkil etdiyi “Sərxoşluq haqqında”,”Spirtli içkilərin zərəri”adlı görüş keçirildi.Görüşdə tələbələrin məruzəsi dinlənildi.

05.12.2018-ci il tarixində “Narkomaniya  ilə mübarizə” mövzusunda seminar keçirilmişdir.Seminarda şəhər polis idarəsinin  rəisi məruzə ilə çıxış etmişdir.

11.12.2018-ci il tarixində  Gəncə Tibb Kolleci və Azərbaycan Respublikası FHN-in Gəncə Regional Mərkəzinin birgə təşkil etdiyi  maarifləndirmə tədbiri kollecimizin akt zalında keçirilmişdir.Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuşdur.Dövlət himni səslənmiş,Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Müasir dövrdə dünyada baş alıb gedən təbii fəlakətlərin sayının çoxalması barədə müəllim və tələbə heyətinə ətraflı məlumatlar verilmişdir.Xüsusən belə bir dövrdə Mülki Müdafiə qərargahının işini daha çox canlandırmaq zərurəti meydana çıxır.Ona görədə Gəncə Tibb Kollecinin kollektivi öz işini bu istiqamətdə yönəltmişdir

13.12.2018-ci il tarixində Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Narkomaniya:bu dəhşətli ağ ölüm”,”Gələcəyimizi birlikdə düşünək,narkomaniyaya “yox”deyək!” başlıqları altında tədbir keçirildi.Tədbir müəllim və  tələbə heyətinin iştirakı ilə Gəncə Tibb kollecinin akt zalında keçirilmişdir.Tədbirdə çıxışlar dinlənildi və verilən suallar cavablandırıldı.

20.12.2018-ci il tarixində TGT-nin təşkil etdiyi “Narkotik vasitələr və psixotrop maddələrə qarşı mübarizə”,Zərərli vərdişlər və onların fəsadları”adı altında görüş keçirildi.Tələbələrin çıxışları dinlənildi və verilən suallar cavablandırıldı

21.12.2018-ci il tarixində Gəncə Tibb Kolleci  gənclərə tədrisdə kömək məqsədilə “ Elektron kitabxana”nın açılışına nail olunmuşdur.

27.12.2018-ci il tarixində Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Siqaretin sağlamlığa təsiri”,”Siqaretin dəhşətləri”adlı tədbir keçirildi.Tədbir müəllim və tələbə heyətinin iştirakı ilə kollecimizin akt zalında keçirilmişdir.Tədbirdə məruzələr dinlənildi və verilən suallar cavablandırıldı.

27.12.2018-ci il tarixində kollecin idman zalında 31 dekabr “ Dünya Azərbaycanlılarının Həmrəylik günü və 01 yanvar Yeni il ” bayramı münasibətilə təntənəli yeni il bayramı keçirildi.

Müəllim və tələbələrimiz  həmçinin ümumi şəhər  miqyasında kecirilən mədəni – kütləvi,Siyasi tədbirlərdə həmişə fəallıq göstərmişlər


2019-cu il

18.01.2019-cu il tarixində “ 20 yanvar ” faciəsi ilə əlaqədar olaraq kollecimizdə iclas kecirildi .İclasda şəhidlərimizin  əziz xatirəsi yad olunmuşdur.

31.01.2019 və 01.02.2019-cu il tarixlərində “Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülük fondu”layihəsi keçirilmişdir.Layihədə iştirak edən fəal tələbələrə sertifikat təqdim olundu.

02.02.2019-cu il tarixində “Gənclər günü”münasibətilə Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüş keçirildi.Həmin tədbirdə kollecimizin  fəal tələbələri kollecin sərgisini nümayiş etdirdilər.

21.02.2019-cu il tarixində  Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Siqaret çəkənlərə məsləhət”,”Siqaretin zərərli təsirləri”başlığı altında tələbələrlə görüş keçirildi.Görüş kollecimizin akt zalında müəllim və tələbə heyətinin iştirakı ilə keçirilmişdir.Məruzələr dinlənildi və verilən suallar cavablandırıldı.

25.02.2019-cu il tarixində “Xocalı faciəsi”nə həsr edilmiş tədbir keçirilmişdir.Mərasimi ilk olaraq kollecin Tədris-Tərbiyə işləri üzrə direktor müavini K.Y.Qurbanov açdı və Xocalıda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

26.02.2019 –cu il tarixində “ Xocalı soyqırımı ” ilə əlaqədar olaraq kollecin müəllim və tələbə heyəti Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə toplaşmiş və abidənin önünə gül  dəstələri qoymuşdular.

28.02.2019-cu il tarixində Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair”,”Sağlam həyat tərzi”mövzularında tələbələrlə görüş keçirildi.Görüşdə çıxışlar dinlənildi və verilən suallar cavablandırıldı.

28.02.2019-cu il tarixində Gəncə  tibb kollecində 85 nəfər tələbənin YAP vəsiqələrinin verilməsinin təqdimatı keçirilmişdir.Təqdimatda Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının nümayəndələri də iştirak etmişdirlər.

01.03.2019-cu il tarixindəAzərbaycanın qurucusu, memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş təhsil müəssisələri tələbələrinin arasında keçirilən sağlamlıq spartakiadasının açılışında Gəncə Tibb Kollecinin tələbələri də iştirak etmişdirlər.

05.03.2019-cu il tarixində “Gəncə Avropa İdman Şəhəri 2019”layihəsinin açılış mərasimi və 5 mart “Bədən tərbiyəsi və idman” gününə həsr edilmiş idman tədbiri keçirilmişdir.Tədbirdə Gəncə Tibb Kollecinin könüllüləri təltif olundular.

06.03.2019-cu il tarixində təhsil müəssisələri tələbələrinin arasında keçirilən Sağlamlıq Spartakiadasının yarışında Gəncə Tibb Kollecinin tələbələri 2-ci yerə çıxmışdırlar.

07.03.2019-cu il  tarixində Beynəlxalq Qadınlar bayramı ilə əlaqədar olaraq kollecimizin akt zalında bayram tədbiri keçirilmişdir.Tədbirdə müəllim heyəti iştirak etdi .Kollecimizin direktoru M.E.Rzayev qadın müəllimləri təbrik etdi və onlara uğurlar arzulayıb xoş sözlər söylədi.

12.03.2019-cu il  tarixində yel çərşənbəsi ilə əlaqədar olaraq ümumşəhər bayram tədbiri keçirildi.Tədbirdə kollecimizin direktoru M.E.Rzayev başda olmaqla müəllim  və tələbə heyəti iştirak etmişdirlər.

14.03.2019-cu il tarixində Gənclər Təşkilatının və Yoluxucu xəstəliklər fənn birləşmə komissiyasının təşkil etdiyi “İnfeksion və qeyri infeksion xəstəliklərin profilaktikası”,”Yoluxucu xəstəliklərin immunoprofilaktikası”adlı elmi-nəzəri konfrans keçirildi.Konfrans müəllim və tələbə heyətinin iştirakı ilə kollecimizin akt zalında keçirildi.Çıxışlar dinlənildi və verilən suallar cavablandırıldı

18.03.2019-cu il tarixində Novruz bayramı münasibətilə təşkil olunan ümumşəhər tədbirində Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti  də iştirak etmişdir.Tədbir Gəncə şəhər Heydər Əliyev Park-Kompleksində təşkil olunmuşdur.Kollecimizin tələbələri qonaqları milli geyimdə qarşıladılar və hazırladıqları milli ornamentlərlə naxışlanmış şirniyyat xonçalarını bayram iştirakçıları həvəslə izlədilər.

29.03.2019-cu il tarixində kollecimizin akt zalında İngilis dili üzrə “Sağlamlıq ən böyük nemətdir”adlı konfrans keçirilmişdir.Bu konfrans tələbələrin xarici dildə nitq qabiliyyətlərinin inkişafındakı uğurlarını göstərməklə yanaşı, onların gələcəkdə xəstələrlə təmasının formalaşmasına xidmət edir.Məzunlarımızda praktik bacarıq və qabiliyyətlərinin inkişafına zəmin yaradır.Bununla yanaşı  sağlamlığın ən böyük nemət olaraq qorunmasının vacibliyini bir daha tələbələrə aşılayır.Əgər nəzərə alsaq ki,Gəncə MDB-nin mədəniyyət paytaxtı kimi tanınmaqdadır,ortaq ünsiyyət vasitəsi kimi ingilis dilinə yiyələnmək zəruri amillərdən biridir.Bir sözlə kollecimiz nəinki regionda,eyni zamanda Respublikamızda hər tərəfli inkişaf etmiş gənclər və yüksək ixtisaslı orta tibb kadrlarının hazırlanması işinə öz töhfəsini verir.

31.03.2019-cu il tarixində Gəncə şəhər Gənclər evində şəhər      Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “31 mart- Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə kollecimizin tələbələri də iştirak etmişdilər.
    
04.04.2019-cu il tarixində TGT-nin və 5 saylı fənn birləşmə komissiyasının hazırladıqları “Sağlam qidalanma şərtləri”,”Sağlam qidalanmanın 10 qızıl qaydası”adlı elmi-nəzəri konfrans keçirildi
 
05.04.2019-cu il tarixində kollecimizin akt zalında “Aprel Şəhidləri”nə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak etmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru M.E.Rzayev açdı və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Müqəddəsliyin,ölməzliyin ən yüksək zirvəsi olan şəhidlik və vətənpərvərlik haqqında çıxışlar oldu.

05.04.2019-cu il tarixində təhsil müəssisələri tələbələrinin arasında keçirilən Sağlamlıq Spartakiadasının dama yarışında Gəncə Tibb Kollecinin tələbələri 2-ci yerə çıxmışdırlar.
                                                               
08.04.2019-cu il tarixində 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Ümumşəhər tədbiri keçirilmişdir.Tədbirdə Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak etmişdir.                

08.04.2019-cu il tarixində 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə “Ağac əkmə”aksiyası keçirilmişdir.Aksiyada GTK-nin fəal tələbələri və müəllimlər iştirak etmişdirlər.

10.04.2019-cu il tarixində Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “İctimai nəqliyyatda mədəniyyət problemi”,”Yol həyatdır!”başlıqları altında tələbələrlə görüş keçirildi.Görüşdə çıxışlar dinlənildi və verilən suallar cavablandırıldı

11.04.2019 –cu il tarixində Gəncə Tibb Kollecinin direktoru M.E.Rzayevin  tələbələrlə görüşü  keçirilmişdir.Görüşdə Gəncə şəhər Gənclər və idman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov da İştirak etmişdir. Tədbirin əsas məqsədi  tələbə gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək,onların xalqımızın milli-mənəvi dəyərlərinə hörmət edərək bir şəxsiyyət kimi formalaşmasıdır.Tədbirdə həmçinin Tələbə Gənclər təşkilatına yeni sədr təyin olundu.

15.04.2019-cu il tarixində Gəncə Tibb Kollecinin akt zalında “Odlar Yurdu”gənclər ictimai birliyinin nümayəndələrinin tələbələrlə görüşü keçirilmişdir. Birliyin baş katibi Ruslan Vəliyev çıxış edərək gəncləri salamlayıb və mövcud şərait üçün Gəncə Tibb Kollecinin rəhbərliyinə öz minnətdarlığını bildirib. Daha sonra O, gənclərin humanist ideyaların təbliğində həssaslığının vacibliyindən danışaraq gəncləri “Xeyriyyə Marafonuna” qoşulmağa dəvət edib.Qeyd edək ki,Xeyriyyə marafonu çərçivəsində ilk fəaliyyət gənclərin iştirakı ilə Gəncə şəhər uşaq evinə səfərlə başlamışdı. Ümumiyyətlə xeyriyyə marafonunun keçirilməsində əsas məqsəd xüsusi qayğıya və dəstəyə ehtiyacı olanlara diqqət göstərməklə gənclər arasında humanizm ideyalarının yayılmasına xidmət etməkdir

17.04.2019-cu il tarixində GəncəTibb Kollecində tələbələr üçün Milli Debat Proqramının təqdimatı keçirilib.Gəncə Regional Debat Mərkəzinin sədri Elşən Tağıyev təqdimatda iştirak edən gənclərə debatın üstünlükləri haqqında və son illərdə debat ilə bağlı hansı işlərin görülməsi,debatın tələbələrə faydası haqqında ətraflı məlumatlar verdi.Tədbirin yekununda Gəncə Tibb Kollecinin Debat klubuna  Hüseynova Aytac sədr seçilmişdir.

18.04.2019-cu il tarixində Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Sağlam həyat tərzi”mövzusunda tələbələrlə görüş keçirildi.Görüşdə kollecimizin direktoru M.E.Rzayev də iştirak etmişdir.Qeyd edəkki "Sağlam həyat tərzi"adı altında:
1.Telefonun insan həyatına təsiri.
2.Hərəkətsizliyin insan həyatına təsiri.
3.Siqaretin insan həyatına təsiri.
4.Spirtli içkilərin zərərləri.
5.Narkotikin zərərləri
haqqında tələbələr məlumatlandırıldı və müzakirələr aparıldı

19.04.2019-cu il tarixində “Qeyri-İnfeksion Xəstəliklər ilə mübarizə” mövzusunda kollecimizin akt zalında  bütün fənlər üzrə elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda kollecimizin direktoru M.E.Rzayev və bütün müəllim heyəti iştirak etmişdir. Mövzular:    
1.Hava mühitinin gigiyenik və etioloji əhəmiyyəti
2.Qidalanmanın gigiyenik və ekoloji əhəmiyyəti
3.Suyun gigiyenik və ekoloji əhəmiyyəti
4.Miokard infaktı
5.Stenokardiya və miokard infaktı zamanı istifadə olunan dərman maddələri  
6.Uşaqlarda QİX təsnifatı,profilaktikası
7.Hamilələrdə qidalanma və gigiyena
8.Uşaqlarda və böyüklərdə qeyri-infeksion xəstəliklərin fizioterapevtik müalicəsi

24.04.2019-cu il tarixində TGT-nin təşkil etdiyi “İctimai nəqliyyatda davranış qaydaları və onlara necə əməl etməli”mövzusunda tədbir keçirildi.Tədbir 10 nəfər müəllim,115 nəfər tələbə heyətinin iştirakı ilə Gəncə Tibb Kollecinin akt zalında keçirilmişdir

25.04.2019-cu il tarixində Gəncə Tibb Kollecinin 3 saylı fənn birləşməsinin nəzdində olan Mamalıq,Ginekologiya,Uşaq xəstəlikləri və Tibbi sosial reabilitasiya fənləri üzrə elmi-praktik konfrans keçirilmişdir.  Konfransın məqsədi tələbələrin bilik və bacarıqlarının səviyyəsinin yüksəldilməsi və elmin son yenilikləri ilə tanışlıq idi. Sonda tələbələrin hazırladıqları səhnəciklər göstərildi.  

25.04.2019 cu il tarixində Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri və 22 nəfər fəal tələbələrimizlə birgə “Xan Bağ”ında iməcilik  keçirmişdilər.  

26.04.2019 cu il tarixində Gəncə Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Gənclər Fondunun “Məşğulluq proqramı”layihəsinin təqdimatı keçirilmişdir.Təqdimatın məqsədi 18-29 yaş arası gənclərin işlə və digər sosial fəaliyyətlə təmin olunması ilə bağlı olmuşdur.Təqdimatda Gəncə Tibb kollecinin tələbələri də iştirak etmişdirlər.    

26.04.2019 cu il tarixində Gənclər evində,Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin “Gənc İstedad”festivalının 1-ci nominasiyası (bədii qiraət) keçirilmişdir.Gəncə Tibb Kolleci finala vəsiqə qazanmışdır.

29.04.2019-cu il tarixində  kolleclər arası basketbol yarışında Gəncə Tibb Kollecinin qızlardan ibarət olan komandası 2-ci yerə çıxmışdır.

02.05.2019-cu il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Yeni Azərbaycan Partiyasının nümayəndələri,müəllim və tələbə heyəti iştirak etdilər.Tədbiri giriş sözü ilə kollecin direktoru M.E.Rzayev açaraq qeyd etdi ki,bu gün müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür.Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir.Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Sonda Heydər Əliyevin ömür yoluna həsr olunan film nümayiş olundu.  

02.05.2019-cu il tarixində Gəncə Tibb Kollecinin 104 nəfər tələbəsinə YAP vəsiqələrinin verilməsinin təqdimatı keçirilmişdir.Təqdimatda kollecin direktoru M.E.Rzayev,GTK-nın YAP sədri,Yeni Azərbaycan Partiyasının nümayəndələri,Gənclər Birliyinin sədri,şöbə müdürləri və tələbələr iştirak edirdilər.  

03.05.2019-cu il tarixində Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “İctimai nəqliyyatda nəzakət qaydaları”adlı tədbir keçirildi.Tədbir 45 nəfər müəllim və 210 tələbənin iştirakı kollecimizin akt zalında keçirildi

04.05.2019-cu il tarixində Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Gəncə şəhərində konsert təşkil olunmuşdur.Konsertdə Gəncə Tibb Kollecinin direktoru M.E.Rzayev başda olmaqla bütün müəllim və tələbə heyəti iştirak etmişdir.`

07.05.2019-cu il  tarixində Heydər Əliyev mərkəzində  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş ekskursiya təşkil olunmuşdur.Ekskursiyada Gəncə Tibb Kollecinin 30 nəfər fəal tələbələri iştirak etdilər.

08.05.2019-cu il tarixində Gəncə Tibb Kollecində 1saylı FBK-nəzdində olan: “Daxili xəstəliklər” və “Sinir- ruhi  və tibbi psixologiya” fənləri üzrə elmi-nəzəri konfrans keçirildi.Konfransın məqsədi tələbələrin bilik və bacarıqlarının səviyyəsinin yüksəldilməsi və elmin son yenilikləri ilə tanışlıq idi.   

09.05.2019-cu il tarixində Gəncədə faşizm üzərində qələbənin 74 cü il dönümü qeyd olundu.Tədbir “Xan bağı”nda,ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə keçirildi.Tədbirdə Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak etdilər və İsrafil Məmmədovun məzarüstü abidəsi önünə gül dəstələri qoydular.

10.05.2019-cu il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilmiş təhsil müəssisələri tələbələrinin arasında keçirilən sağlamlıq spartakiadasının futzal növü üzrə yarışında Gəncə Tibb Kollecinin oğlanlardan ibarət komandası 2-ci yerə çıxmışdır.

15.05.2019-cu il tarixində Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk kollecimizin qonağı oldu.Əsaslı təmir və bərpa işlərindən sonra bina ilə tanış olan qonaq burada yaradılan şəraitdən çox məmnun qalıb.Zeki Öztürk bildirib ki:”Mən tibb kollecini ziyarət edərkən çox modern bir təhsil müəssisəsini görməkdən çox məmnunam.Belə bir yüksək şəraitin Gəncədə yaradılması məni çox sevindirdi.Sinif otaqlarında müasir avadanlıqların quraşdırılması,tələbələr üçün yaradılan şərait gələcəkdə bu kollecdə çox peşəkar tibb işçilərinin yetişəcəyindən xəbər verir.Dərs deyən müəllimlərin bilik səviyyələri,böyük həvəslə tələbələrə bilikləri çatdırmaq istəkləri hiss olunurdu.Bu da onu göstərirki,kollecin rəhbərliyi yüksək ixtisaslı tibb bacılarının və tibb personalının yetişdirilməsi üçün vacib addımlar atır”.
Görüş zamanı kollecin direktoru Mehman Rzayev konsula məlumat verdi ki,təhsil müəssisəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə sıx əməkdaşlıq edir və yaxın vaxtlarda bu təşkilatın dəstəyi ilə Tibb Kollecində hər bir şəraitlə təmin olunacaq tələbə kafe-kitabxana inşa edilməsi planlaşdırılır.
Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk kolleclə yaxından tanış olmaq üçün yaradılan şaraitə görə müəssisənin direktoru Mehman Rzayevə öz minnətdarlığını bildirib.

15.05.2019-cu il tarixində Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəffəkkir İmadəddin Nəsiminin canlı portreti yaradıldı.Gəncə Tibb Kollecinin 257 nəfər tələbəsi portretin hazırlanmasında iştirak etmişdirlər.

16.05.2019-cu il tarixində Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının hazırladığı Vətənpərvərlik mövzusunda “Azərbaycan Gəncliyini necə görmək istəyirik”adlı konfrans keçirildi.Konfransda gələcəyin sağlamlıq keşikçilərinə vətənin də keşiyində sayıq dayanmaq,dövlətinə,millətinə şərəflə xidmət etmək tövsiyyə olundu.Öz növbəsində tələbələr vətənpərvərlik mövzusuna aid müxtəlif şerlər səsləndirib,bədii kompazisiyalarla çıxışlar etdilər.Konfransda kollecimizin direktoru M.E.Rzayev,müəllim və tələbə heyəti ilə yanaşı Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının sədri qonaq oldular.

16.05.2019-cu il tarixində Gəncə Tibb Kollecində 6 saylı fənn birləşməsinin nəzdində olan “Farmakologiya” və “Analitik kimya” fənləri üzrə elmi-praktik konfrans keçirilmişdir.Konfransın məqsədi tələbələrin bilik və bacarıqlarının səviyəsinin yüksəldilməsi və elmin son yenilikləri ilə tanışlıq idi.

19.05.2019-cu il tarixində Gəncədə Türkiyənin 19 mayıs Atatürkü anma,genclik və spor bayramı keçirildi. Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak etmişdirlər.

21.05.2019-cu il tarixində Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədr və müavinləri,müəllim heyəti Dövlət Təhlükəsizliyi xidməti Beynəlxalq Antiterror təlim mərkəzi tərəfindən-Azərbaycançılıq ideologiyası”və “Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu”mövzusunda keçirilmiş konfransda iştirak etdilər.

22.05.2019-cu il tarixində Gəncə Tibb Kollecinin müəllim heyəti,YAP-sədri,TGT-nin fəal tələbələri Gəncə şəhəri Heydər Əliyev mərkəzində “Dayanıqlı İnkişaf Məqsədləri Naminə”keçirilmiş konfransda iştirak etdilər.

29.05.2019-cu il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96 illik yubileyi münasibətilə “Odlar Yurdu”Gənclər İctimai Birliyinin təşəbbüsü ilə “Unudulmaz”filminin Gəncədə təqdimatı keçirildi. Təqdimatda Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri, 100 nəfər tələbə  və müəllim heyəti iştirak etmişdir.

30.05.2019-cu il tarixində Gəncə Tibb Kollecində “Məzun Günü”keçirildi.Təntənəli surətdə keçirilən tədbirdə kollecin müdriyyəti və müəllim heyəti iştirak edirdilər.Tədbiri giriş sözü ilə kollecin direktoru M.E.Rzayev açdı.Direktor ilk olaraq məzunları təbrik etdi və gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladı.Sonra kolleci əla qiymətlərlə bitirən məzunlar “Fəxri Fərman”larla təltif olundular.

01.06.2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Azərbaycan Dəmir Yolları QSC, UNİCEF və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir keçirildi.Tədbir həmçinin, Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 30 illiyinə həsr olunmuşdur.Tədbirə 1 iyun 2019-ci il tarixində “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarının Bakı şəhərindən Gəncə şəhərinə doğru yola düşməsi ilə start verilib.Qatarla səyahət zamanı ilk öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova və UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin uşaqlarla görüşərək onlarla tanış olub.Tədbirin ikinci hissəsi Gəncə şəhərində davam edib. Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi dərin ehtiramla yad edilib.Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında tədbir keçirildi.Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının rəhbərləri və  tələbə heyəti  tədbirdə iştirak etdilər.

12.06.2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi.Konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev, YAP Gəncə şəhər təşkilatının sədri,millət vəkili Naqif Həmzəyev,millət vəkili Pərvin Kərimzadə,şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, partiya fəalları, gənclər və qonaqlar iştirak edirdilər.Eyni zamanda konfransda Umumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş "Bilik" yarışında GəncəTibb Kolleci 2-ci yeri tutduğu üçün həm kollecimiz adına,həm də tələbələrimizə “Fəxri Fərman”lar,mükafatlar təqdim edildi.

22.06.2019-cu il tarixində Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının Könüllüləri göstərdikləri uğurlu fəaliyyətə görə Azərbaycan Tələbə Gənclər İttifaqlarının Sədri Faiq  Məmmədov tərəfindən diploma layiq görüldülər.

28.06.2019 cu il tarixində Gəncə Tibb Kollecində "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" münasibətilə maarifləndirici tədbir  keçirildi. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə düzənlənən yığıncaqda gənclərə narkomaniyaya və narkobiznesə qarşı mübarizə aparmağın yolları və törətdiyi fəsadlar barədə məlumat verilib.Çıxış edən Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.  Rzayevin sözlərinə görə cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan narkomaniya dünyada silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədədir və hər bir millətin təhlükə mənbəyinə çevrilib.Tədbirdə Gənclər və İdman Baş İdarəsinin rəisi  Müşfiq Cəfərov,  Gəncə Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin müavini Comərd Rzayev, Gəncə Narkoloji Dispanserinin həkimi  Etibar Xəlilov da çıxış edərək narkomaniya və digər zərərli vərdişlər, onların fəsadları, bu dəhşətli bəlaya qarşı aparılan mübarizədən danışıblar. Gənclər arasında narkomaniyanın yayılmasının hər zaman cəmiyyətin aktual problemi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Gəncləri əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə daim fəal olmağa çağırıblar.Sonra çıxış edənlər də narkomaniyanın dəhşətli nəticələrindən danışdılar və vurğulandı ki, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.Tədbirin sonunda "Ağ ölüm" adlı sosial video-çarx nümayiş etdirildi  və gəncləri maraqlandıran suallar aidiyyəti qürumların nümayəndələri tərəfindən cavablandırıldı.

28.06.2019 cu il tarixində Gəncə Tibb Kollecində  2019-cu il üçün hazırlıq planına müvafiq olaraq “Fövqəladə hadisələrin  nəticələrinin aradan qaldırılması  zamanı mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq  məşqi keçirildi.Mülki müdafiə qərargahının rəhbəri, tibb kollecinin direktoru M. Rzayev tədbirdə çıxış edərək fövqəladə hallar zamanı kollec  əməkdaşlarının mühafizəsinin  təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, rəhbər heyətə və işçilərə fövqəladə hadisələr  zamanı yanğınsöndürmə , xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə  praktiki vərdişlərin aşılanmasının vacibliyindən danışdı. M. Rzayev əlavə edib ki, bu gün tibb kollecində yanğının vaxtında qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlər görülüb, dam örtüklərinin taxta konstruksiyalarına yanğına davamlı məhlul hopdurulmuş, bütün bina yanğın əleyhinə müasir siqnal sistemi quraşdırılmışdır.Sonra MM qərargah rəisi S.N.Abbasova çıxış edərək kollecin hərbiləşdirilməmiş heyətinə mülki müdafiənin yaranması barədə videoçarxlar nümayiş etdirmiş, yanğınsöndürən balonlar və onlardan istifadə qaydaları barədə bilgilər vermişdir. Abbasova kollecdə yanğın əleyhinə 80 tonluq YSH–sinin  daim yanğına qarşı hazır vəziyyətdə olması, YSH-ya  quraşdırılmış su nasosu barədə işçilərə geniş məlumat vermişdir.Yanğınsöndürmə manqasının  komandiri Tariyel Əliyev çıxış edərək kollecin mərtəbələrində quraşdırılmış su kranları haqqında məlumat vermiş, su nasosunun işləməsi qaydasını əyani olaraq işçilərə nümayiş etdirmişdir.


04.07-06.07.2019-cu il tarixlərində Gəncə şəhərində Gəncə Maarif evinin təşkilatçılığı ilə "Form teatr-2" layihəsinin təlimləri baş tutdu.Təlimlər 3 gün davam etdi.1,2-ci gün "Mirzə Şəfi Vazeh"muzeyində,3-cü gün isə Gəncə Maarif evində keçirildi.Gəncə Tibb Kollecinin aktiv tələbəsi uğurla iştirakına görə sertifikatla təltif edildi.

07.07.2019-cu il tarixində“Gəncə Avropa İdman Şəhəri – 2019” layihəsinin təbliğat konserti keçirildi.Konsert Xan bağında, Yaşıl Teatrda baş tutdu. Sakinlər və xarici qonaqlar üçün təşkil ediləcək konsertdə Nizami Yurdunun musiqi kollektivləri tamaşaçılar qarşısında xüsusi proqramla çıxış etdilər.Konsertdə Gəncə şəhərini son illərdə yerli və beynəlxalq yarışlarda təmsil etmiş və fəxri kürsüyə yüksəlmiş idmançılar, onların məşqçiləri, eləcə də idman kollektivləri iştirak etdi. Təbliğat konsertində “Gəncə Avropa İdman Şəhəri – 2019” layihəsi çərçivəsində bu il qazanılmış nailiyyətlər və həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər haqqında da məlumatlar  verildi. Gəncə Tibb Kollecinin tələbə və müəllim heyəti konsertdə iştirak etdilər.

07.07.2019-cu il tarixində Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində  "Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihə həyata keçirildi. Layihənin icrası “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ekspertləri ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı xidmət çərçivəsində reallaşdı.Təlimlərin keçirilməsində məqsəd - gənc liderləri müvafiq mövzular üzrə təlimatlandırmaq və maarifləndirməklə, onların qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılması və elektron məlumat bazaları, fəal vətəndaşlıq mövqeyi vasitələri haqqında məlumatlandırmaqdan ibarətdir.Təlimlərdə Gəncə Tibb Kollecinin fəal tələbələri “Sertifikat”larla təltif olundular.

12.07.2019-cu il tarixində Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin tədbirləri davam edir. Layihənin əsas məqsədi maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir. Layihənin əsas hədəfi gənclərdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkillərinin iştirakı ilə gənclərlə görüş keçirilmişdir. Görüşü layihə rəhbəri açaraq layihə haqqında məlumat vermiş, layihənin aktuallığından və vəkillərin iştirakı ilə keçirilən müzakirələrin vacibliyindən danışmış, bu mövzuda gənclərin daha çox maariflənərək zorakılığa qarşı mübarizədə ictimai vəkillərə ehtiyac olduğunu bildirmişdir. Görüşdə Gəncə şəhər 1 saylı Vəkillər bürosunun müdiri Camal Əliyev iştirakçılara Vəkillik İnstitutunda aparılan islahatlardan, əhalinin az təminatlı hissəsinə pulsuz hüquqi yardım göstərilməsindən məlumat vermiş və verilən suallara cavab vermişdir. Vəkillərdən Səadət Seyidli, Tünzalə Vəliyeva, Rihat Məmmədov, Ramil Həsənov da çıxış edərək real vəziyyət, vəkillik etdikləri hadisələr haqqında maraqlı təhlillər apararaq gənclərə hüquqlarını öyrənməyi və ətrafda baş verən hadisələrə biganə qalmamağı tövsiyyə etdilər. Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov gənclərə Ailə qanunvericiliyindən, Ailə Məcəlləsinə edilən dəyişikliklərdən məlumat vermiş, Azərbaycan Respublikasında hüquq-mühafizə sahəsində aparılmış islahatlardan və mövcud qanunvericilikdən danışmış, Cinayət Məcəlləsinə əsaslanaraq gəncləri gələcəkdə baş verə biləcək fəsadlar zamanı bu maddələrə əsasən məsuliyyət daşıyacaqlarını xəbərdarlıq etmişdir. Səbuhi Abbasov həmçinin QHT-lə birlikdə aparılan maarifləndirici tədbirlər haqqında da məlumat vermişdir.  Layihənin eksperti Genderəsaslı zorakılığın növlərindən danışmış,  bu sahədə ölkəmizdə olan mövcud vəziyyətdən, qanunvericilik bazasından danışmış, münbit hüquqi qanunvericilikdən məhz gənclərin daha çox bəhrələnmələrinin vacib olmasını qeyd etmişdir. Görüşdə istər ekspertlər, istərsə də iştirakçılar tərəfindən maraqlı təkliflər səslənmişdir. Onlardan: Vəkillərin iştirakı ilə daha geniş auditoriyada görüşlərin keçirilməsi; mənəvi-əxlaqi dəyərlərin və ailə dəyərlərinin təbliği; təbliğat işlərinə könüllülərin cəb edilməsi; KİV-də bu mövzuda təbliğatın aparılası üçün müraciət edilməsi və s. Təkliflərin hesabatda qeyd edilməsi görüş iştirakçılarının nəzərinə çatdırılmışdır.Tədbirdə Gəncə Tibb Kollecinin tələbələri də iştirak etdilər.

14.07.2019-ci il tarixində Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının Sədri və könüllüləri,həkim-müəllim heyəti Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilmiş Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə  həsr olunan tədbirdə iştirak etdilər.

Dərs ilinin əvvəlində 16 sentyabr “Bilik günü”kollecimizin həyətində təntənəli qeyd olundu. “Bu gün kollecimizdə tələbələrimizin yüksək səviyyədə təhsil almaları və tibbi biliklərə yiyələnmələri  üçün demək olar ki, bütün şəraitimiz var. Müasir tədris otaqları, tibbi laboratoriyalar, texniki avadanlıqlar ən son yenilikləri şagirdlərimizə çatdırmağa imkan verir. Bütün bu işlər ölkə başçısı Cənab İlham Əliyevin təhsilə və səhiyyəmizə olan diqqət və qayğısının nəticəsidir. Danılmaz faktdır ki, bu gün xəstəxanalarımız və poliklinikalarımız, digər tibb ocaqlarımız yenidən qurulur, əsaslı təmir olunur və ən müasir tibbi aparat və avadanlıqlarla təchiz olunur. Bundan sonra həmin tibb müəssisələrində çalışacaq savadlı həkimlər və tibb bacıları lazımdır. Dövlətimizin apardığı siyəsətin əsas məqsədi də savadlı tibb işçilərinin yetişdirilməsidir”.
Bu fikirləri Bilik günü münasibətilə Gəncə Tibb Kollecində keçirilən tədbirdə təhsil müəssisəsinin direktoru Mehman Rzayev söyləyib. Direktorun sözlərinə görə günü gündən gözəlləşən və müasirləşən Gəncə Tibb Kollecində tələbələrin bilik və bacarığını inkişaf etdirmək üçün çox savadlı və qabiliyyətli müəllim kollektivi formalaşmışdır:
“Tələbələrimiz üçün lazım olan hər şəraiti yaratmağa çalışmışıq. Artıq manikenlər və təcrübə üçün lazım olan avadanlıqlarla təchiz olunmuş 3 müasir laboratoriyamız var. Daha bir laboratoriyanın yaradılması üçün  işlər görülür. Yaxın vaxtlarda tələbələrimiz üçün yüksək sürətli internet xətti və 84 noutbukla təmin olunacaq kafe-internet klubun tikintisi start götürəcək. Bundan başqa müəllim və tələbələrimizin sağlamlığının qorunması məqsədilə fitnes mərkəzi fəaliyyətə başlayacaq. Bütün bunlar sizin yüksək səviyyədə hazırlaşmanız və keyfiyyətli təhsil alaraq ölkəmizə layiqli bir vətəndaş yetişməniz üçündür əziz tələbələr” deyə Rzayev əlavə edib.
Çıxışının sonunda Mehman Rzayev tələbə adını qazanan hər kəsə uğurlar arzulayıb.
19.09.2019-cu il tarixində Gəncə Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Himayədar Humanitar Tərəqqi İctimai birliyinin birgə təşkilatçılığı ilə yaradılan "Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində"layihəsinin 2 ci mərhələsi keçirildi. Təqdimatda Həkim-müəllim heyəti,TGT müavini və aktiv tələbələrimiz iştirak etdi,qlobal məsələlər,problemlər müzakirə edildi və verilən suallar cavablandırıldı.  

19.09.2019-cu il tarixində Gəncə Gənclər evində "21 sentyabr-Beynəlxalq Sülh Günü”ilə əlaqədar gənclərin iştirakı ilə maarifləndirici tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov "Beynəlxalq Sülh Günü"nün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.Daha sonra Amil Qurbanov (Gəncə Gənclər Evi SXM-n direktoru), Səbuhi Abbasov (Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri), Elmar Fətəliyev (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini), Sücəddin Qurbanov (Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncə şəhər bölməsinin sədri) çıxışlarında sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər."Beynəlxalq Sülh Günü"nə həsr olunmuş videoçarx izlənilib.Sonda gəncləri maraqlandıran suallar tədbirin qonaqları tərəfindən cavablandırılıb.Tədbirdə 75 nəfər iştirakçı olub.Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının 12 nəfər aktiv könüllüləri iştirak etmişdir.

27.09.2019-cu il tarixində  Ümumdünya Turizm Günü ilə əlaqədar olaraq “Gəncə Gənclər Evi” və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin “Muzey və Tarixi abidələrə” ekskursiyası təşkil olunub. 30 sentyabr - 1 oktyabr 2019-cu il tarixlərini əhatə edən tur zamanı gənclərə Ümumdünya Turizm Günü haqqında  geniş məlumat verilib. Gəncə Tibb Kollecinin tələbələri ekskursiyada iştirak edib.
Qeyd: 1980-ci ildən Birləşmiş Millətlər Beynəlxalq Turizm Təşkilatı (BMBTT) 27 sentyabrı Beynəlxalq Turizm günü kimi qeyd edir. Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.

29.09.2019-cu il tarixində Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib. Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarışın təşkilinə RİİB-in Gəncə şəhəri üzrə 50-dən çox könüllüsü yaxından dəstək verib. Gəncə Tibb Kollecinin tələbələri “V1-Challenge 2019 Gəncə” də könüllü iştirak etmişdirlər.

01.10.2019-cu il tarixində Gəncə Tibb Kollecinin 300 nəfər tələbəsi- Azərbaycan Respublikası vətəndaşlarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Gəncə Şəhəri  İcra Hakimiyyəti, Kəlbəcər Rayon İcra Hakimiyyəti və  Gənclər Fondu ilə birgə Gəncədə keçirdikləri mərasimdə iştirak etdilər. “Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilən bu tədbirin sonunda  Gəncə şəhərindən və Kəlbəcər rayonundan olan bir qrup  gənclər təntənəli surətdə ordu sıralarına yola salındı. Vətənin müdafiəsinə yollanan gənclərə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti”nin rəis müavini, general-mayor Yusif Mirzəyev vətənin keşiyində daim ayıq-sayıq dayanmağı tövsiyyə edib.Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda xüsusi kompozisiyalar təqdim olunub, mahnılar səsləndirilib.  

Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı birinci oldu.
Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı növbəti uğura imza atıb. Belə ki, oktyabrın 1-dən 8-ə kimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən aparılan monitorinqin nəticələrinə görə Gəncə Tibb Kolleci birinci yerə cıxmışdır. Məlumata görə 30-a yaxın Azərbaycan kolleclərinin Tələbə Gənclər Təşkilatlarının göstərdikləri fəallıq ballarla qiymətləndirilmiş və 73 balla Gəncə Tibb Kollecin TGT ən yüksək nəticə göstərmişdir. Ən yaxın izləyicisi Tovuz DSİK 47 balla ikinci, Astara PK isə 30 balla 3-cü olmuşdur.Bu uğurlu nəticə ilə Gəncə Tibb Kollecinin Tələbə Gənclər təşkilatının üzvlərini və rəhbəri təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

11.10.2019-cu il tarixində “Odlar Yurdu” Gənclər İctimai Birliyi ilə Gəncə Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalandı. Memorandum “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu müvafiq (2.1.4. gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi; 2.1.5. sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası) vəzifələri və onların həyata keçirilməsi məqsədilə tərtib olunmuş “Tədbirlər Planı”nın müvafiq bəndlərini nəzərə alaraq imzalanıb. Gəncə Tibb Kollecinin direktoru  Azərbaycan Respublikasının əməkdar həkimi Rzayev Mehman və “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova tərəfindən imzalanan memorandumun əsas məqsədi respublikanın qərb bölgəsində ali və orta ixtisas təhsil müəssisələrində, icmalarda, məktəblərdə gənclər arasında sağlam həyat tərzi, könüllü qan donorluğu, fiziki aktiv həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, pis vərdişlərlə mübarizə və s. mühüm mövzularda maarifləndirmə tədbirlərinin keçirilməsi, bilikləri artırılması və davranışlarının təkmilləşdirilməsidir.

11.10.2019-cu il tarixində Gəncə Tibb Kollecində 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş yığıncaq keçirilmişdir. Tədbiri ümummilli lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” kəlamı ilə açan kollecin direktoru Mehman Rzayev bildirib ki,  Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. “Azərbaycanın ilk müstəqil demokratik dövlət olmaq imkanı xarici müdaxilə, daxili çəkişmələr beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. Belə ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu” deyə Mehman Rzayev əlavə edib.Kollecin direktoru qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayır və ölkədə yaranan xaos, qarşıdurma vətəndaş müharibəsi həddinə çatanda xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.Mehman Rzayev bu gün müstəqil Azərbaycanın etibarlı əllərdə olduğunu vurğulayaraq cənab Prezident İlham Əliyevin dövlətimizin müstəqil və sərbəst olmasi, günü gündən inkişaf etməsi, çiçəklənməsi üçün gecə gündüz çalışdığını qeyd etdi.Çıxış edən kollecin tələbələri Azərbaycan müstəqillik tarixinə bir daha nəzər saldılar, həmin günün əhəmiyyətindən danışdılar.
Sonda tədbir bədii hissə ilə davam etdirildi və tələbələr vətənpərvərlik mövzusunda şerlər söylədilər, mahnılar səsləndirdilər.

Oktyabrın 17-18 tarixlərində Gəncə Tibb Kollecində “Ortopedik Stomatologiya” ixtisası üzrə təhsil alan tələbələr üçün “Metal Keramika” mövzusunda master-klass təşkil olunub. 100-ə yaxın tələbənin qatıldığı mühazirələrin əsas mövzusu metal-keramika dişlərin hazırlanması texnologiyaları sahəsində biliklərin praktik laboratoriyalarda əyani tətbiqi, bu sahədə beynəlxalq təcrübələrə əsaslanaraq yeni standartların tətbiqinin öyrədilməsi idi.Master-klassları Gülsa Grupun rəhbəri Şerif Gocaoğlu və Averon şirkətinin rəhbəri Boris Naumov keçiriblər. Mühazirələrdən qabaq tələbələrlə görüş təşkil olunub. Tədbiri giriş sözü ilə açan Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev qonaqları salamlayaraq belə master-klassların tələbələrin bilik və bacariqlarının artırılması səhəsində çox böyük önəm daşıdığını qeyd edib:“Bu gün dövlətimizin sosial yönümlü siyasəti nəticəsində Azərbaycanda səhiyyə sahəsində çox böyük inkişaf var. Tibb müəssisələsrimiz əsaslı təmir olunub, yeni xəstəxanalar və poliklinikalar, tibb məntəqələri tikilərək masir avadanlıqlarla təchiz olunub. Bizim əsas vəzifəmiz həmin tibb ocaqlarını bilikli və qabiliyyətli mütəxəssislərlə təmin etməkdir. Bu gün Gəncə Tibb Kolleci demək olar ki, yenidən qurulub. Müasir avadanlıqlarla təchiz edilən 3 böyük laboratoriya yaradırıq. Burada təhsil alan tələbələrimiz üçün beynəlxalq təcrübəyə malik mütəxəssislərin yüksək səviyyəyəli master-klassları çox vacib və önəmlidir” deyə Mehman Rzayev əlavə edib.Daha sonra çıxış Gülsa Grupun rəhbəri Şerif Gocaoğlu bu kimi master-klassların tələbələr üçün çox böyük əhəmiyyət daşıdığını vurğuladı. O qeyd edib ki, bu Gəncə Tibb Kollecində təhsil adına yaradılan hər bir şərait onu sözün yaxşı mənasında çox təəcübləndirib:“Mən bu vaxtadək dünyanın 30-a yaxın dövlətində tələbələr üçün master-klasslar keçirəm. Gəncə Tibb Kolleci onlar arasında ən yaxşılardandır. Burada yüksək bilik və keyfiyyətli tibbi təhsil almaq üşün hər şərait var. Yeni yaradılan laboratoriyalarla tanış olduqdan sonra hiss etdim ki, kollecin rəhbərliyi yüksək səviyyəli və bacarıqlı tibb işçiləri yetişdirmək üçün gecə-gündüz çalışırlar” deyə Şerif Gocaoğlu əlavə edib.Averon şirkətinin rəhbəri Boris Noumov da çıxış edərək iki günlük master-klasların tələbələr üçün yeni texnologiyalara yiyələnmələri baxımından çox yardımçı olacağını vurğuladı. O da çıxışında Gəncə Tibb Kollecini dünyanın müasir təhsil ocaqları ilə müqayisə etdi:“Bildiyiniz kimi biz Gəncə Tibb Kolleci ilə portnyor şirkətik. Bir il bundan qabaq “Ortopedik Stomatologiya” ixtisasında təhsil alan tələbələr üçün müasir bir laboratoriya yaratmağı düşünəndə belə bir estetik gözəl və yüksək şəraitli laboratoriya olacağını o qədər də təsəvvür edə bilməzdim. Amma indi tam məsuliyyəti ilə deyə bilərəm ki, Gəncə Tibb Kollecinin laboratoriyaları nəinki Azərbaycanın, hətta keçmiş sovetlər birliyində olan ölkələr arasında ən yaxşılardandır. Mən inanıram ki, 2 gün ərzində tələbələrə keçirilən bu master-klasslar onlar üçün yaxşı təcrübə olacaq” deyə B. Naumov bildirdi.Çixişlardan sonra tələbələr üçün master-klasslar başladı. İki gün ərzində “Ortopedik Stomatologiya” sahəsində olan yeniliklər, metal-keramika dişlərinin hazırlanması qaydaları və bu sahədə müasir biliklər, yeni aparat və avadanlıqlarla işləmək qaydaları, bu sahədə beynəlxalq biliklər və təcrübələr tələbələr üçün aşılandı. Master-klassların ikinci günü müsabiqə yolu ilə seçilən 3 ən yaxşı tələbə AST-DENTAL şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı, digər tələbələrə isə sertifikatlar təqdim olundu.

17.10.2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə Tibb Kollecinin tələbə-gəncləri ilə görüş keçirib.Görüşdən  sonra kollecin müəllim və tələbə heyəti ilə xatirə şəkli çəkilib.

18.10.2019-cu il tarixində Gəncə Tibb Kollecində MM qüvvələrinin növbəti məşqi keçirilib.Kollecdə 2019-cu il üçün tədbirlər planından əlavə olaraq “Dinc dövrdə əhalinin və ərazinin mühafizəsinin təşkili,mühəndis qurğularının istismara hazır vəziyyətdə saxlanılması (yanğınsöndürmə balonlarının, yanğın əleyhinə su hövzəsinin,şlanqların, xəbərdarlıq siqnallarının) məqsədi ilə kollecin həkim-müəllim kollektivi və texniki işçiləri ilə birgə məşq keçirilmişdir.Məşq zamanı su hövzəsindən suyu vurmaq üçün nasos işə salınmış ,su şlanqlarının işlək vəziyyətdə olması yoxlanılmışdır.Yanğınsöndürmə manqasının komanda heyəti işçilərə şlanqlardan vurulan su fəvvarəsini əyani şəkildə nümayiş etdirmişdir. Sonda kollecin direktoru çıxış edərək  kollecdə belə məşqlərin hər ay keçirilməsi barədə tapşırıq  vermiş , bu da yazılı əmrləşdirilmişdir.

23.10.2019-cu il tarixində Gəncə Tibb Kollecinin tələbələri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri  “ Mehriban Dost “  layihəsinin təşkilati dəstəyi ilə start götürən “Oyun Karvanı Azərbaycanda” layihəsinin Gəncə şəhərində icrasında könüllü köməklik göstəriblər.Uşaqların iştirakı ilə şən əyləncəli yarışlar keçirilmişdir.Türkiyədən start götürən "Oyun Karvanı" layihəsi bir neçə müddətdir ölkəmizdə icra olunur.Tədbirdə rəsmi qonaqlar da maraqlı anlar yaşamışlar.Tədbirin sonunda  uşaqlar hədiyyələrlə mükafatlandırılıb.

25.10.2019-cu il tarixində 7saylı fənn birləşməsinin nəzdində olan ingilis dili fənni üzrə   ”Neyronlar və Hormonlar” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransın keçirilməsində məqsəd : tələbələrin bilik və bacarıq  səviyyələrinin yüksəldilməsi , elmin son yenilikləri ilə tanışlıq , tələbələrdə nitq mədəniyyətinin inkişaf etdirilməsi, ingilis dilinin zəngin bir dil olduğunu nümayiş etdirmək olmuşdur .  Mövzu ətrafında  tələbələrin çıxışları dinlənildi, verilən suallar cavablandırıldı.  

27.10.2019-cu il tarixində Gəncədə sakinlərin kütləvi iştirakı ilə ilk velosiped yürüşü keçirildi.Gəncə Tibb Kollecinin  tələbələri Gəncə şəhərində keçirilən Velosiped yürüşündə iştirak edib. “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin  və regionlarda velosiped idmanının təbliği olub.Veloyürüş Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib.Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrindən olan məktəblilərə velosiped hədiyyə olunub. Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyə edilib.Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa İdman Şəhəri elan olunub. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

27.10.2019-cu il tarixində Gəncə Tibb Kollecinin həkim-müəllim heyəti   və tələbələri  Azərbaycanın Xalq artisti, tanınmış müğənni-bəstəkar Emin Ağalarovun Gəncədəki Heydər Əliyev adına  Park Kompleksində baş tutmuş konsert proqramında iştirak ediblər.Konsertdə Emin Ağalarov tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib.Konsert Gəncə sakinlərinin böyük coşqusu və alqışları ilə qarşılanıb.Gəncədə ilk dəfə çıxış etdiyini deyən Emin Ağalarov  konsertdəki gözəl atmosferə görə pərəstişkarlarına minnətdarlığını bildirib.

01.11.2019-cu il tarixində Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev orta ixtisas təhsili almaq üçün kollecimizə qəbul olunmuş bakalavrlarla  görüş keçirdi.Görüşdə tələbələrlə yanaşı həkim- müəllim heyəti  də iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Mehman Rzayev tələbələrə dərslərində uğurlar arzulayaraq qeyd etdi ki , Gəncə Tibb Kollecinin qarşısında duran əsas vəzifələrdən biri  gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır.Ümumiyyətlə, tələbələrin vətənpərvər ruhlu bir şəxsiyyət  kimi formalaşması gələcək tibb işçilərinin milli mənəvi dəyərlərinin qorunub saxlanması və peşələrinə şəfqət hissinin artırılmasına kömək edər. Müasir gənclərin elmi bilik səviyyəsini artıran və yüksək ixtisaslı tibb işçisi kimi hərtərəfli inkişafını təmin edən  konfrans və tədbirlər müəllimlərin iş planında öz əksini tapmışdır.

01.11. 2019-cu il  tarixində  Gəncə Tibb Kollecinin tələbələri Azərbaycan  Gənclər  Fondunun  dəstəyi ilə  Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi  tərəfindən "Sosial Sahibkarlıq- region gəncləri üçün yeni imkanlar" mövzusunda həyata keçirilən təlimdə iştirak etdilər.Təlimdə region gənclərinə sosial sahibkarlıq,onun prinsip  və xüsusiyyətləri,dünyada və Azərbaycanda sosial sahibkarlıq imkanları,sosial sahibkarlığın QHT və xeyriyyəçilikdən fərqləri,sosial biznes və sosial siyasət mövzularında bilgilər tələbələrə çatdırılmışdır.  

06.11.2019-cu il tarixində Gəncə  şəhərində Mədəniyyət Nazirliyi, Yunus Əmrə İnstitutu və Türkiyənin Gəncədəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə “Sovet dövründə Türkiyəni Vətən seçənlər” adlı fotosərgi açılıb.Fotosərginin açılış mərasimində  Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və həkim-müəllim heyəti  iştirak etmişdir.Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb.Sərgidə filologiya üzrə fəlsəfə doktoru, professor, cümhuriyyət tarixinin tədqiqatçısı Ədalət Tahirzadənin şəxsi arxivindən 60 foto nümayiş olunub.  

08.11.2019-cu il tarixində Gəncə Tibb Kollecində Bayraq günü münasibətilə tədbir keçirilib. Kollecimizin  rəhbərliyinin, müəllimlərin və tələbələrin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələrinin də qatıldığı tədbirdə vətənpərvərlik mövzusunda cıxışlar edilib, Bayraq gününün yaranma tarixi və təsis edilməsi vurğulanıb. Tədbirdə vurğulanıb ki, bu il oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun  XVI  illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq ona layiqli cavab vermişdi:
 “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!”.
 Ölkə Prezidenti İlham Əliyevin cıxışına dəstək olaraq, Bayraq günündə Gəncə Tibb Kollecinin tələbə heyəti  “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı flaşmob hazırlayib və ictimaiyyətə təqdim edib. Yüksək vətənpərvərlik ruhunda, böyük maraq və həvəslə qatılan tələbələr “Qarabağ bizimdir, bizim olacaq!”,   “Qarabağ Azərbaycandır! ”  şüarlarını səsləndiriblər,  vətənə məhəbbət, torpağa sevgi mövzularında hazırladıqları şer və mahnıları ilə böyük  coşqu yaradıblar.Tədbirdə  kollecin direktoru Mehman Rzayev, həkim-müəllim heyəti, eləcə də Gəncə şəhər Gənclər və idman Baş İdarəsinin Gənclərlə İş Sektorunun müdiri Rəşad Əlizadə və digər qonaqlar iştirak ediblər.

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Gəncədə “Bayraq yürüşü” keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman baş idarəsinin birgə təşkilatçılğı ilə keçirilən tədbirdə Heydər Əliyev meydanına toplaşan şəhər ictimaiyyəti Bayraq meydanında yürüş edib.Yürüşdə “N” saylı hərbi hissənin əsgərləri tərəfindən uzunluğu 50, eni 4 metr olan Azərbaycan bayrağı hərbi orkestrin müşaiyyəti ilə Bayraq meydanına gətirilib. Həmçinin burada şer və musiqi sədaları altında “Gənc Şahinlərin” təntənəli keçidi izlənilib. Bayraq meydanında təşkil olunan bayram tədbirində Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim-müəllim heyəti və tələbələri iştirak ediblər.Çıxışlarda bildirilib ki, dövlət bayrağı ilə bağlı ilk qərar Gəncədə verilib. 1918-ci ildə Azərbaycan  Xalq  Cümhuriyyəti qurulduqdan sonra həmin ilin 21 iyununda hökumətin qərarı ilə üstündə ağ səkkizguşəli ulduz və aypara təsviri olan qırmızı qumaş Azərbaycanın bayrağı kimi təstiq edilib. 1918-ci  ilin  noyabrın 9-da isə Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında yeni qərar qəbul edilib.Qərarda deyilir:
 “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.  
Prezident  İham  Əliyev 2009-cu ilin noyabr ayının 17-də imzaladığı sərəncama əsasən hər il 9 noyabr tarixi – Dövlət Bayrağı Günü kimi qeyd edilir.Bildirək ki, tədbirin keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

21.11.2019-cu il tarixində  Gəncə Tibb Kollecinin tələbələri "Yerli İcmaların Fövqəladə Hallar Zamanı Sağlamlıq üzrə Dayanıqlılığın Gücləndirilməsi" layihəsinin Gəncə şəhərində təqdimatında iştirak ediblər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Qırmızı Xaç Qızıl Aypara cəmiyyətinın dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi fəlakətlərin və böhranların sağlamlığa mənfi təsirlərini azaltmaq üçün Cənubi Qafqaz ölkələrinin yerli icmalarının dayanıqlılığını gücləndirməkdən ibarətdir. Bundan başqa layihə çərçivəsində pandemiya hazırlığı, epidemiya nəzarəti, su gigiyenası və sanitariya, həmçının kütləvi bədbəxt hadisələrə reaksiya, ilk yardım, psixososial dəstəklərin göstərilməsi müzakirə olunan əsas mövzular sırasında olub.  Tədbir iştirakçıları nəzəri biliklərlə yanaşı həm də praktik təlimlərdə iştirak ediblər.  


22.11.2019-cu il tarixində Gəncə Dövlət Regional Kollecin akt zalında  ölkəmizdə keçiriləcək 23 dekabr Bələdiyyə seçkiləri ilə əlaqədar  "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının icrası məqsədilə  bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə  "Sənin səsin - sənin seçimin" adlı  toplantı keçirilmişdir. Tədbirin tçkilində məqsəd Azərbaycanda gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili idi. 20 nəfər Gəncə Tibb Kollecinin tələbəsinin də qatıldığı toplantıda ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmamazlığının aradan qaldırılması, gənclərin seçkilərdə fəal iştirakı və vətəndaş cəmiyyətinin inkişafına onların verə biləcək töhfələri barədə  çıxışlar edildi. Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin  təşkilatçılığı ilə reallaşan toplantının sonunda mövzular ilə bağlı gənclər öz münasibətlərini bildirdilər və onların seçki prosesi ilə bağlı ünvanlandığı suallar qonaqları tərəfindən cavablandırıldı.


29.11.2019-cu il tarixində  Gəncə Tibb Kollecinin tələbələri QİÇS-lə bağlı maarifləndirildi. 1 dekabr- Ümumdünya QİÇS-lə  Mübarizə Günü ilə  əlaqədar noyabrın 29-da Gəncə Tibb Kollecinin akt zalında 150 tələbənin iştirakı ilə “Sağlam ol, gələcəyini düşün” adlı konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev sərhəd tanınmayan Qazanılmış İmmunçatışmazlığı Sindromuna - QİÇS-ə milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın yoluxa biləcəyini, bundan qorunmaq üçün insanların maarıfləndirilməsinin vacibliyini vurğulayıb. Sonra çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Günəş Cəfərova BMT-nin QİÇS üzrə Birləşmiş Proqramına əsasən hər il dünyada yüz minlərlə insanın bu xəstəlikdən vəfat etdiyini qeyd edib.  G. Cəfərovanın sözlərinə görə İnsanın İmmun Çatışmazlığı Virusu və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (İİV/QİÇS) insanla doğulan və ona xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Həkim bu dəhşətli bəlanın yayılmasında narkomaniyanın, qeyri-sağlam həyat tərzinın, antisanitariyanın, natəmizliyin, qorunmayan cinsi münasibətlərin mühüm rol oynadığını vurğulayıb. Konfransda o da qeyd olunub ki, ölkəmizdə bu xəstəliklə mübarizə tempi günü-gündən artmaqdadır. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edərək təbliğat fəaliyyətini gücləndirir. Əhali, o cümlədən cəmiyyətin gələcəyi hesab olunan gənclər arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.  


01.12.2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində  “Şəhidimiz” kampaniyasına start verilib. Tədbirdə Gənc Könüllülər, ASAN Könüllülər, RİİB Könüllüləri, BİR Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri və digər hərəkatları təmsil edən gənclərlə yanaşı  Gəncə Tibb Kollecinin bir qrup aktiv tələbələri də Şəhidlər Xiyabanlarını ziyarət edib, daha sonra şəhid olan soydaşlarımızın ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər.
“Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub. “Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılmışdır. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.


Gəncə Tibb Kollecinin tələbələri “Könüllülük Sərhəd Tanımır!” aksiyasına qatıldı. “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 500 gənc könüllünün iştirakı ilə “Könüllülük Sərhəd Tanımır!” aksiyası keçirilib. Aksiya çərçivəsində dekabrın 3-də Quba, Lənkəran, Zaqatala, Şəki, Mingəçevir, Gəncə şəhərlərində fəaliyyət göstərən uşaq evləri, internat məktəbləri və ahıllar evlərini ziyarət edən könüllülər uşaqlara dəstək və qayğı nümayiş etdirib, onlarla müxtəlif oyunlar oynayıb, əyləncəli proqramlar təşkil ediblər. “Könüllülük Sərhəd Tanımır!” aksiyası Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilib. Bu könüllülər arasında Gəncə Tibb Kollecinin aktiv tələbələri də olub.
Dekabrın ilk günündən “ŞəhidimİZ” və “Vətənimiz” kampaniyaları ilə start götürən “Azərbaycan Könüllülük Həftəsi” ayın 9-na kimi bütün ölkə üzrə tədbirlərlə davam edib.


05.12.2019-cu il tarixində Beynəlxalq Könüllülər Günü münasibətilə  Gəncə Şəhər İcra Hakimiyyətində tədbir təşkil olunub. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Millət Vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, AMEA Gəncə Regional bölməsinin sədri Fuad Əliyev, GDU-nun rektoru Yusif Yusibov tələbə və könüllü gənclər iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, Beynəlxalq Könüllülər Günü qlobal sülh və inkişaf naminə 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib.  Azərbaycanda olan könüllülük hərəkatı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulmuş və  Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin bariz nəticələrindən biridir. Könüllülük fəaliyyətinin ölkəmizdə təbliği və təşviqi Azərbaycan Respublikası Gənclər  Fondunun  əsas  prioritet istiqamətlərindən  biridir.  Bu  istiqamətdə hər il Gənclər Fondu onlarla layihə və tədbirin keçirilməsini maliyyələşdirir.  Bunun davamı  olaraq Azərbaycan Respublikası Gənclər Fondunun təşəbbüsü ilə könüllü təşkilatları və hərəkatlarının, habelə dövlət qurumlarının könüllü qruplarının iştirakı ilə 1-9 dekabr tarixləri arasında “Azərbaycan Könüllülük Həftəsi” keçirilir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan  tədbir də bu çərçivədə reallaşıb. Həmçinin diqqətə çatdırlıb ki, Gəncə Şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq gəncləri öz strukturlarında könüllü fəaliyyətə cəlb edir. Cari ilin mart ayından başlayaraq gənclər Gəncə Şəhər İcra Hakimiyyəti və onun strukturları olan Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərində 4 çağırış üzrə 120 gənc könüllü kimi çalışıb. Gəncə Tibb Kollecinin 100-ə yaxın aktiv künüllüsünün də qatıldığı tədbirdə könüllü fəaliyyətini uğurla başa vuran və könüllülük fəaliyyətində xüsusi istedadı ilə seçilən gənclərə, habelə Gəncə Şəhər İcra Hakimiyyəti və onun struktur bölmələrinin könüllülərlə iş üzrə koordinatorlarına könüllülük fəaliyyətində səmərəli işə görə sertifikatlar təqdim olunub. Rəsmi hissədən  sonra  gənclərin könüllülük fəaliyyəti haqqında video-çarx nümayiş olunub.


05.12.2019-cu il tarixində Gəncə Tibb Kollecinin akt zalında 5 saylı fənn birləşməsinin nəzdində olan “Gigiyena” fənni üzrə  elmi-nəzəri konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev bildirib ki,  tələbələrin şəxsi gigiyenası və özünəqulluq ən vacib məsələlərdən biridir. Konfransda həkim-müəllim heyəti və tələbələrlə yanaşı Gəncə şəhər Gigiyena Epidemiologiya Mərkəzinin Sanitariya Gigiyena şöbəsinin müdiri Əli Qarayev də iştirak etmişdir. Konfransda “Dərinin anatomiyası və Fiziologiyası”,  “Dəriyə və ağız boşluğuna qulluq, geyimin gigiyenası”, həmçinin “Bədənin möhkəmləndirilməsi və fiziki tərbiyə” mövzularında çıxışlar edilmişdir.  Sonda Əli Qarayev mövzularla bağlı tələbələri maraqlandıran sualları cavablandırmışdır.


06.12.2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə qoşulan Şəmkir ictimaiyyəti rayonin Dəllər Cəyir-Dəllər magistral yolunun sağ tərəfindəki 6 hektarlıq bir sahəyə ağac əkmək üçün toplaşmışıb. Rayon ziyalılarının, müxtəlif təşkilat nümayəndələrinin, eləcə də gənclərin iştirakı ilə keçirilən ağacəkmə kampaniyası mütəşəkkilliklə keçirilib. Bu xeyirxah aksiyaya qoşulan könüllülər arasında Gəncə Tibb Kollecinin aktiv tələbələri də olub. Aksiya başlamazdan əvvəl Şəmkir rayon icra hakimiyyətinin məsul işçisi Kənan İbrahimov ölkə Prezidentinin mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında sərəncamını  oxudu. Nəsiminin şeirlərinə həsr olunmuş musiqi parçaları səsləndirildi. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bir qrup könüllüyə fəxri fərmanlar təqdim etdi. Tədbirin  sonunda gənclər  dövrə  vurub yallı getdilər.


08.12.2019-cu il tarixində "Gəncə 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsinə  “Ata, ana və mən - idman ailəsiyik” devizi altında keçirilən “Çempion” ailəvi idman oyunları ilə yekun vurulub. Göygöl Olimpiya İdman Kompleksində keçirilən yekun tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətlərinin dəstəyi ilə reallaşıb.  “Çempion” əyləncəli idman oyunları üzrə yarışlar 2 mərhələdə keçirilib. Maraqlı və rəngarəng yarışmanı izləyənlər arasında Gəncə Tibb Kollecinin bir qrup tələbəsi də olub. Onlar komandaları qələbəyə ruhlandırmaqla öz dəstəklərini nümayiş etdiriblər.  I mərhələ hər biri 4 komanda (8 ailə) olmaqla qrup oyunlarından, II mərhələ isə final oyunlarından ibarət olub .Qrup oyunlarında qalib gələn 2 komanda (4 ailə) finala vəsiqə qazanıb. Finalda Gəncə, Göygöl, Bərdə və Qazax komandaları mübarizə aparıblar. Keçirilən oyunları Təşkilat Komitəsinin təyin etdiyi hakimlər edarə edib. Komandaların qiymətləndirilməsi isə münsiflər heyəti tərəfindən həyata  keçirilib. Gərgin mübarizə nəticəsində Gəncə komandası  birincilik  əldə  edib. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Çempion” əyləncəli idman oyunlarının təşkilində əsas məqsəd sağlam həyat tərzinin aşılanması, yeniyetmə və gənclərin fiziki və intellektual inkişafının təmin edilməsidir. Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov,Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinin Kəmalə İbrahimova, idmançılar və KİV nümayəndələri iştirak ediblər.


Gəncə Tibb Kolleci Gəncə Gənclər Debat Forumu: Payız 2019 yarışmasında kolleclər arasında birinci olub. Gəncə Tibb Kollecinin "Eyforia" komandası 07 – 09 dekabr tarixlərində Gəncə Gənclər Evində keçirilən "İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır" mövzüsunda keçirilən " Gəncə Gənclər Debat Forumu: Payız 2019” yarışmasında kolleclər arasında qalib olub. Gəncə Gənclər  Evinin,  Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin,Vətəndaş Cəmiyyəti Debat İctimai Birliyinin və  Gəncə Regional Debat Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan forumda 150-ə yaxın debatçı mübarizə aparırdı. Kolleclər və univetsitetlərin  "Debat  Klub" larının komandaları iştirak etdiyi forumun final mərhələsində Universitetlər arasında Azərbaycan Dövlət  Aqrar Universitetinin  "Pera " və Gəncə Dövlət Universitetinin "Katarsis " komandası qarşılaşıb. Maraqlı keçən yarışmanın  qalibi  isə  “Katarsis”  komandası olub. Kolleclər arasında isə final mərhəsində Gəncə  Tibb  Kollecinin "Eyforia" və Musiqi Kollecinin "Alfa" komandası öz güclərini sınayıblar və Gəncə Tibb Kollecinin tələbələri biriniciliyi qazanıblar. Təşkilatçıların təsisi  etdiyi  formun ən yaxşı natiqi nominasiyasına isə Universitetlər arasında Azərbaycan Dövlət Aqrar Universitetinin üzvü Peykər İbrahimova , Kolleclər arasında isə Gəncə Tibb Kollecinin üzvü Aygün Allahverdiyeva layiq görülmüşdür. Forumun  sonunda  qalib  gələn  bütün debatçılar təltif edilib.  Qeyd  edək ki, "Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilir.
 

10.12.2019-cu il tarixində Gəncə Tibb Kollecinin akt zalında 5 saylı fənn birləşməsinin nəzdində olan “Anatomiya” və “Gigiyena” fənnləri üzrə növbəti elmi-nəzəri konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev bu kimi konfransların keçirilməsində əsas məqsədin tələbələrin bu mövzular üzrə bilik səviyyələrinin artırılmasından ibarət olduğunu vurğuladı.  M. Rzayev qeyd etdi ki, bu istiqamətdə həm beynəlxalq, həm də yerli təcrübələrdən istifadə olunmaqla bilik və bacarıqların artırılmasına çalışmaq lazımdır. Kollecin həkim-müəllim heyətinin və tələbələrin də qatıldığı konfransın əsas mövzuları  “Kəllə sümükləri və yaş xüsusiyyətləri”, həmçinin “Qidalanmanın sağlamlığa təsiri” idi.  Mövzular üzrə çıxışlar məruzəçilərin slayd və videoçarxları müşaiyət olundu.  


KƏPƏZ TV Gəncə Tibb Kolleci haqqında danışdı
10.12.2019-cu il tarixində KƏPƏZ MÜSTƏQİL TELERADİO ŞİRKƏTİ  Gəncə Tibb Kollecinin fəaliyyəti ilə bağlı “Yenilənən maddi-texniki baza ixtisaslı kadr hazırlığına əsas verir” başlıqlı süjet hazırlayıb. Materialda qeyd olunub ki, artıq 88 ildir fəaliyyət göstərən və əsasən qərb bölgəsində orta tibb işçiləri hazırlayan Gəncə Tibb Kollecinin maddi texniki bazası günü gündən möhkəmləndirilir. Kollecdə yeni açılan ixtisaslar üçün müasir standartlara cavab verən 3 laboratoriya yaradılıb. Bundan başqa kollecdə tələbələr üçün yeni qiraətxana və dərnəklər də yaradılacaq. Gəncə tibb kollecində 3 şöbə üzrə 7 ixtisasda 829 tələbə təhsil alır. Bu ixtisaslardan Ortopedik stomatologiya, laboratoriya diaqnostika və tibbi profilaktika ixtisasları yeni yaradılıb və müasir laboratoriyalarla təchiz edilib. Mehman Rzayev - Gəncə Tibb Kollecinin direktoru: İndi onların açılışı nəzərdə tutulub. Bu laboratoriyalarda ən müasir yeni tibbi cihazlardan təchiz olunub. Avstriyanın elektro mikraskopları, Yaponiyanın müxtəlif cihaz və aparatlarıdı. Ortopedik stomatologiya laboratoriyası isə tam yeni bir laboratoriyasıdır. Bu Respublikamızda ilk dəfə olaraq kolleclər arasında Gəncə Tibb Kollecində tətbiq olunacaq. Süjetdə  o  da qeyd olunub ki, kollecdə yeniliklər bununla bitmir.  Burada təhsil alan tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ilk dəfə olaraq incəsənətin müxtəlif növlərini əhatə edən dərnəklər də yaradılacaq. Mehman  Rzayev - Gəncə Tibb Kollecinin direktoru:  Yeni musiqi dərnəkləri və poeziya dərnəklərinin yaradılması istiqamətində işlər aparılır.  309 kvm ərazidə  84  yerlik  yeni qiraətxananın tikintisi də nəzərdə tutulub. Yaxın  zamanlarda  onun da açılışı  olacaq.  İdman zalmızda yenidən  qurulur. Hazırlanan  materialda  o da vurğulanıb ki, kollecdə orta tibb işçiləri üçün ixtisasartırma kurslarının bütün auditoriyaları da əsaslı təmir edilib və smart löhvələrlə təchiz olunub. Tələbələr üçün kollecin həyətində istirahət güşələri, yaşılıq zolağı  da salınıb.


11.12.2019-cu il tarixində Gəncə Tibb Kollecində Ümummilli  lider  Heydər Əliyevin vəfatının 16-cı  ildönümü ilə bağlı "Əbədi yaşar Ulu Öndər " adlı anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və memarı, dahi şəxsiyyət,  Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində göstərdiyi xidmətlərindən bəhs edib, bu gün inkişaf etmiş Azərbaycanı ümummilli liderin şah əsəri adlandırmışdır. Mehman Rzayev çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri və zəhməti olmuşdur:  “Azərbaycanın bu gün bütün dünyada inkişaf etmiş bir dövlət kimi tanınmasında, azərbaycançılıq ideyalarının gələcək nəsillərə ötürülməsində bir lider kimi, bir rəhbər kimi Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi var idi.  Azərbaycan xalqı artıq 16 ildir ki, qəlbində əbədi heykəlini  qoyduğu ulu öndərin siyasi xətti ətrafında daha sıx birlik nümayiş etdirir və bu dahi şəxsiyyətin ideyalarının layıqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha müasir Azərbaycanın qurulacağına inanır”deyə Mehman Rzayev əlavə edib. Sonra  çıxış edənlər ulu öndərin müasir dövlətçilik tariximizdə  quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi töhfələrdən danışdılar.  Bildirildi ki,  Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq haqqı qazanmış Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaqdır. Sonda  ümummilli  lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.


12.12.2019-cu il tarixində Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı  ildönümü ilə əlaqədar Gəncə şəhərində anım mərasimi keçirilib.  Anım günü ilə əlaqədar olaraq ulu öndərin abidəsi önündə izdiham müşahidə edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının işçiləri, Gəncə Tibb Kollecinin rəhbərliyi, müəllim və tələbələri, digər idarə və təşkilatların kollektivləri və şəhər sakinləri Ulu öndər Heydər Əliyevi dərin ehtiramla yad ediblər. Mərasim iştirakçıları Ümummilli liderin Gəncənin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər. Anım mərasimində iştirak edən ziyalılar, şəhər sakinləri Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar. Qeyd olunub ki, Gəncə daim Ümummilli liderin diqqət və qayğısını hiss edib. Respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə bu böyük şəxsiyyətin əhəmiyyət verdiyi şəhərlərdən olub. Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. Qeyd olunub ki, ulu öndər Gəncəni ölkənin iqtisadi mərkəzlərindən birinə çevirməklə, şəhərdə təhsil, səhiyyə və mədəniyyətin inkişafına böyük stimul yaradıb.


12.12.2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Gəncə təşkilatında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək seçicilər və partiya tərəfindən namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib. Görüşdə  Yeni  Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini, millət vəkili Xanlar Fətiyev, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək son illər ölkəmizdə aparılan islahatlardan, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə partiyanın dövlətimizin inkişafına verdiy mühüm töhfələrdən danışıblar. Natiqlər dövlət Başçısı tərəfindən həyata keçirilən  uğurlu  siyasətin nəticəsi olaraq, gənclərin idarəetmə orqanlarında və seçki proseslərində iştirakının artdığını qeyd ediblər. Tədbirdə  Yeni  Azərbaycan Partiyasının yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığı, hər zaman öndə getdiyi vurğulanıb, əminliklə qeyd edilib ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına etimad göstərərək ən layiqli namizədlərə səs verəcəklər.


13.12.2019-cu il tarixində  Gəncə Tibb Kollecində Mülki Müdafiə qüvvələrinin 2019-cu il üçün tədbirlər planından əlavə olaraq “Dinc dövrdə əhalinin və ərazinin mühafizəsinin təşkili, mühəndis qurğularının istismara hazır vəziyyətdə saxlanılması (yanğınsöndürmə balonlarının, yanğın əleyhinə su hövzəsinin, şlanqların, xəbərdarlıq siqnallarının) məqsədi ilə kollecin həkim-müəllim kollektivi və texniki işçiləri ilə birgə  növbəti məşq keçirilmişdir. Məşq zamanı su hövzəsindən suyu vurmaq üçün nasos işə salınmış, su şlanqlarının işlək vəziyyətdə olması yoxlanılmışdır. Yanğınsöndürmə manqasının komanda heyəti işçilərə şlanqlardan vurulan su fəvvarəsini əyani şəkildə nümayiş etdirmişdir. Məşqdə Kollecin MM qüvvələri ilə görüş keçirilmiş və onların öz vəzifə borclarını yerinə yetirmək haqqında məlumatlar verilmiş və FH-lar zamanı hərəkət qaydaları və ilk yardım zamanı necə və hansı vasitələrdən istifadə edəcəkləri, qurğular haqqında məlumat verilmişdir.

18.12.2019-cu il tarixində Gəncə Tibb Kollecinin akt zalında “Mədəniyyət” mövzusunda  növbəti konfrans keçirilmişdir. Tələbə Gənclər Təşkilatının  xətti ilə təşkil olunmuş tədbirdə kollecin direktoru Mehman Rzayev, həkim-müəllim heyəti və tələbələr iştirak edib. Çıxışlarda sivil cəmiyyətlərdə davranış mədəniyyəti, ictimai nəqliyyatda özünü aparmaq qaydaları, bir birinə qarşı münasibət, böyüklərə göstərilməli olan diqqət və sayqı, istər evdə, istərsə də cəmiyyətdə danışıq mədəniyyəti, sevgi və qarşılıqlı hörmət mədəniyyəti əsas müzakirə mövzuları olmuşdir. Konfransın məqsədi tələbələrə mədəniyyət və onun formalaşdırılması mövzusunda biliklərin aşılaması olmuşdur.

19.12.2019-cu il tarixində Gəncə Tibb Kollecində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar toplantı keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, struktur və idarə rəhbərləri, habelə kollecin tələbələri iştirak edib. Toplantı dahi mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunan videoçarxın nümayişi ilə başlayıb. Sonra  giriş  sözü ilə tədbiri açan Gəncə Tibb Kollecinin direktoru  Mehman Rzayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin İmadəddin Nəsiminin 650 illik yubileyi  münasibətilə “Nəsimi ili” elan edilməsinin dahi Azərbaycan şairinə, onun yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu vurğulayıb. Digər çıxış  edənlər də Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil etdiyini qeyd edib. Çıxışlarda o da bildirilib ki, dahi şair, ana  dilində yazıb yaratmaqla özündən sonra gələn azərbaycandilli şairlərin yetişməsi üçün zəmin yaradıb.  Bununla  da İmadəddin Nəsimi, XIV əsrdən sonra Azərbaycan ədəbi dilinin inkişafına məqsədyönlü istiqamət verən şairlərimizdən olduğu diqqətə çatdırılıb. Çıxışdan  sonra  Gəncə Tibb Kollecinin tələbələri tərəfindən təşkil olunan kompozisiya təqdim edilib. Tələbələrin ifasında Nəsiminin qəzəllərindən nümunələr həm ana dilimizdə, həm ingilis dilində səsləndirilib.

Gəncə Tibb Kollecində olan şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov əsaslı təmirdən sonra yenicə istifadəyə verilən laboratoriyalarla tanış olub. Kollecin direktoru Mehman Rzayev şəhər rəhbərinə laboratoriyalar haqqında məlumat verərək bildirib ki, Gəncə tibb kollecində 3 şöbə üzrə 7 ixtisasda 829 tələbə təhsil alır. Bu ixtisaslardan Ortopedik stomatologiya, Laboratoriya diaqnostikası və Tibbi profilaktika ixtisasları yenidir və həmin sahələr üzrə tələbələrin bilik və bacarıqlarını artıqmaq, təhsilin səviyyəsini yüksəltmək məqsədilə müasir laboratoriyalar yaradılıb. M. Rzayev onu da bildirib ki,  yeni laboratoriyalar ən müasir texnika və avadanlıqlarla təchiz olunub. Burada Avstriyanın elektron mikroskopları, Yaponiyanın müxtəlif cihaz və aparatları quraşdırılıb. Kollecin direktoru Ortopedik stomatologiya laboratoriyasının tam yeni bir laboratoriya olduğunu, tibbi avadanlıqların isə ən müasir tələblərə cavab verə biləcəyini qeyd edərək belə laboratoriyanın ilk dəfə olaraq kolleclər arasında Gəncə Tibb Kollecində tətbiq olunduğunu vurğulayıb. Mehman Rzayev Gəncə icra hakimiyyətinin başçısı cənab Niyazı Bayramova təhsil müəssisəsində yaxın gələcəkdə nəzərdə tutulan digər yeniliklər barədə də geniş məlumat verib. Şəhər rəhbərinin diqqətinə çatdırılıb ki, tam əsaslı təmir olunan kollecdə yaxın zamanlarda yeni idman zalı tələbələr və müəllimlərin ixtiyarına verilicək. Burada ən müasir idman qurğuları və trenajorlar quraşdırılacaq. Mehman Rzayev bundan başqa yaxın vaxtlarda Gəncə Tibb Kollecində müasir tələbə kafe-kitabxananın da inşa ediləcəyini  vurğulayıb. Bildirib ki, burada fibroobtik kabellə  yüksək sürətli internetin çəkilməsi və noutbukların quraşdırılması, həmçinin də tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımı şəraitlərin yaradılması, ilk dəfə olaraq incəsənətin müxtəlif növlərini əhatə edən dərnəklər də təşkil edilməsi nəzərdə tutulur.

26.12.2019-cu il tarixində Gəncə Tibb Kollecinin akt zalında 2 saylı fənn birləşməsinin nəzdində olan “Cərrahiyyə” fənni üzrə növbəti elmi-nəzəri konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev tələbələrin müxtəlif mövzular üzrə bilik səviyyələrinin artırılmasında bu kimi konfransların vacib və önəmli olduğunu vurğuladı. M. Rzayev qeyd etdi ki, konfranslarda həm beynəlxalq, həm də yerli təcrübələrdən istifadə olunmaqla bilik və bacarıqların artırılmasına çalışmaq, tədrisin səviyyəsini yüksəltmək məqsədilə bütün vasitələrdən istifadə etnək lazımdır. Kollecin həkim-müəllim heyətinin və tələbələrin də qatıldığı konfransın əsas mövzuları ”Operativ cərrahiyyə,cərrahi müdaxilə”,  “Döş qəfəsinin zədələnmələri və cərrahi xəstəlikləri“ idi. Mövzular üzrə çıxışlar məruzəçilərin slayd və videoçarxları müşaiyət olundu.

Gəncə Tibb Kolleci növbəti uğura imza atıb

Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı 2019-cu ildə uğurlu fəaliyyətinə görə ölkə üzrə ali təhsil müəssisələri və kolleclər arasında  “İLİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI” nominasiyasına layıq görülüb. Dekabrın 28-də Elektra Events Hall-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 10 illik fəaliyyəti münasibətilə yubiley tədbiri keçirilib. Rəsmi və əyləncəli hissələrdən ibarət yubiley tədbirində 3000-dən çox tələbə, habelə təhsil müəssisələrinin rəhbərliyi, bir sıra dövlət rəsmiləri iştirak edib. Tədbir ATGTİ-nin 10 illik fəaliyyətini əks etdirən hesabat və ölkədə uğurla həyata keçirilən gənclər siyasəti haqqında video-çarxların nümayişi ilə başlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ATGTİ-ni 10 illik yubileyi münasibətilə təbrik edərək, gənclər siyasətinin həyata keçirilməsində ATGTİ-nin oynadığı rolun əhəmiyyətindən danışıb, İttifaqın tələbə hərəkatının inkişafında gördüyü işlərin əhəmiyyətli olduğunu vurğulayıblar. Çıxış edənlər həmçinin, tələbələri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, onları hər zaman Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini və azərbaycançılıq məfkurəsini fəaliyyətlərində rəhbər tutmağa, fəal olmağa, mütərəqqi, innovativ ideyaları mənimsəməyə çağırıblar. Daha sonra ATGTİ-nin sədri Faiq Məmmədov ATGTİ-nin yeni loqosu və himnini tədbir iştirakçılarına təqdim edib. O qeyd edib ki, ötən 10 il ərzində ATGTİ böyük bir inkişaf yolu keçərək, hazırda demək olar ki, ölkəmizdəki bütün ali təhsil və orta ixtisas müəssisələrindəki tələbə-gənclər təşkilatlarını birləşdirir. Bugün tələbə hərəkatını və gəncliyi ATGTİ-siz düşünmək mümkün deyil. Təkcə 2019-cu il ərzində ATGTİ 70-dək tədbirlərə təşkilatçılıq edib, tələbələrlə iş sahəsində müxtəlif innovativ yanaşmalar tətbiq edilib, təhsil müəssisələrində TGT sədrlərinin daha şəffaf mühitdə seçkiləri təşkil olunub. Mediada və sosial şəbəkələrdə ATGTİ izləyicilərinin sayı durmadan artır. Bütün ATGTİ ailəsini 10 illik yubiley münasibətilə təbrik edən ATGTİ sədri daim gənclərin yanında olduğuna görə, ölkədə tələbələr və gənclər üçün münbit şərait, sağlam gənclər mühiti yaratdığına görə ölkə başçısı cənab İlham Əliyevə Azərbaycan gəncliyi adından təşəkkür edib. Tədbirin davamında ATGTİ ilə sıx əməkdaşlıq edən dövlət və qeyri-hökümət təşkilatları, təhsil müəssisələrinin rəhbərliyi, televiziya kanalları və xəbər saytları təltif olunublar.

30.12.2019 -cu il  tarixində  Gəncə  Tibb Kollecinin   tələbələri, həkim-müəllim heyəti,  Gəncədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən ümumşəhər tədbirində iştirak ediblər. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, idarə müəssisə rəhbərləri, şəhər ictimaiyyəti, sakinlər və şəhərin qonaqları iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin baş meydanında qurulan yeni il şəhərciyini gəzib, burada sakinlər və şəhərə gələn qonaqlar üçün yaradılan şəraitlə tanış olub. Tədbirdə dünyanın və ölkənin idman arenalarında müxtəlif nəaliyyətlər əldə edən idmançılar Gəncə şəhərinin ictimai həyatında fəal iştirakı və 2019-cu ildə idman sahəsində qazandıqları uğurlara görə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Fəxri fərmanı” ilə təltif olunublar. Çıxışlardan sonra söz musiqiyə verilib və Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan konsert proqramı izlənilib. Gəncə Dövlət Kukla Teartının kollektivi tərəfindən bayram əhval-ruhiyyəli səhnəciklər təqdim edilib. Cizgi film və müxtəlif nağıl qəhrəmanlarının çıxışları uşaqların marağına səbəb olub.

2020-ci il

04.01.2020-ci il tarixində Gəncə Tibb Kollecinin  direktoru Mehman Rzayev,   həkim-müəllim heyəti , tələbələr Gəncənin mərd sərkərdəsi, əsl mübarizlik simvolu olan Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasının növbəti ildönümü ilə əlaqədar keçirilən anım mərasimində iştirak edib. Tədbirdə Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın  şücaətindən söz açılıb, onun bütün Azərbaycan xalqının qürur mənbəyi olduğu bildirilib. Qeyd olunub ki, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1804-cü ilin yanvarında general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə, oğulları ilə birlikdə qəhrəmancasına həlak olub. Xanın azadlıq mübarizəsi onu tək gəncəlilərin yox, bütün Azərbaycan xalqının qəhrəmanına çevirib. Məhz elə bu səbəbdəndir ki, iki əsrdən artıq vaxt keçməsinə baxmayaraq, Cavad xanın adı dillərdə, xatirəsi isə qəlblərdə yaşayır. Cavad xanın türbəsi önündə baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət Vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, AMEA-nın Gəncə Regional bölməsinin sədri Fuad Əliyev, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Gəncə Dövlət Dram Teatrının kollektivi Cavad xana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib.
Çıxışlardan sonra mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

17.01.2020-ci il tarixində Gəncə Tibb Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü anılıb. Anım tədbirində kollecin tələbə və pedaqoji heyyəti ilə yanaşı şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar da iştirak ediblər. “Şəhidlər Ölməz, Vətən Bölünməz” adı altında təşkil olunan tədbirdə ilk olaraq Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru Mehman Rzayev çıxış edərək müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələrini  Azərbaycanın azadlıq mübarizəsinin əsas səhifələri olduğunu qeyd edərək vətən uğrunda şəhid olan hər bir vətəndaşın daima yaddaşlarda dərin hörmət və ehtiramla yaşayacağını vurğulayıb. Mehman Rzayev əlavə edib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.“Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi”  deyə M.Rzayev əlavə etdi. Sonra çıxış edən kollecin müəllimi, Qarabağ qazisi Məhəbbət İskəndərov həmin o dəhşətli günlərin acı xatirələrini bir daha xatırlayaraq Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırılana qədər artıq öldürülənlərin sayı 100 nəfərə çatdığını vurğuladı. O qeyd  etdi ki,  artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. “Sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatmışdı.  Bütün  bunlar  onun göstəricisi idi ki, Bakıya ordunun yerləşdirilməsi burada sabitliyin bərpası yox, xalqın gülləbaran edilməsi və vəhşicəsinə qətlə yetirilməsi idi” deyə M. İskəndərov bildirdi. Çıxışlardan sonra  20 Yanvar  şəhidlərinin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirildi, tələbələrin və pedaqoji heyətin iştirakı ilə səhnələşdirilən müxtəlif kompozisiyalar, şerlər təqdim olundu.

24.01.2020

Daim kollektivin sağlamlığını və yüksək ruh yüksəkliyində olmasını düşünən Gəncə Tibb Kollecinin rəhbərliyi yanvarın ayının 24-25-26 tarixlərində bir qrup texniki işçiləri və həkim-müəllim heyətini Azərbaycanın əsrarəngiz təbiətə  malik  gözəl bir guşəsinə – Qusar  rayonunda yerləşən Azərbaycan Səhiyyə Nazirliyinin Həmkarlar Təşkilatının “Şəfa” İstirahət Mərkəzinə göndərib. Ekoloji cəhətdən təmiz ərazidə yerləşən, şəhərin səs-küyündən kənarda, yaşıllıqlar və gözəl təbiət qoynunda olmaq qısa müddətlik də olsa, sakit  bir  yerdə dincəlmək, təmiz havada  olmaq fiziki və zehni yorğunluğu canında   hiss  edən hər kəs üçün çox böyük stimul verdi. Kollecin anbardarı Mair Məmmədov bu istirahətdən çox böyük zövq aldığını bildirir:
“Azərbaycanın dilbər güşələrindən olan Qusar rayonunda keçirdiyim bu günlər məndə çox böyük əhval ruhiyə yaratdı. Təmiz havada gəzintilər, kollektivlə birlikdə işdən kənar istirahət bütün yorğunluğumu götürdü. Son illərdi Gəncədə qar görmədiyimizdən Qusarda yağan qar bizi lap gəncliyimizə qaytardı. Kollecimizin rəhbərliyinə və Həmkarlar  Təşkilatına  bu şəraiti yaratdığları üçün dərin minnətdarlığımı bildirirəm” deyə Mair Məmmədov əlavə edib.
Həkim - metodist Gülşən Baqirova da Qusar səfərindən çox böyük ruh yüksəkliyi ilə qayıtdığını bildirir.
“Uzun müddətdir gərgin əmək fəaliyyətindən sonra bu istirahət hamı kimi məni də çox sevindirdi. “Şəfa” İstirahət Mərkəzində bizim üçün bütün şərait yaradılmışdı. Qarın yağması da lap ürəyimizcə idi. Həm fiziki həm də mənəvi istirahət etdik. Bu gözəl tədbiri təşkil edənlərə sağ ol deyirəm” deyə Gülşən Baqirova əlavə edib.
Gəncə Tibb Kollecində bu kimi tədbirlər artıq ənənə halını alıb:
“Kollecimizin kollektivi hamılıqla əl ələ verib təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çalışır. Biz də mütəmadi olaraq onların bu gərgin əməklərinin lazımı qiymətlərini verməyə çalışırıq. Gəncə səhiyyə idarəsinin həmkarlar təşkilatının və kollecimizin yerli həmkarlar təşkilatının fəaliyyəti nəticəsində bu sayca üçüncü qrupdur ki, dincəlmələri üçün istirahət mərkəzinə göndəririk. Belə gözəl şəraitli bir istirahət mərkəzinin yaradılması ölkəmizin sosial yönümlü siyasətinin məntiqi nəticəsidir. Biz tibb işçiləri üçün yaradılan münbit şəraitə və qayğıya görə Azərbaycan Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə bütün kollektivimiz adından dərin minnətdarlığım bildirirəm. Ümidvaram ki, tibb İşçilərimizin sağlamlığının qorunması istiqamətində bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək” deyə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev bildirib.
 
Məlumat üçün bildirək ki, Qusar şəhərində yerləşən “Şəfa” İstirahət Mərkəzinə 20 nəfər Gəncə Tibb kollecinin əməkdaşı istirahətə göndərilib.


02.02.2020

Gəncə Tibb Kollecinin  tələbələri  2 fevral Gənclər günü münasibəti ilə təşkil olunan rəsmi tədbirdə iştirak ediblər. Heydər Əliyev Mərkəzində baş tutan görüş Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ziyalıları, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gəncləri təbrik edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  Azərbaycandan həyata keçirilən gənclər siyasətindən, onlara göstərilən diqqət və qayğıdan söz açıb.
“Bu əlamətdar tarixi gün ümummilli liderimizin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin zəruri qanunverici bazasının formalaşmasını təmin edib və həmin dövrdən formalaşdırılan gənclər siyasəti bu gün də öz töhvəsini verməkdədir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə də gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları qəbul edilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri sosial həyatın bütün sferalarında təmsil olunur və özlərini doğruldurlar. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Bu baxımdan gənclərdə sosial məsuliyyət hissini, onların fəallığını artırmaq, gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra addımlar atılır. Bunlardan biri də 2020-ci ilin, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan edilməsidir. Könüllü fəaliyyətin təşviqi Gənclər Fondunun da əsas prioritet istiqamətlərindən biridir”, - deyə Niyazi Bayramov qeyd edib. Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüsal Mirzəyev hesabat nitqi ilə çıxış edərək, 2019-cu ildə gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan  danışıb. Daha sonra söz gənclərə verilib. Çıxışlar zamanı 2 Fevral – Azərbaycan Gəncləri Gününün yaranma tarixinə nəzər salınıb, Gənclər siyasətinin Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğun vurğulanıb.
Tədbirdə bir qrup gənc Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə “2 Fevral – Gənclər günü” münasibəti ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının  sədri Ləman Cahangirli da İcra Başçısı Niyazi Bayramov tərəfindən fəxri fərmana və mükafata layiq görülüb.


04.02.2020

Gəncə Tibb Kollecinin tələbələri fevralın 4-7-si tarixlərində “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) layihəsi çərçivəsində Gəncədə təşkil olunan işgüzar inkişaf təlimlərdə iştirak edib.  Tədbirin əsas məqsədi  Gəncə, həmçinin ətraf ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları, karyera üzrə biliklərin çatdırılması olub. Bağlanış mərasimində təlim modullarını uğurla bitirən 200-ə yaxın iştirakçıya sertifikatlar təqdim verilib. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusunun təbliğ olunmasına həsr edəcək. Tədbirdə şıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət  Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Gəncədə iddialı layihələrin olduğunu bildirib:
“Buradakı qadınlar bizim layihədə ilk dəfə iştirak etsə də, çox yaxşı və tutarlı ideyalar təqdim etdilər. Biz təlimçilərimizlə birgə həmin ideyaları layihə və iş planı halına gətirdik. Tezliklə həmin layihələrin icrasını görəcəyik. Daim mentor dəstəyimiz xanımlarımızın yanında olmağa çalışacağıq” deyə Sahil Məmmədli əlavə edib.
Bağlanış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova çıxış edərək qadınların işgüzar inkişafı  üçün bu tip layihələrin önəmindən danışıb, qadınların dövlətin və cəmiyyətin həyatındakı rolunu xüsusi vurğulayıb. Tədbirdə iştirakçılara “ABAD” publik hüquqi şəxsin baş marketoloqu Nərmin Məmmədli tərəfindən “ABAD” mərkəzlərinin fəaliyyəti, ailə əməyinə əsaslanan təsərrüfatlara təqdim edilən xidmətlər, yaradılmış brendlər haqqında məlumatlar verilib.
“ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) layihəsi Gəncə ilə yanaşı Mingəçevir, Qəbələ, Quba, Sumqayıt və Şəki iqtisadi zonalarını əhatə edir. Layihə çərçivəsində həmin ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçiriləcək. Təlimdən sonra da təlimçilər iştirakçılara mentorluq edəcək, onların ideyalarına dəstək olacaqlar.


10.02.2020

Fevralın 10-dan 14-ə kimi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinə Gəncə şəhərində start verilib.  Fondun qrant müsabiqəsinin qalibi olan Orxan Əhmədovun rəhbərliyi ilə həyata  keçirilən  layihənin məqsədi Gəncədə yaşayan, təhsil alan gənclərin yerli və beynəlxalq layihələr zamanı könüllü kimi iştirak etmələrində bilik və bacarıqlarının artırılmasına töhfələr verməkdir. Eyni zamanda, təlimçilər tərəfindən gənclərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün müxtəlif sahələrdə müzakirələrin aparılması, problemlərin optimal həlli yolları əsas müzakirə mövzusu olub.  Tədbirdə Gəncə Tibb Kollecinin tələbələri də yaxından iştirak ediblər. Orxan Əhmədov layihə barədə gənclərə ətraflı məlumat verərək  onlara uğurlar arzulayıb. Sonra təlimçi Hüseynxan Hacızadə gənclərə "könüllülük", "liderlik", "komanda işi" kimi mövzular barədə geniş danışaraq qruplarla necə işləmək formalarını izah edib.
Sonra gənclər 10 nəfərdən ibarət 5 qrupa bölünərək komanda işi, etiket qaydalarından bəhs edən panellərə keçid alıblar.  Layihə çərçivəsində iştirakçılar ilk öncə qrup işlərinin təqdimatlarını edərək, Gəncənin tarixinə ekskursiyalar ediblər. Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya müzeyi Abidə Kompleksini, Nizami Gəncəvi Məqbərəsini, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini, Gəncə xanı Cavad xan məzarını ziyarət edən gənclər, Tarixi Butulkalı evlə tanış olaraq şəhərin tarixi ilə bağlı ətraflı məlumat əldə edib, tarixi biliklərini daha da zənginləşdiriblər.
Layihənin 4 cü günü iştirakçılar sertifikatla mükafatlandırılıblar.


14.02.2020

Fevralın 14-də  Gəncə Tibb Kollecinin  tələbələri Gəncə Şahmat Məktəbinin akt zalında könüllü gənclərin iştirakı ilə keçirilən "Sağlam həyat - sağlam gənc" adlı  konfransda iştirak etdilər. Tədbirdə sağlam həyat tərzinin əhəmiyyəti, zərərli vərdişlərdən qorunmaq qaydaları, bunun hansısa qadağa ilə deyil, könüllü olduğu, hər bir fərdin öz əhatəsində sağlam həyat tərzinin təbliğində əhəmiyyətli rol oynamağının vacibliyi barədə tövsiyyələr verilib.
Tədbirdə iştirak edən 50 nəfər gənc düzgün rasional qidalanma, tütünün zərərləri, idmanın orqanizmə faydaları, bir çox xəstəliklərin əmələ gəlmə səbəbləri, profilaktika yolları və s. haqqında məlumat verilib.


24.02.2020

Fevralın 24-də  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə "Region Gənclərinin 1-ci Tibb Məktəbi" adlı layihənin açılış mərasımı keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılmasıdır:
“"Region Gənclərinin 1-ci Tibb Məktəbi" bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu sahədə olan problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu sahədə gənclərin rolunu artırmaqdan ibarətdir” deyə R. Vəliyev vurğulayıb.
Tədbirdə o da vurğulanıb ki, layihə tibb sahəsində dövlət sektorunun iştirakının tibb sənayəsinin inkişafı ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Layihə çərçivəsində təlimlərin keçirilməsi, həmçinin, iştirakçılara praktiki təcrübə keçmək üçün şəraitin yaradılması əsas məqsədlərdəndir. Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir.
Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir.Layihədə iştirak edən 130 nəfər gəncə beş gün müddətində müxtəlif mövzularda təlimlər keçirilib və onlar üçün praktiki yolla tibb sahəsində olan məlumatlar çatdırılıb.  Həmçinin, gənclər Gəncə Beynəlxalq Xəstəxanasına ekskursiya edəcəklər və oradakı müasir avadanlıqlar ilə tanış olacaqlar. Layihənin davamlılığının təmin olunması məqsədilə seçilən layihə iştirakçıları Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər.
Qeyd edək ki, layihəyə online qeydiyyat vasitəsilə 400 nəfərdən artıq gənc müraciət etmişdi, onlardan 130 nəfər gənc seçilərək layihədə iştirak haqqı qazanmışdı.
Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.


24.02.2020

Fevralın 24-dən martın 1-i tarixinədək  Lənkəran şəhərində, AMAL Akademiyası Qış Məktəbi keçirilimşdir. Tədbiri  AMAL-ın Milli Proqram rəhbəri Elvin Nəbiyev açaraq iştrakçıları salamlayaraq onlara uğurlar arzu etmişdir.  Sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov çıxış edərək qız məktəbinin gənclərin inkişafında rolundan danışmışdır.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov, Lənkəran rayon İcra hakimiyyətinin başçısının müavini Xalid Rəhimov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, Lənkəran Peşə liseyinin direktoru Afər Kərimov çıxış edərək iştrakçıları təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Ləman Cahangirlinin də qatıldığı AMAL Akademiyası Qış məktəbinin rəsmi bağlanış mərasimində iştirakçılar AMAL - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, FAO Azərbacan tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov və AMAL Milli proqram rəhbəri Elvin Nəbiyev tərəfindən xüsusi sertifikatla təltif olunmuşlar.

Xocalı faciəsi Gəncə Tibb Kollecində anıldı

Gəncə Tibb  Kollecində     “26 fevral  - Xocalı soyqırımı”nın  28-ci ildönümünə  həsr olunmuş anım mərasimi təşkil olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən kollecin müəllimi, Qarabağ qazisi Məhəbbət İsgəndərov bildirdi ki, Azərbaycan xalqının tarixində erməni qəsbkarları tərəfindən zaman-zaman qətliamlar törədilmişdir. Xocalı faciəsi bunların içində ən dəhşətlisidir.
“Bizim gənclərimiz erməni faşıstlərinin həmvətənlilərimizə qarşı törətdikləri vandalızml heç vaxt unutmamalıdırlar  və bütün müasir imkanlardan istifadə edərək Xocalı dəhşətinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar” deyə M. İskəndərov əlavə edib.
O dəhşətli gecənin acı həqiqətləri barədə digər natiqlərdə çıxışlar etdikdən sonra Gəncə Tibb Kollecinin müəllim və tələbələri tərəfindən hazırlanmış Xocalı faciəsini əks etdirən videoçarx  nümayiş olundu.
Tədbirdə vurğulandı ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törədilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Sonda kollrcin tələbələrinin iştirakı ilə səhnələşdirilmiş müxtəlif kompozisiyalar, şerlər təqdim olundu.


27.02.2020

Fevralın 27-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 97- ci ildönümünə həsr olunmuş  ali və orta ixtisas təhsilli müəssisələri, həmçinin peşə məktəbləri və litsey tələbələri arasında "Tələbə Spartakiadası"nın yarışı baş tutub.
Yarışın 2- ci günündə voleybol üzrə  GTK, GMK və GDRK-nin komandaları mübarizə aparıblar. Gəncə Tibb Kollecinin Tələbəri 2 -ci yerə layiq görülüb. Spartakiada yarışları  may ayının 10-u tarixinədək davam edəcək. İdmançılar voleybol, futbol, basketbol, dama, şahmat və atiletika idman növləri üzrə mübarizə aparacaqlar.  
Qalib komandalar Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən kubok, fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.


28.02.2020

Fevralın 28-də “Ümümdünya Mülki müdafiə günü” münasibətilə Gəncə Tibb Kollecində bütün şəxsi heyət və tələbələr cəlb olunmaqla mülki müdafiə tədbiri keçirilmişdir.
Tədbirin nəzəri hissəsində kollecin Mülki Müdafiə Qərargah rəisi Sevda Abbasova  çıxış  edərək bu 1 mart beynəlxalq Mülki Müdafiə  günü barədə şəxsi heyətə və tələbələrə məlumat vermişdir. Sonra 34-cü qrup tələbəsi Mehriban Hüseynova və Afaq Dəmirova mülki müdafiə günü, mülki müdafiə qaydaları barədə məruzələrlə çıxış etmişdirlər.
Çıxışlardan sonra həyacan siqnalı ilə şəxsi heyətin təxliyyəsi ilə tədbir başladı. Tələbələrə fövqəladə hallar zamanı hərəkət qaydaları və ilk yardım zamanı hansı vasitələrdən necə istifadə edəcəkləri barədə  məlumatlar verildi.

Gəncə Tibb Kollecinin tələbələri də “EVDƏ QAL TƏHSİLDƏN QALMA” deyir

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərdən biri də sosial izolyasiyadır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində fəaliyyətə qoyulan məhdudiyyət ilə bağlı müvafiq göstərişindən sonra Gəncə Tibb Kollecində də tədris dayandırılıb.   Dərslərin müvəqqəti dayandırıldığını nəzərə alınaraq Kollecin tələbələri üçün tədris prosesi onlayn formada təşkil olunmuşdur. Bu barədə məlumatı Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev verib. Onun sözlərinə görə tibb müəssisəsinin tələbələri təhsilini “EVDƏ QAL TƏHSİLDƏN QALMA” formatlnda davam etdirir.
“Hazırda bütün ixtisaslar üzrə bütün qrupların tələbələri üçün müəllimlərimiz tərəfindən onlayn dərslər təşkil olunub. Çalışmışıq ki, bütün tələbələr bu dərslərdə müntəzəm iştirak etsinlər. Bildiyiniz kimi Gəncə Tibb Kollecinin elektron kitabxanası da mövcuddur. Onlar internet üzərindən xüsusi şifrə ilə həmin kitabxanadan istifadə edərək onlayn dərslərə hazırlaşa bilirlər” deyə Mehman Rzayev əlavə edib.

Gəncə Tibb Kollecində yaz semestrinin imtahanları onlayn keçirilir

Gəncə Tibb Kollecində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn qaydada keçirilməyə başlayıb. Bu barədə məlumatı kollecin direktoru, əməkdar həkim Mehman Rzayev verib. Onun sözlərinə görə tədris müəssisəsində təhsil alan tələbələr iyun ayının 8-dən etibarən yaz imtahan sessiyası çərçivəsində onlayn qaydada şifahi şəkildə imtahan verirlər.
“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində fəaliyyətə qoyulan məhdudiyyət ilə əlaqədar Gəncə Tibb Kollecində tələbələr üçün tədris prosesi onlayn formada təşkil olunmuşdur. İxtisaslar üzrə bütün qrupların tələbələri üçün müəllimlərimiz tərəfindən onlayn dərslər keçirilib. İmtahanların sualları bütün tələbələrimizə internet vasitəsilə çatdırılıb. Bildiyiniz kimi Gəncə Tibb Kollecinin elektron kitabxanası da mövcuddur. Tələbələrimiz internet üzərindən xüsusi şifrə ilə həmin kitabxanadan istifadə edərək onlayn şəkildə imtahanlara hazırlaşmaq imkanları var. Müəllimlərimiz tərəfindən onlayn imtahanlara hazırlaşmaq üçün tələbələrə lazımı şərait yaradılıb, bəzi güzəştlər edilib. Ümidvaram ki, bu çətin bir dönəmdə tələbələrimiz onlara yaradılan bu yüksək şəraitdən bəhrələnə biləcəklər” deyə Mehman Rzayev bildirib.
Kollecin direktorunun sözlərinə görə yaz sessiyasında müxtəlif ixtisaslar üzrə ümumilikdə 590 tələbə onlayn imtahanlarda iştirak edir:
“Bütün tələbələr ayrı-ayrı ixtisaslar üzrə bir neçə imtahanda iştirak ediblər. Kollecimizdə onlayn imtahanın keçirilməsində hər ixtisas üzrə bir müəllim, iki komissiya üzvü və bir informasiya texnologiyaları üzrə mütəxəssis olmaqla 4 nəfərdən ibarət komanda çalışır. İmtahan keçirilən kabinet  ağıllı smart lövhələrlə, yüksək sürətli internetlə və digər əlaqə üçün lazım olan avadanlıqlarla təchiz olunub. Bütün bu imkanlar onlayn imtahanların yüksək səviyyədə keçirilməsinə imkan verir” deyə Gəncə Tibb Kollecinin direktoru əlavə edib.
 
Mehman Rzayev qeyd edib ki, imtahanın gedişinə kollecin rəhbərliyi xüsusi nəzarət edir. Əgər tələbələrdən kimsə imtahanın gedişatından narazılığı olarsa, hər hansı anlaşılmazlıq yaranarsa kollecdə yaradılan imtahan qərargahına müraciət edə bilər:
“Biz tələbələrimiz üçün maksimum şərait yaratmağa çalışmışıq. Onların bu çətin bir şəraitdə təhsildən geri qalmamaları, proqram üzrə bütün dərsləri mənimsəyə bilmələri üçün lazımı köməklik göstərmişik. Hər hansı bir texniki səbəbdən distant təhsildən kənar qalan tələbələrimiz üçün əlavə olaraq imtahan təşkil olunacaq. Bunu da nəzərə alaq ki, bu qaydada tədris və imtahan həm müəllim heyəti, həm də tələbələrimiz üçün bir ilkdir. Buna görə də hər imtahana daha da təkminləşdirmə aparmağa çalışırıq. Ümidvaram ki, bu özünü imtahanların ümumi nəticəsində göstərəcək. Tələbələrimizə müvəfəqqiyyətlər arzulayıram” deyə Mehman Rzayev bildirib.

Gəncə Tibb Kollecinin direktoru imtahan dövründə tələbələrlə onlayn görüş keçirir

Gəncə Tibb Kollecinin rəhbərliyi 2019/2020-ci tədris ilinin yaz semestri çərçivəsində keçirilən imtahan sessiyası müddətində mütəmadi olaraq tələbələrlə onlayn görüşlər keçirir. Bu barədə məlumatı kollecin direktoru, əməkdar həkim Mehman Rzayev verib. Onun sözlərinə görə tədris müəssisəsində təhsil alan tələbələr iyun ayının 8-dən etibarən yaz imtahan sessiyası çərçivəsində onlayn qaydada şifahi şəkildə imtahan verirlər və demək olar hər imtahandan sonra, bütün qruplarla xüsusi proqramlar üzərindən onlayn şəkildə görüşlər aparır:
“Artıq məlumat verdiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində fəaliyyətə qoyulan məhdudiyyət ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirinin tövsiyəsinə əsasən Gəncə Tibb Kollecində tələbələr onlayn imtahanlar verirlər. İxtisaslar üzrə bütün qrupların tələbələri üçün müəllimlərimiz tərəfindən onlayn dərslər keçirilib. İmtahanların sualları bütün tələbələrimizə internet vasitəsilə çatdırılıb. Qruplar üzrə bir neçə imtahan arxada qalıb. Vaxtaşırı internet üzərindən müxtəlif proqramlarla görüşlər təşkil edirik. Bu zaman tələbələri narahat edən məsələləri, qarşılaşdıqları problemləri müzakirə edir, onların aradan qaldırılması yollarını birgə araşdırırıq” deyə M. Rzayev əlavə edib.
Pandemiya dövründə, xüsusi karantin rejimində dərslərin onlayn şəkildə tədris olunduğunu bildirən kollecin direktoru bu təcrübənin həm müəllimlər üçün, həm də tələbələr üçün bir ilk olduğunu vurğuladı:
“Bildiyiniz kimi distant təhsil bizim üçün bir ilkdir. Buna baxmayaraq bütün kollektivimiz dərslərin keçirilməsi üçün bütün imkanları səfərbər edib. Kollecimizdə yüksək sürətli internet və smart lövhələr vasitəsilə tələbələr bütün ixtisaslar üzrə dərslər proqram üzrə tədris olunub. Təhsil müəssimizdə son dövrlərdə yaradılmış elektron kitabxananın olması da bu məsələdə çox köməklik edib” deyə direktor bildirib.
Görüşlər zamanı tələbələrin qaldırdığı məsələlərə gəlincə Mehman Rzayev qeyd edib, bütün qarşıya çıxan suallar bir daha araşdırılacaq:
“Yuxarıda qeyd etdiyim kimi onlayr tədris və imtahan kollecimiz üçün bir eksperiment idi. Təbii ki, burada həm müəllimlərimiz, həm də tələbələrimiz üçün bəzi çətinliklər yaranırdı. Nəzərə alsaq ki, kollecimizin tələbələrinin çox hissəsi Azərbaycanın müxtəlif şəhər və rayonlarındandırlar və orada internet üzərindən bağlantılarda bəzi çətinliklər yaşanırdı, belə problemlərin olması təbiidir. Bunu nəzərə alaraq qiymət ala bilməyən tələbələr üçün bəzi fənlər üzrə onlayn icmal dərslərin yenidən tədris olunması və avqust ayında növbəti onlayn imtahanların keçirilməsini nəzərdə tuturuq”.


08.04.2021

Aprelin 8-də  2000-dən artıq yerli səhiyyə işçisinin COVID-19 pandemiyasına qarşı profilaktik və cavab tədbirlər üzrə potensialının artırılması üçün həyata keçirilən PROACT Təlim Proqramı çərçivəsində UNICEF-in Azərbaycan bürosunun sədr müavini  Min Yuan  Gəncə Tibb Kollecini ziyarət etmişdir.
Proact Təlim Proqramı  tədbirləri çərçivəsində Azərbaycanda  12 təlim mərkəzləri açılıb. Onlardan biri də Gəncə şəhəri  Gəncə Tibb Kollecində fəaliyyətə başlayib. Təlimlər  təlimçi həkim-koordinatorlar tərəfindən may ayının sonuna qədər davam edəcək. Təlimlərə həkim və orta tibb bacıları cəlb olunub.  
UNICEF-in Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, USAID tərəfindən maliyyələşdirilən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi və TƏBİB ilə birgə həyata keçirilən proqramın məqsədi infeksiyaların profilaktikası və onlara qarşı mübarizə; COVID-19 xəstəlik hallarının fərdi idarə olunması; əsas reanimatoloji tədbirlər; geniş reanimatoloji tədbirlər; xəstəxanaların fövqəladə hallara hazırlığı; tibbi nəzarət; fəal kütləvi müayinə (skrininq); testləşdirmə; təmas qrupların epidemioloji izlənilməsi; risklər haqqında məlumatlandırma kimi mövzularda məlumatlılığın artırılmasıdır.
Bu proqram UNICEF-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Səhiyyə Nazirliyinin sıx tərəfdaşlığı üzərində qurulub.
 
İlk təlimçilər üçün təlimə (TÜT) ötən ilin dekabrında start verilib. Layihə çərçivəsində 12 rayon təlim mərkəzlərində təlimin həyata keçirilməsi və 24 milli mütəxəssis təlimçinin cəlb edilməsi nəzərdə tutulmuşdur. Lakin hal hazirda bu təlim mərkəzlərində 38 təlimçi fəaliyyət göstərir. Artiq bu ğünə kimi 1,600 dən çox tibb işçisi təlimlərdə iştrak etmiş və gündəlik işlərində yeni bilik və bacarıqlarını həyata keçirirlər. Iştrakçı sayı isə 2,000 dən artiqdır.


15.04.2021

15.04.2021-ci il tarixində Gəncə Tibb  Kollecinin Tələbə Gənclər Təşkilatının aktiv tələbələri Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı  ilə  əhali arasında Covid-19 pandemiyası ilə bağlı maarifləndirici  aksiya  keçirib. Aksiya çərçivəsində yüzlərlə maska və maarifləndirici bukletlər paylanılıb.


22.05.2021

Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı yarış təşkil olunmuşdur. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının  təşəbbüsü ilə  Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri arasında ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı, şahmat  yarışı və stolüstü tennis üzrə yarış təşkil olunmuşdur. Yarışda Azərbaycan Dövlət  Aqrar  Universiteti,Azərbaycan Texnologiya Universiteti,Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecini təmsil edən komandalar iştirak etmişdir.Dairəvi sistem üzrə keçirilən yarışlarda  Gəncə Tibb Kollecinin komandaları bilik və şahmat yarışında  2-ci yerə layiq görülmüşdür.Stolüstü tennis üzrə yarışmada isə 4-cü yerə layiq görülmüşdür.

 
09.06.2021

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların qalibləri mükafatlandırılıb. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşşəbbüsü ilə Gəncədə Fəaliyyət göstərən Ali və orta ixtisas məktəbləri arasında keçirilən, Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan bilik və idman yarışının qalib komandaları mükafatlandırılıb. Mərasimdə Gəncəni təmsil edən millət vəkilləri, və ziyalılar iştirak ediblər. Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnalogiya Universiteti, Gəncə Regional Kolleci  və Gəncə Tibb Kollecinin komandalarının iştirakı ilə keçirilən yarışlara, “Heydər Əliyev irsini öyrənirik” adlı intelektual bilik yarışı ilə start verilib. Daha sonra komandalar öz güclərini şahmat və stolüstü tenis yarışlarında sınayıblar. Turnirin ilk mübarizəsi olan bilik yarışından Gəncə Dövlət Universitetinin komandası qalib ayrılıb. Gəncə Tibb Kollecinin komandası isə 2-ci yerə layiq görülmüşdür. İkinci təşkil olunan şahmat yarışının qalibləri də Gəncə Dövlət Universiteti ilə Gəncə Tibb Kollecinin komandaları olmuşdur.  Sonuncu mübarizənin, stolüstü tennis yarışınında qalibi dəyişməz qalıb. Hər üç yarışın qaliblərinə mükafatları, yarışın təşkilatçısı olan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev və tədbirdə iştirak edən digər rəsmilər təqdim ediblər. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, Ümummilli Lider Heydər Əliyevin 98- illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edir.


27.09.2021

Şəhərin müxtəlif küçə və prospektlərində quraşdırılan monitorda Birinci Qarabağ və Vətən müharibəsində şəhid olanlar haqqında məlumatların yer aldığı video-slayd nümayiş olunub. Şəhidlər xiyabanında yerləşən Əbədi Məşəl abidəsinin önünə güllərdən hazırlanmış “Dəmir yumruq” və “Xarı bülbül” kompozisiyalar qoyulub.  Əvvəlcə mərasim iştirakçıları  şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.  Anım mərasimi iştirakçıları monitor vasitəsilə Müzəffər  Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətini dinləyiblər.Anım  Mərasimdə  Gəncə  Tibb  Kollecinin  direktoru  Mehman Rzayev basda olmaqla bir qrup müəllim və tələbə heyəti iştirak etmiş, xiyabanın girişində  "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə gələrək onların əziz xatirəsini yad ediblər.Mərasimdə çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla hər kəsin qürür duyduğunu, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını vurğulayıblar.Daha sonra Gəncə Tibb kollecinin kollektivi Vətən müharibəsi zamanı raket hücumu nəticəsində dağılmış mülki obyektləri ziyarət ediblər. Bu hadisələr nəticəsində dünyasını dəyişən mülki şəhidlərin xatirəsini yad ediblər,bombalanmış ərazilərə gül dəstələri düzüblər.Eləcə də, Heydər Əliyev adına Park Kopmleksində  44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirsinə həsr olunmuş ağacəkmə aksiyasında Gəncə Tibb Kollecinin 10 nəfər işçi heyəti iştirak etmişdir. Aksiya çərçivəsində şəhərin iqlim şəraitinə uyğun olan 300-dən çox Eldar şamı və çinar ağacı əkilib.  Şəhidlərimizin xatirəsini anmaq məqsədilə,gənclərin hazırladığı “Vətən var olsun!” devizi altında fleşmob nümayiş etdirilib. Fleşmobda Gəncə Tibb Kollecinin tələbələri də iştirak etmişlər.


27.09.2021

Gəncə Tibb Kollecinin kollektivi ermənilərin raket hücumu zamanı şəhid olan 13 yaşlı Artur Mayakovun yaxınlarını ziyarət etdi.Sentyabrın 27-də 2-ci Qarabağ Müharibəsi başlanandan erməni faşistləri öz çirkin xarakterlərinə uyğun olaraq beynəlxalq normalara zidd şəkildə Azərbaycanın dinc əhalisinə ayrı ayrı vaxtlarda  istifadəsi qadağan olunmuş ballistik raketlərlə zərbələr endiriblər. Belə raket hücumları zamanı ən çox dağıntıya məruz qalan və dinc sakini həyatını itirən şəhərlərdən biri də Gəncədir. 44 günlük müharibə dövründə ümumilikdə şəhərə atılan 13 raketdən 8-i partlayıb, mülkü əhaliyə ciddi ziyan dəyib, 26 nəfər həyatını itirib, 130-dan çox  nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yüzlərlə yaşayış evi, mülki obyekt, məktəb binası, çoxmənzilli binalara ciddi ziyan dəyib. Ən çox ciddi tələfat və dağıntı olan ərazilərdən biri də Gəncənin Muxtar Hacıyev küçəsində yerləşən yaşayış evləridir. 17 oktyabr 2020-ci il tarixdə Gəncənin dinc əhali yaşayan bu ərazisinə atılan “SCUD” tipli ballistik raketin zərbəsi nəticəsində çoxlu sayda insan həyatını itirdi, ağır və ciddi bədən xəsarətləri aldılar, bir çox yaşayış evləri yerlə yeksan oldu, təmamilə dağıldı. Raket zərbəsi nəticəsində dağılmış evlərdən birinin dağıntıları həyatını itirənlərdən biri də Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Ramil oğlu idi. O Gəncəyə, yaxın qohumlarının evinə, ata yurduna qonaq gəlmişdi. Heç vaxt heç kimin ağlına da gəlməzdi ki, 13 yaşlı uşaq erməni vandalizminin və faşizminin qurbanı olacaq. Bu dəhşətli hadisələrin bir ili yaxınlaşır. Öz əzizlərini, qohumlarını, dostlarını, qonşularını, doğmalarını itirən insanlar hər gün həmin anları göz yaşları ilə xatırlayırlar. Bu günlərdə Gəncə Tibb Kollecinin rəhbərliyi və bir qrup əməkdaşı həmin dəhşətli raket zərbələri zamanı həyatını itirən 13 yaşlı Artur Mayakovun yaxınlarını ziyarət ediblər. Görüş zamanı kollecin direktoru Mehman Rzayev erməni vandalizminin və faşizminin bütün dünyaya sübut etdiyi bu raket hücumları nəticəsində, ümumilikdə vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizə Allahdan rəhmət dilədi. O qeyd etdi ki, beynəlxalq normalara zidd olan, hətta döyüş bölgələrində belə istifadəsi qadağan olunan ballistik raketləri dinc əhali yaşadığı əraziyə atmaqla ermənilər bir daha sübut etdilər ki, onlar insanlıq normalarından çox uzaq, vəhşi və vandaldırlar:“Bu gün biz sizinlə az da dərdlərinizi bölüşmək, Artur və onun kimi yüzlərlə günahsız insanların əzizlərinə təskinlik vermək üçün gəlmişik. Ali Baş Komandan İlham Əliyev də öz çixişinda dəfələrlə vurğulayıb ki, erməni faşistlərinin bu vandalizmi, vəhşiliyi heç zaman yaddan çıxmayacaq, bu dəhşətli qətilləri törədənlər və buna əmr verənlər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər” deyə Mehman Rzayev vurğulayıb. 13 yaşlı şəhidin yaxınları onlara göstərilən mənəvi dəstək və diqqət üçün Gəncə Tibb Kollecinin kollektivinə öz minnətdarlıqlarını bildirdilər.


19.10.2021

Oktyabrın 19-da Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevin tələbələrlə görüşü keçirilib. Tədbirdə Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər evinin müdiri Amil Qurbanov, Gəncə şəhər Gənclər və İdman baş idarəsinin Gənclər sektorunun müdiri Rəşad Əlizadə, Gəncə şəhər İcra hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov iştirak ediblər. Görüşdə ilk öncə Vətən müharibəsi Şəhidlərinin  əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Daha sonra kollecin direktoru Mehman Rzayev bütün tələbələri yeni dərs ilinin başlaması və ənənəvi tədrisin bərpa olunması ilə əlaqədar təbrik etdi: “Ümidvaram ki, tələbələrimiz onlar üçün yaradılan bütün imkanlardan maksimum istifadə edərək bilikli, bacarıqlı, savadlı bir tibbi kadr kimi yetişəcək və gələcəkdə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da vətəndaşlara  əsl peşəkar kimi xidmət edə biləcəklər”. Mehman Rzayev həmçinin əlavə etdi ki, hazırda 6 ixtisas üzrə 901 tələbənin təhsil aldığı müəssisədə korpuslar əsaslı təmir edilib, dam örtüyü yenilənib.  Kollecdə mərkəzi istilik sistemi bərpa olunub, idman meydançası yaradılıb. Tədrisin keyfiyyətinin artırılması məqsədilə maddi-texniki bazası da yaxşılaşdırılıb.  Yeni smart lövhələr quraşdırılıb, tədris otaqları internetlə təmin olinub ki, bu da dərs prosesində tələbələrin dərsləri daha da yaxşı qavramasına, lazım gələrsə beynəlxq təcrübələrdən də yararlanmalarına şərait yaradır. Tələbələrin praktik məşğələləri keçməsi və əyani şəkildə biliklərə yiyələnməsi üçün də imkanlar xeyli yaxşılaşdırılıb. “Hazırda çox müasir laboratoriyalarımız var. Ortopedik stomatologiya, laborator diaqnostika, tibbi profilaktika  ixtisasları üzrə təhsil alan tələbələrimiz bu müasir, yeni avadanlıqlarla təchiz edilən laboratoriyalardan faydalana biləcəklər. Yaxın vaxtlarda bu siyahıya daha bir laboratoriya da əlavə olunacaq ki, burada tibb işçilərinə vacib olan çoxlu sayda tibbi bacarıqları praktik olaraq robot-maniken üzərində həyata keçirə biləcəklər. Yaxın 2-3 il ərzində  kollecimizdə çox yüksək bacarıqlara malik daha da savadlı kadrların yetişəcəyinə ümid edirəm” deyə  əlavə edib. Görüşdə həmçinin Tələbə Gənclər təşkilatına yeni sədr təyin olundu.


29.10.2021

Gəncə Tibb Kollecində Nizami Gəncəvinin 880 nə həsr olunmuş tədbir keçirilib. Gəncə Tibb Kollecində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirlib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Musa Quliyev, kollecin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Tibb Kollecin direktoru Mehman Rzayev qonaqları salamlayaraq, tədbirin mahiyyətindən söz açıb. O qeyd edib ki, Nizami Gəncəvi dövrünün mühüm mədəniyyət mərkəzlərindən olan Gəncədə yaşayıb-yaradıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Ölkə rəhbəri, möhtərəm Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi, o cümlədən dünyada geniş təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Daha sonra kollecin tələbələrinin ifasında dünya ədəbiyyatının günəşi hesab edilən Nizami Gəncəvinin müdrik kəlamları səsləndirilib, dahi şairin həyat və yaradıcılığına həsr olunan film nümayiş etdirilib.


05.11.2021

Noyabrın 5-də Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib. Toplantıda kollecin kollektivi ilə yanaşı şəhid Əsgərov İlkin Rauf oğlunun anası Sura Musayeva, qardaşı müharibə iştirakçısı- Əsgərov Elçin Rauf oğlu, qazi - Musayev Coşqun Azər oğlu,  Gəncə Tibb Kollecinin I kurs tələbəsi, müharibə iştirakçısı - Hadıyev İbrahim Mahir oğlu və digər qonaqlar iştirak edirdi. Tədbir Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Kollecin direktoru Mehman Rzayev tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atdı. “Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazıldı. Bu tarixi qələbə Azərbaycan xalqının iftixarına və qürur mənbəyinə çevrildi. 44 gündə xalq öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğa” çevrildi və bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüş meydanlarında ordumuz, siyasi arenada diplomatlarımız, informasiya savaşında media nümayəndələrimiz düşmənə layiqli cavablar verdilər. Müharibə dövründə də, sonralar da Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya Azərbaycanın haqq səsini çatdıran müsahibələri düşmənlərimizə layiqli qələbəmizə kölgə salmağa, qara yaxmağa imkan vermədi. Bu tarixi Zəfər bizə qalib bir xalq olmağımızdan qürur duymağa şərait yaratdı” deyə çıxışında Mehman Rzayev vurğuladı. Mehman Rzayev onu da əlavə etdi ki, həmin ağır anlarda bütün tibb müəssisələrinə yaralıların gətirildiyi bir vaxta Gəncə Tibb Kollecinin tələbələri də kənarda qalmalıdılar. 30-a yaxın gələcəyin tibb bacısı olacaq tələbələr müxtəlif xəstəxana və hospitallarda yaralılarımıza tibbi yardımın göstərilməsində gecə gündüz iştirak etdilər. Sonra tədbirdə şəhid Əsgərov İlkin Rauf oğlunun anası Sura Musayeva çıxış etdi. O qeyd etdi ki, bütün şəhid olan balaların anası kimi həm öz oğlu ilə, həm digər şəhidlərlə fəxr edir, qürur duyur. Toplantıda çıxış edən qazi Musayev Coşqun Azər oğlu həmin günləri xatırlayaraq Şuşa döyüşlərindən danisdi. O müharibənin ağır və itkilərlə olduğunu qeyd etsə də, bir gözünü itirsə də, bədənində qəlpə yaraları hələ də olsa da qazanılan tarixi qələbədən sonra böyük fəxarət hissi keçirdiklərini əlavə etdi. Qazi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər müharibəsində şəhid olan qardaşlarına Allahdan rəhmət dilədi. O qeyd etdi, müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi birləşən mübariz xalqımız bu müharibədə bütün bacarıq və qabiliyyətlərini, döyüş bacarıqlarını nümayiş etdirdi düşmənlərin məhv edilməsi üçün bütün çətinliklərə sinə gərərək sona qədər mübarizə apardılar. Sonra digər çıxış edənlər də qeyd etdilər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olundu. Sonda kollecin tələbələri Zəfər gününə həsr olunmuş bədii kompozisiya ilə çıxış etdilər.


08.11.2021

Respublikanın hər yerində olduğu kimi  Gəncə şəhərində də “8 Noyabr – Zəfər Günü” böyük təntənə ilə qeyd olundu.  Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər. Tədbirdə Gəncə Tibb Kollecinin direktoru və müəllim-tələbə heyəti yaxından iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır davam edən işğala cəmi 44 günə son qoyub, düşməni əzəli torpaqlarımızdan qovdu. Vətən müharibəsi dövründə Gəncə şəhəri də çətin günlər yaşayıb, raket atəşlərinə məruz qalıb, lakin sınmayıb. Əksinə, şəhər sakinləri Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşiblər. Daha sonra şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə “İstiqlal” parkında inşa edilən “Memorial Abidə Kompleksi”nin açılışı baş tutub. “Memorial Abidə Kompleksi”nin tikintisinə cari ilin may ayında başlanılıb. Ümumi sahəsi 1200 kv.m olan Kompleks dəmir və betondan hazırlanmış lövhələrdən ibarətdir. Uzunluğu 50, hündürlüyü 5 metr olan lövhələrin üzərinə ümumilikdə 600-ə yaxın şəhidin şəkilləri və müxtəlif atributlar vurulub. “Memorial Abidə Kompleksi”nin hissəsi olan qalib Azərbaycan əsgəri heykəlinin hündürlüyü isə postamentlə birlikdə 5 metr təşkil edir. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə iki bulaq da inşa edilib. Bulaqların hər birinin uzunluğu 6,1, eni 1,3, hündürlü isə 2,2 metrdir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən inşa etdirilən abidənin müəllifi Azərbaycan Respublikasının əməkdar rəssamı Şərif Şərifovdur. Sonda Gəncə Dövlət Dram Teatrı tərəfindən “Azərbaycan, Zəfər günün mübarək!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Gənc könüllülərin iştirakı ilə sülh rəmzi olan 44 göyərçin havaya buraxılıb. Daha sonra Heydər Əliyev Park-Kompleksində “8 Noyabr – Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası baş tutub. Aksiyada Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və işçi heyəti iştirak etmişdir. Ümumilikdə 2500 eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib. “8 Noyabr – Zəfər Günü” münasibətilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan konsertdə şəhər rəhbərliyi, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, o cümlədən, Gəncə Tibb Kollecinin müəllim heyəti də iştirak etmişdir. Daha sonra Gəncənin Heydər Əliyev adına baş meydanında “8 Noyabr – Zəfər Günü”nə həsr olunan möhtəşəm atəşfəşanlıq baş tutub.


09.11.2021

Gəncə Tibb Kolleci “9 Noyabr Dövlət Bayrağı Günü” münasibətilə tədbirdə iştirak etmişdir. Bayraq meydanında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyimizin simvolu, qürur mənbəyimizdir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Millət vəkili Pərvin Kərimzadə çıxış edərək, bildirib ki, 3 rəngli dövlət bayrağımız mübarizə əzmimizin, zəfər sorağımızın, istiqlaliyyət salnaməmizin ilk müjdəçisi oldu, bizi Vətən uğrunda müqəddəs döyüşlərə səslədi. Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən, 180-dən çox dövlətin bayraqları ilə bir sırada dalğalan Azərbaycan bayrağı bu gün müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində əzəmətlə dalğalanır. Tədbirdə “Vətən Müharibəsi – Gəncə şəhidləri” və “Zəfər salnaməsi” kitablarının təqdimatı baş tutub.


18.11.2021

YAP Gəncə şəhər  təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə əlaqədar Gəncə Tibb Kollecində tədbir keçirib. Tədbir  əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin  dərin ehtiramla yad edilməsi ilə açıq elan olundu. Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolundan danışan kollecin direktoru, əməkdar həkim Mehman Rzayev “partiyanın yaranmasının 29-cu  ildönümünün  Azərbaycan üçün əlamətdar olan bir bayramla, ikinci Qarabağ müharibəsinin Şanlı qələbəsinin bir ilinin qeyd olunduğu bir tarixə təsadüf etdiyini qeyd edib”. YAP Gəncə şəhər təşkilatının aparat rəhbəri Orxan Əhmədov müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyada tanınmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Bildirib ki, partiya fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. YAP Gəncə şəhər təşkilatının baş məsləhətçisi Hüseyn Budaqov, YAP Gəncə Tibb Kolleci ərazi ilk partiya təşkilatının sədri Mətanət Nəbizadə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin  Prezident İlham Əliyevin uzaqgörən siyasəti  ilə daha da gücləndiyindən, cəmiyyətin inkişafındakı rolundan bəhs ediblər. Sonda  Yeni Azərbaycan Partiyasının sıralarına  qəbul olunmuş tələbələrə  partiyanın üzvlük vəsiqələri təqdim olunub.


22.11.2021  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi  ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib. Seminarda DQİDK-nin  sədr müavini Gündüz  İsmayılov, şöbə müdiri Nahid Məmmədov, Gəncə bölgəsi üzrə şöbənin müdiri Həsən Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Azər İbrahimov iştirak ediblər. Seminarı giriş sözü ilə açan Gündüz İsmayılov bildirib ki, hazırda ölkədə dini durum sabitdir və son illərdə bu sabitlik daha da möhkəmlənib. Həm beynəlxalq miqyasda, həm də ölkə səviyyəsində görülən tədbirlər, radikalizmlə mübarizənin kompleks şəkildə həyata keçirilməsi öz bəhrəsini verir. Azərbaycanda radikalizmlə mübarizə üç istiqamətdə həyata keçirilir - ideoloji, iqtisadi və hüquqi müstəvidə. Radikalizmin birdən-birə yox, mərhələli şəkildə yarandığını bildirən sədr müavini, ilkin mərhələdə qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, ilkin meyillərin yaranması dedikdə, buna xurafatı misal gətirmək olar. Əgər xurafat varsa, onun növbəti mərhələsi mütləq radikalizm olacaq. Bu səbəbdən də ideoloji müstəvidə təbliğatın gücləndirilməsi daha vacibdir. Gəncədəki dini vəziyyəti təhlil edən sədr müavini bildirib ki, radikalizmin yaranmasının əsas səbəblərindən biri də insanların etnik kimliyidir. “Xalqımızın xüsusiyyətləri elədir ki, onları radikalizmə yönəltmək heç də asan deyil. Azərbaycanda radikal ideya və dini düşüncələrin, habelə radikal və ekstremist qrupların özünə köklü yer tapması mümkün deyil. Xüsusilə də Gəncə kimi, öz milli-mənəvi dəyərlərinə, soykökünə sadiq olan bir şəhərdə” – deyə Gündüz İsmayılov əlavə edib. DQİDK-nın  şöbə müdiri Nahid Məmmədov mövzu ilə bağlı çıxış edərək bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri bütün növ ekstremizmə qarşıdır. İslam dini zorakılığı, başqalarının azadlığını pozmaq cəhdlərini qəbul etmir. Ölkəmizdə dinlə dövlət ayrı olsa da, bir-birinə daim dəstək olub. Məhz bu baxımdan Azərbaycan multikulturalzmi dünyaya nümunədir. Nahid Məmmədov gəncləri aqressiv münasibət sərgiləməkdən çəkinməyə və daim sağlam bilgilər əldə etməyə çağırıb. DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov Gəncədə dini radikalizmlə mübarizə çərçivəsində aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, aparılan təhlillərlə radikalizm və ekstremizmin əsas qurbanlarının məhz gənclər olduğu müəyyən edilib. Bu fakt nəzərə alınaraq keçirilən maarifləndirmə tədbirlərinə şagird və tələbələrin cəlb olunmasına xüsusi diqqət yetirilir. Seminarda yeniyetmə və gənclərə dini radikalizm və ekstremizm barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.


23.11.2021

Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində kitab sərgisi təşkil olunmuşdur. Həmin sərgidə Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak etmişdir.  Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap edilmiş 50 adda 1000-dən artıq kitab sərgi iştirakçılarına hədiyyə edilmişdir. XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan  şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibah dövrünün  parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur  Azərbaycan  şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin  Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.


01.12.2021

Gəncə Tibb Kollecinin tələbələri Gəncə şəhər  Gənclər Evində 1 dekabr- Ümumdünya QİÇS-lə  Mübarizə Günü ilə  əlaqədar  tədbir  keçirib. Bu cür tədbirlərin təşkilində əsas məqsəd tələbələri  QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, tələbələrin təhsilə, elmə, idmana olan marağını daha da artırmaqdır. Əvvəlcə, Ümumdünya QİÇS-lə Mübarizə Gününün təsis tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini  qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub. Tədbirdə ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb.  Tədbirdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı tövsiyyələr verilib.

08.12.2021- ci il tarixində Gəncə Tibb Kollecinin tələbələri Gəncədə keçirilən “Nizami dühası”adlı tədbirdə iştirak etmişdir.Bakı şəhəri  Yasamal  rayon  və  Gəncə şəhər İcra Hakimiyyətlərinin dəstəyi, YAP Yasamal rayon və YAP Gəncə şəhər təşkilatlarının təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyası tərkibindəki İncəsənət Gimnaziyası Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində mütəfəkkir şairin doğma şəhəri Gəncədə “Nizami dühası” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim edib. Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. YAP Gəncə şəhər təşkilatının aparat rəhbəri Orxan Əhmədov tədbiri açaraq, Gəncədə yaşayıb yaradan dahi Nizami Gəncəvinin Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz bu şəhərdə ərsəyə gətirdiyini dilə gətirib. Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov çıxış edərək, dünya ədəbiyyatının görkəmli nümayəndəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmasından danışıb. Nadir  şəxsiyyətin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində qoruyub saxlandığını qeyd ediblər. YAP İncəsənət Gimnaziyası Ərazi ilk partiya təşkilatının sədri Hicran Sadıqzadə gimnaziya kollektivinin dahi Nizami Gəncəvinin yaşayıb yaratdığı şəhərdə olmalarını, konsert proqramı ilə çıxış etmələrini, gəncəlilər  tərəfindən məmnunluq hissi ilə qarşılandıqlarını qeyd edib. YAP Gəncə şəhər təşkilatının aparat rəhbəri Orxan Əhmədov kompozisiyanın hazırlanmasına görə gimnaziyanın rəhbərliyinə,kollektivinə minnətdarlığını bildirib.

08.12.2021- ci il tarixində Gəncə Tibb Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınmasında əxlaqi-dini dəyərlərin rolu” mövzusunda seminar təşkil edilib. Seminarda DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları və  Gəncə Tibb Kollecinin müəllim-tələbə heyəti iştirak ediblər. Karantin qaydalarına riayət edilməklə qarşılıqlı diskussiya şəklində keçirilən tədbirdə iştirakçılara məişət zorakılığı və formaları haqqında geniş izahat verilib, məişət zorakılığının qarşısının alınmasında əxlaqi və dini dəyərlərin rolu haqqında danışılıb.

 12.12.2021- ci il tarixində Gəncə Tibb Kollecinin tələbə və müəllim heyəti, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirak etmişdir. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Hər il olduğu kimi, bu ildə  Gəncə  şəhərində  müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub. Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti,o cümlədən şəhər sakinləri və kollektivlərin nümayəndələri də  dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər. Abidəni ziyarət edən tələbə-gənclər daha sonra Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada ziyarətçilərə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Gəncə şəhərinə səfərləri, həmçinin muzeydə nümayiş olunan müxtəlif eksponatlar barədə ətraflı məlumat verilib.
Allah rəhmət eləsin!  
 
24.12.2021- ci il tarixində  Gəncə Tibb Kollecinin tələbələri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 60-illik yubileyi münasibətilə  Gəncə şəhərində  ağacəkmə aksiyasında iştirak ediblər.  Aksiya  zamanı  müxtəlif  ağac  növləri  əkilib. Ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar sulanıb  və onlara aqrotexniki qaydada qulluq göstərilib.
 
25 və 27 dekabr 2021-ci il  tarixlərində  Gəncə Gənclər Evinin Vətəndaş Cəmiyyəti Debat İctimai Birliyinin və Gəncə Regional Debat Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə Gənclər Evində keçirilən " Dövlətlərin Qlobal su böhranının həlli istiqamətində  atdığı addımlar özünü doğruldur"mövzusunda keçirilən Gəncə Gənclər Debat Forumu “Payız 2021” uğurla yekunlaşdı. Forumda universitetlər və kolleclərin "Debat Klublarının” komandaları iştirak etmişdir. Final Mərhələsində Azərbaycan Dövlət Aqrar Universitetinin "Nexsus" və  Gəncə Tibb  Kollecinin  "Night Mare" komandası qarşılaşdı. Təsdiq mövqedən oynayan  Gəncə Tibb Kollecinin "Night Mare" komandası qalib oldu. Forumun ən yaxşı birinci natiqi isə Nərmin Tağıyeva seçildi.  Sonda iştirak edən və qalib gələn bütün debatçılar təltif edildi.


30.12.2021- ci il tarixində Gəncə  Tibb Kollecinin  bir  qrup  tələbəsi  Gəncə şəhər Uşaq Evində olmuşdur. Uşaq Evinin direktoru  həmin evdə yaşayan uşaqlar haqqında informasiya verib,  onların  təlim-tədris proqramından, qidalanmasından,  asudə vaxtlarının  səmərəli keçirilməsindən bəhs edib. O qeyd edib ki, Uşaq Evi dövlətimizin xüsusi diqqət  mərkəzindədir və hər tərəfli qayğı ilə əhatə olunmuşdur. Gənclərin Uşaq Evinə gəlişi buradakı azyaşlıların sevincinə səbəb olub. Tələbələr topladıqları vəsait hesabına aldıqları hədiyyələri uşaqlara paylayıblar. Bir neçə saatlıq görüş həm tələbələrdə, həm də balacalarda xoş təəssürat oyadıb.
 
19.01.2022– ci il tarixində Gəncə Tibb Kollecində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. İlk öncə “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri  giriş sözü ilə Gəncə Tibb Kollecinin direktoru  Mehman Rzayev  açdı. Mehman Rzayev  çıxışında “1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə  sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan bəhs etdi”. Tariximizə qanla yazılmış “20 Yanvar” faciəsinin heç bir zaman unudulmayacağını vurğuladı.Mehman Rzayev  bildirdi ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin  ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Mehman Rzayev  vurğuladı  ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət və xalqına bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza  qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi. Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1993-cü ilin iyununda xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin tapşırığı ilə bütün şəhid məzarlarının üstü götürüldü, Şəhidlər Xiyabanında memorial kompleks  ucaldıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu  və Bakıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradıldı. 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu,  dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olundu.  Ulu öndər Heydər Əliyev bəyan etmişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”. Xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad etdi ,  indi  həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük  quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.   Sonda “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunan videoçarx  nümayiş etdirildi, tələbələrin  iştirakı ilə səhnələşdirilən müxtəlif kompozisiyalar, şerlər təqdim olundu.
      
20.01.2022- 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar  ümümşəhər tədbiri keçirilib. Yanvarın 20-də Gəncə şəhərində ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, şəhid ailələrinin yaxınları ilə yanaşı Gəncə Tibb Kollecinin müəllim və tələbə kollektivi də iştirak etmişdir. Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslərin xatirəsinə" inşa edilmiş  abidə ziyarət olunub, önünə əklillər və gül dəstələri qoyulub. Daha sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Saat 12:00-da, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra  avtomobillər vasitəsi ilə səs siqnalları verilib.  
“Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu münasibət ilə Gəncə şəhərində tədbir keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin gənc tələbələri yaxından iştirak etmişdir.       Tədbirdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıldığı vurğulanıb. 2 fevral tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib. Azərbaycanda Gənclər gününün təsis edilməsindən ötən 25 il ərzində bu sahədə əldə edilən nailiyyətlərdən söz açılıb. Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan gəncliyi üçün ən həlledici sınaq Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan ordusunun sıralarında vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın  tarixinə qızıl hərflərlərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan zəfər Azərbaycanı ərazi bütövlüyünə quvuşdurdu. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.  Sevindirici haldır ki,  bu gün gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər. Tədbirin sonunda Gəncə gənclərinə həsr edilən video çarx nümayiş olundu. Sonra bir qrup gəncə, o cümlədən Gəncə Tibb Kollecinin tələbələrinə xatirə hədiyyəsi və diplomlar təqdim edildi.


25.02.2022-ci il tarixdə Gəncə Tibb Kollecində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə direktor əvəzi Kərimxan Qurbanov,həkim-müəllim və tələbə heyəti iştirak edirdi. Kollecin direktor əvəzi Kərimxan Qurbanov anım günü tədbirini açıq elan etdi. Xocalı qurbanlarının və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə  Tələbə Gənclər Təşkilatının hazırladığı ədəbi-bədii kompozisiyalar və videoçarxlar nümayiş etdirildi.   


26.02.2022- ci il tarixində Gəncə  şəhərində  Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Qeyd edək ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Artıq ikinci ildir ki, xalqımız Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı” Tədbirdə Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak edərək,  “Xocalı Soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


1 mart Ümumdünya Mülki Müdafiə Günüdür

1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Gəncə Tibb  Kollecində maarifləndirici tədbir keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti ilə yanaşı, FHN-in  Gəncə Regional Mərkəzinin əməkdaşları da  iştirak etmişdirlər. Tədbir iştirakçıları çıxışlarında bu günün əhəmiyyətindən və mülki müdafiənin məqsədindən bəhs edərək bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan da 1993-cü ildən bu nüfuzlu beynəlxalq təşkilatın üzvüdür. Nəzərə çatdırılıb ki, Ümumdünya Mülki Müdafiə Gününün hər il qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Tədbirdə həmçinin, FHN-in mülki müdafiə sahəsindəki fəaliyyətindən, eləcə də fövqəladə hadisələr zamanı davranış qaydalarından bəhs edən videoçarxlar nümayiş etdirildi. Sonda tələbələr arasında viktorinalar keçirilmiş suallara düzgün cavab verən tələbələr mükafatlandırılmışlar.


17.03.2022-ci il tarixində Gəncə şəhərində Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib. Gəncə şəhəri  Heydər Əliyev adına meydanda keçirilən tədbirdə  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, şəhər sakinləri ilə yanaşı Gəncə Tibb Kollecinin müəllim və tələbə kollektivi də iştirak etmişdir. Meydanda böyük tonqal qalanıb.Musiqilər və rəqslər ifa edilib.Yaradılan guşələrdə sənətkarların əl işləri sərgilənib.Orada Novruzun rəmzi olan böyük səməni də yer alıb. Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir. Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur. Xalqımız özünün sevimli bayramını cəmiyyətin bütün təbəqələri arasında möhkəm birlik nümayiş etdirməklə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır. Müstəqil Azərbaycanımızın davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin dünyanın ən stabil ölkələri sırasında yer tutması, iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilməsi xalqımızda iftixar hissi doğurur. Bütün bunlar, habelə müstəqil dövlətimizin xalqın rifah halının durmadan yüksəltməyə yönəlmiş sosialyönümlü siyasəti Azərbaycan vətəndaşlarında sabaha böyük inam və ümidlər yaradır. Bu  əziz bayram günlərində xalqımızı, başda Kollecimizin direktoru Mehman Rzayev olmaqla bütün həkim-müəllim və  tələbə heyətini yaz ovqatlı,  bahar əhval-ruhiyyəli Novruz bayramı münasibətilə təbrik edirik.Qoy, bu Novruz elimizə, obamıza, xalqımıza xoş səadətli günlər gətirsin. Gəlişin mübarək olsun!


31.03.2022- ci il tarixində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 31 Mart- Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir soyqırım qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin  əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  və 31 mart soyqırım abidəsi önünə tər güllərin düzülməsi ilə başlanmışdır. Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, o cümlədən Gəncə Tibb Kollecinin tələbələri iştirak etmişlər. Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Eldar Mehdiyev və gənclər, 31 mart Azərbaycanlıların Soyqırımı haqqında tarixi faktlara əsaslanan geniş məlumatlar vermişlər. Çıxış edənlər belə faciələrin ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulamışlar. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Gəncə Tibb Kollecində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş film tələbələrə nümayiş etdirilmişdir.
 
05.04.2022 – ci il tarixində  Gəncə Tibb kollecinin akt zalında tədris ilə əlaqədar növbəti konfrans keçirilmişdir.Konfransda Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və həkim –müəllim heyəti iştirak etmişlər. 14-fevral-5 mart tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının(ÜST)  və Azərbaycan Tibb Universitetinin(ATU) birgə əməkdaşlığı ilə Beynəlxalq professorlar heyəti tərəfindən “Təhsil verənin tədris sahəsində peşəkar inkişafı”,”Dərman tətbiq edilməsi “,Təməl həyat dəstəyi” mövzusunda  ATU-nun Peşəkarlılığın davamlı  inkişafı Mərkəzində Təlimçilərin təlimi proqramı keçirilmişdir. Bu təlimdə Gəncə Tibb Kollecinin həkim- müəllimləri  Hüseynova Yeganə və Əzimova Sveta iştirak etmişdirlər. Təlimin əsas məqsədi  Respublikamızda tibb sahəsində tədqiqatı istiqamətində olan problemlərin araşdırılması üçün Beynəlxalq araşdırma standartları ilə tanış olmaq, sahə üzrə tibb mütəxəssislərinin bilik və bacarıqlarını artırmaq məqsədilə təlimatlar və tövsiyyələr verməkdən ibarətdir. Hazırda Respublikamızda tibb sahəsində və tibb mütəxəssislərinin yetişdirilməsində çox ciddi işlər aparılır. Təlim  keçmiş həkim-müəllimlərimiz öyrəndikləri, əldə etdikləri  materialları  ilk olaraq kollecimizin həkim-müəllim heyətinə slayd və videoçarxlar vasitəsilə nümayiş etdirmişlər. Həkim-müəllimlərimiz əldə etdikləri bu bilik və vərdişləri tələbələrə də aşılayacaqlar.  

06.04.2022 – ci il tarixində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə Tibb kollecində “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və  müəllim-tələbə heyəti iştirak etmişlər. Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz  xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. Çıxışlar zamanı bu qəbildən olan tədbirlərin gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, milli xarakter və milli mənəviyyatın formalaşması baxımından əhəmiyyətli rola malik olduğu qeyd edilib. 44 günlük müharibədə qazandığımız bu qələbəyə görə öz sağlamlıqlarını qurban verərək sinəsini Vətənə sipər etmiş qazilərimizə və gözünü qırpmadan düşmən üzərinə hücum edən bütün Vətən müharibəsi iştirakçılarına Azərbaycan xalqı adından bir daha təşəkkür edilib. Onların yazdığı tarixin bundan sonrakı dövrdə bir qəhrəmanlıq salnaməsi kimi  gələcək  nəsillərə ötürüləcəyi vurğulanıb. Sonda  “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” adlı  sənədli film izlənilmişdir.

18.04.2022 – ci il tarixində “Vətəndaş Cəmiyyətində Debat”İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Gəncə Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Gəncə Tibb Kollecinin tələbələri ilə görüş keçirildi.Görüşün məqsədi gənclərin debat və natiqlik sahəsində bilik və bacarıqlarının formalaşdırılması,region gənclərinin fəallığının artırılmasıdır. Həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir. Debat forumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb etmə  məsələlərində, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir. Qeyd edək ki, təşkilatın aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat proqramı” Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəliyi özündə birləşdirir. Təşkilatın fəaliyyət göstərdiyi 24 il ərzində Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir.
 
18.04.2022 – ci tarixində “Enactus” Gəncə Tibb Kollecində
Dünyanın 34 ölkəsindən minlərlə tələbəni birləşdirən Enactus proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə həyata keçirilməkdədir. “Enactus” beynəlxalq proqramını ölkəmizdə Azərbaycan Tələbə Gənclər Təkilatları İttifaqı təmsil edir və proqram sahibkarlıq fəaliyyətinin gücü ilə daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir araya toplayır.Bu məqsədlə Enactus yenilikçi gənclərə nəzəri biliklərini təcrübədə tətbiq etməyə,biznes,təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır,onlar arasında azad sahibkarlığı təbliğ edir.Proqram çərçivəsində həm qlobal,həm də yerli səviyyədə həyata keçirilən tədbirlər BP,KPMG və PwC kimi nüfuzlu şirkətlərlə sıx əməkdaşlıq çərçivəsində icra olunur.”Enactus” proqramının tələbə yönümlü siyasətini nəzərə alaraq, hər il ölkəmizin ali və orta təhsil müaəssisələrini təmsil edən “Enactus” komandaları Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində layihələr hazırlayaraq Milli Çempionat və Dünya Kuboku uğrunda  mübarizə aparırlar. Ötən il ərzində region gənclərinin sosial sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə keçirilən “Enactus Regionlarda” layihəsi çərçivəsində 200-dən çox gənc təlim və görüşlərə cəlb olunmuş, ənənəvi qaydada hər il keçirilən “Enactus Yaz Məktəbi” və “Enactus Mentorluq Proqramı” layihələrindən isə 21 fərqli ali və orta ixtisas təhsil müəssisəsində təhsil alan 800-dən çox gənc faydalanmışdır.
 
22.04.2022 – ci il tarixində Gəncə Tibb Kollecinin bir qrup tələbəsi Nizami Gəncəvi muzeyinə təşkil olunan ekskursiyada iştirak etmişlər. Tələbələr muzeydə nümayiş etdirilən zəngin  eksponatlarla yaxından tanış olmuşlar. Ekskursiyanın təşkil olunmasında  əsas məqsəd muzey ekspozisiyalarını,  klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə tanıtmaq  və sevdirməkdir. Ümumiyyətlə,  muzeylər bəşəriyyətin tarix boyu qurub-yaratdığı, icad etdiyi və gələcək nəsillərə ötürmək istədiyi maddi-mənəvi, mədəni dəyərlərin qorunub saxlandığı, mühafizə olunduğu xüsusi məkandır. Bu baxımdan Gəncə son illərdə yalnız sürətli sosial-iqtisadi və mədəni inkişafı ilə deyil, həm də tarixi irsin qorunduğu, bir-birindən yaraşıqlı muzeylərin tikilib istifadəyə verildiyi şəhər kimi diqqəti cəlb edir. Hazırda Gəncədə ən çox maraq doğuran, keçmiş irsin, maddi dəyərlərin nümayiş olunduğu mədəni mərkəzlərdən biri də, “Nizami Gəncəvi Muzeyi”dir. Adından da bəlli olduğu kimi, muzeydə XII əsr Azərbaycan poeziyasının klassiki, böyük mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən əşyalar, eksponatlar nümayiş olunur. Əlbəttə bənzərsiz poetik irsi ilə özündən sonra böyük bir ədəbi məktəbin əsasını qoyan Nizami Gəncəvinin həyat və yaradıcılığına daim böyük maraq olub. Odur ki, hazırda dünyanın elə böyük muzey, arxiv və əlyazmaların saxlandığı mədəni mərkəz tapmaq olmaz ki, orada dahi şairin yaradıcılığından bəhs edən hər hansı əlyazma və yaxud əşya qorunub saxlanılmasın. Lakin şairin doğma vətənində, xüsusilə də onun dəfn olunduğu türbənin önündə bu cür muzey mərkəzinin yaradılması qonaqlara həm böyük mütəfəkkirin məzarını ziyarət etməyə, həm də onun yaradıcılığının əks olunduğu muzeylə tanış olmağa imkan yaradır. Muzey əməkdaşları bildirirlər ki, böyük mütəfəkkir Nizami Gəncəvi irsinə olan sonsuz maraq buraya həmişə ziyarətçi axını ilə müşayiət olunur. Qətiyyətlə demək olar ki, XII əsrdən dövrümüzə qədər Nizami Gəncəvinin bədii irsi, onun əsərlərində toxunduğu bəşəri estetik ideyalar, humanizm prinsipləri, yaratdığı ən kamil insan surətləri dünya ədəbiyyatsevərləri tərəfindən hansı məhəbbətlə sevilibsə, bu gün şairin vətəni Gəncədə adını daşıyan muzey mərkəzi də istər yerli, istərsə də xarici qonaqlar tərəfindən eyni məhəbbətlə sevilir,  böyük maraqla ziyarət olunur.

28.04.2022 – ci il tarixində Azərbaycan tarixinin görkəmli simalarından biri – Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibəti  ilə Gəncə Tibb Kollecində tədbir keçirildi.Tədbirdə Gəncə Tibb Kollecinin direktoru  Əməkdar həkim Mehman Rzayev, həkim-müəllim heyəti və tələbələr iştirak etmişlər. Tədbirdə çıxış edən Mehman Rzayev “oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edərək  bildirdi ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb. Akademik respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Alim eyni zamanda göz yaşı xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Alimin  elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib, bundan sonra da təsir göstərəcəkdir” deyə Mehman Rzayev əlavə edib. Tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca zirvələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə öz sanballı möhürünü vurub. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Akademik Zərifə xanım Əliyevanın gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyəli tibb işçilərinin, layiqli Vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətləri olmuşdur. Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

29.04.2022 – ci il tarixində Gəncə Tibb Kollecinin fəal tələbələri Gəncə uşaq evində xüsusi qayğı  və diqqətə ehtiyacı olan uşaqlara baş çəkiblər. Tələbələr uşaqlara Gəncə Tibb Kolleci haqqında ətraflı məlumat verib, seçdikləri ixtisas, onun gələcək perspektivləri barədə uşaqlarla fikirlərini bölüşüblər. Uşaqlar isə  tələbələrə Gəncə Tibb Kolleci haqda onları maraqlandıran sualları cavablandırıblar. Sonra  tələbələr uşaqlarla bir yerdə müxtəlif intellektual və əyləncəli oyunlar keçiriblər. Görüşün sonunda tələbələr uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.   Hədiyyələr azyaşlıların sevincinə səbəb olub.

29.04.2022 - ci il tarixində Gəncə Tibb Kollecində hərbiləşdirilməmiş obyekt Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə MM məşqi keçirilmişdir. Mülki Müdafiə məşqinin keçirilməsinə Mülki müdafiə qüvvələri: rabitə və xəbərdarlıq manqası, ictimai asayişi mühafizə manqası, xilasetmə manqası, yanğınsöndürmə manqası, sanitar manqası ,rabitə xəbərdarlıq manqası ,kəşfiyyat manqası, FMV –nin paylanma manqası cəlb olunmuşdur. Mülki Müdafiə məşqinin keçirilməsinin əsas məqsədi “Mülki Müdafiə” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi, obyekt qüvvələrinin Mülki müdafiə sənədlərinin, rəhbər sənədlərin tələblərinə uyğunluğunun, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılması; Fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədi ilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsidir. Mülki müdafiə məşqi 29 aprel  2022-ci il tarixində kollecin  fövqəladə hallar komissiyanın sədri tərəfindən verilmiş həyacan siqnalı ilə saat 12.00-da xəbərdarlıq sxeminə uyğun olaraq, obyekt Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, rabitə və xəbərdarlıq manqası tərəfindən xəbərdar olunur. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti xəbərdarlıq siqnalı üzrə təyin olunmuş yerə, kollecin  çöl ərazisində toplanmasına nəzarət olunmuş və bu barədə komandir-rəis heyətin məruzəsi dinlənilmişdir. Kollecin Fövqəladə Hallar komissiyasının sədri məşqin məqsədini və direktorun müvafiq əmrini məşq iştirakçılarına çatdırmışdır. Məşqin keçirilmə planına uyğun olaraq, məşqin gedişi zamanı obyekt Mülki müdafiə qüvvələri ilə sıra baxışı keçirilmiş, şəxsi heyətin siyahısı, ştat üzrə təhkim olunmuş avadanlığın varlığı, işlək vəziyyətdə olması yoxlanılmış, istifadə qaydaları nümayiş etdirilmiş, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlər aparılması ardıcıllığı dəqiqləşdirilmiş, funksional vəzifələr dinlənilmişdir. Bundan əlavə, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə məşq iştirakçılarına təlimat verilmiş,  Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddəti müəyyənləşdirilmişdir.

06.05.2022 – ci il tarixində Gəncə Tibb Kollecində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş  konfrans keçirilmişdir. Tədbirdə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim – müəllim heyəti və tələbələr iştirak etmişlər. Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə açıq elan olunmuşdur. Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. O, ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb. Mehman Rzayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən də  danışdı. “Artıq, Azərbaycanın müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir”. Eyni zamanda, qeyd olundu ki, Vətən müharibəsi dövründə düşmən tərəfindən şəhər və kəndlərimiz, o cümlədən Gəncə şəhəri müxtəlif silahlarla atəşə tutulub, günahsız insanların qanı axıdılıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan xalqı əsl fədakarlıq nümunəsi göstərdi. Bütün dünya Azərbaycan xalqının vətənpərvərliyini gördü. Heç bir şübhə yoxdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün ümummilli liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edəcək. Sonra tələbələrin hazırladıqları şerlər, mahnılar dinlənildi. Sonda ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyyəti və misilsiz xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirildi.

07.05.2022 – ci il tarixində  Gəncə şəhərində  ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Kəpəz Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib. Heydər Əliyev Park-Kompleksinin ərazisində təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri o cümlədən, Gəncə Tibb Kollecinin texniki işçiləri və tələbələr iştirak etmişlər.

10.05.2022 – ci il tarixində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilmişdir. Tədbir  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süqutla yad edilməsi ilə başlamışdır. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Mərkəzin elmi işçisi Gülər Ellazova çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs etmişlər. Cəmiyyətin gələcəyinin gənclər olduğunu hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən yeganə insanın, Heydər Əliyev olduğunu diqqətə çatdırmışlar. Daha sonra tədbir,  gənclərə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunması ilə davam etdirilmişdir. Sonda ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunmuş, Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirilmişdir.

12.05.2022 – ci il tarixində Gəncə Tibb Kollecinin tələbələri Beynəlxalq Tibb Bacısı Günü münasibətilə konfrans təşkil etmişlər. Bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə hər birimiz təşəkkür etməyə borcluyuq. İlkin tibbi təhsil almış şəfqət bacıları, müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifələr düşür. Xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqini yoxlamaq və digər işlər tibb bacısının öhdəsinə düşür. Onu da xatırlatmağa dəyər ki, Gəncə Tibb Kollecinin tələbələri, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizədə, eləcə də Vətən müharibəsi dövründə də  öz  təcrübə və peşəkarlıqlarını, üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə könüllü olaraq yaxından iştirak etmişlər. Hazırda ölkəmizdə peşəkar tibb bacılarının hazırlanmasına xüsusi diqqət yetirilir, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür. Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta ixtisas tibb işçiləri hazırlayan Gəncə Tibb Kollecində hazırda Müalicə işi,  Mamalıq işi, Tibbi profilaktika, Laborator diaqnostika, Ortopedik stomatologiya, Əczaçılıq, Tibb bacısı(qardaşı) işi ixtisası üzrə tələbələr təhsil alır. Bu gün  kollecimizdə demək olar ki, bütün ixtisaslar üzrə laboratoriyalarımız var. Yüksək standartlara cavab verə biləcək ortopedik stomatologiya, laborator diaqnostika, tibbi proflaktika laboratoriyaları , robot-trenajor təlim mərkəzi tələbələrimizə müasir tibbdə istifadə edilə biləcək bilik və bacarıqlar aşıladır. Gələcəyin peşəkar orta ixtisaslı  tibb kadrları olması üçün onlara nəzəri biliklərlə yanaşı həm də robot üzərində  praktik əməliyyatlar aparmaq imkanı yaradılıb. Belə ki, tələbələr bu mərkəzdə sidik kisəsi və venaya katetrlərin qoyulması, intubasiya, elektrokardioqramma çıxartmaq və defibrilyatordan istifadə qaydalarını öyrənirlər. Bu isə onların gələcəkdə peşəkar  tibb kadları kimi yetişmələrinə yardımçı olacaq. Ümüdvarıq ki, Gəncə Tibb Kollecinin tələbələri üçün yaradılan bütün imkanlardan tələbələrimiz maksimum istifadə edərək bilikli, bacarıqlı, savadlı bir tibbi kadr kimi yetişərək gələcəkdə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da vətəndaşlara  əsl peşəkar kimi xidmət edə biləcəklər.

18 may - Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycanda da geniş miqyasda qeyd edilir.Bu münasibət ilə Gəncə Tibb Kollecinin fəal tələbələri  Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti muzeyinə, Nizami Gəncəvi məqbərəsi ve muzeyinə, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinə səfər etmişlər.

19.05.2022 – ci il tarixində Gəncədə “SABAH” İncəsənət Festivalı keçirilib.Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin xüsusi dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və “SABAH” qrupunun təşkilatçılığı ilə 19-21 may tarixlərində Gəncə şəhərində  “SABAH” İncəsənət Festivalı keçirilmişdir. Festivalın açılış mərasimində Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, tələbələr və bir qrup müəllimlər iştirak etmişlər. Mərasimdə bildirilib ki, artıq üç ildir həyata keçirilən “SABAH” İncəsənət Festivalının əsas məqsədi “SABAH” qrupları layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrində (BMA, ADRA, ADMİU, AzMİU) tələbələrin nailiyyətlərini əyani nümayiş etdirmək, ölkə gəncliyi arasında təhsilə və yaradıcılığa həvəsi artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir.Festivalda Bakı Musiqi Akademiyasının “SABAH” qrupları tələbələrinin ifasında xor və instrumental musiqi çıxışları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupları tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, pantomima, tamaşalardan parçalar, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti “SABAH” qrupları tələbələrinin memarlıq layihələri (maketlər və elektron təqdimatlar), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qrupları tələbələrinin isə dizayn və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi müşayiət edib. Bunlara əlavə olaraq, tədbir boyunca ADRA “SABAH” qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.Bununla yanaşı, Gəncə Dövlət Filarmoniyasında Bakı Musiqi Akademiyasının “SABAH” qrupları tələbələrinin ifasında vokal-instrumental musiqi gecəsi, Gəncə Dövlət Dram Teatrında isə "Tufan" adlı tamaşa nümayiş olunub.
 
31.05.2022 – ci il tarixində iki illik pandemiyadan sonra nəhayət “Məzun günü”nün keçirilməsi müəllim və tələbələrdə böyük sevinc hissi oyatmışdı.  Hər tərəfi al-əlvan çiçəklərlə bəzədilmiş kollecin həyətində sevincdən üzü gülən gəncləri görmək bizlərdə fərəh hissi yaradırdı. “Məzun günü” münasibətilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən evladlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, söz Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayevə verilmişdir. Mehman Rzayev ilk öncə məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar və müstəqil dövlətimizin daha da çiçəklənməsi naminə səy və bacarıqlarını əsirgəməməyi arzulamışdır. Daha sonra Mehman Rzayev, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Gəncə Tibb Kollecinin əldə etdiyi nəaliyyətlərdən danışmışdır. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açan Mehman Rzayev Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin hər zaman  əziz tutulduğunu qeyd etmişdir.Gənclərə öz tövsiyələrini verən direktor vurğulamışdır ki, bu ilin məzunları  xoşbəxtdirlər. Ona görə ki, qalib xalqın məzunlarıdırlar. Onlar həmişə öz dövlətləri, xalqı və qəhrəmanları ilə qürur duymalıdırlar və duyurlar.Daha sonra tədbir iştirakçıları  tələbələrin ifasında səsləndirilən qəhrəmanlıq mahnılarını, eləcə də rəqs qrupu üzvlərinin çıxışlarını alqışlarla qarşılamışlar.

14.06.2022 – ci il tarixində Gəncə Tibb Kollecində “İnsan Hüquqları Günü” münasibətilə tədbir keçirilmişdir.Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998 – ci il 18 iyun tarixində Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmiş və insan hüquqlarının təmin olunması müəyyən olunmuşdur.Bunu nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyevin 2007- ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-I Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.Bununla əlaqədar Gəncə Tibb Kollecində  14 iyun 2022 – ci il tarixində “İnsan Hüquqları  Aylığı” çərçivəsində tədbir  keçirilmişdir.Tədbirdə Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev  tələbələri və müəllimləri salamlayaraq “İnsan Hüquqları Günü”nün yaranma tarixindən, bu sahədə görülmüş işlərdən söz açmışdır.Tədbirdə tələbələrə  insan  hüquq  və  azadlıqları  barədə  məlumatlar  verilmiş,  Azərbaycanda  insan  hüquqları  barədə  qəbul  olunmuş  qanunlardan, bu  sahədə həyata keçirilən  tədbirlərdən  və  bu  tədbirlərin  nəticələrindən danışılıb.Sonda  mövzu ətrafında videofilmlər nümayiş etdirilmiş, tələbələrlə diskusiya şəklində müzakirələr aparılmışdır.

06.09.2022 – ci il tarixində Türkiyəli tələbələr Gəncə Tibb Kollecində qonaq oldular. TİKA - Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinın təşkilatçılığı ilə Türkiyəli tələbələrin Azərbaycana səfəri təşkil olunub. Gənclərlə qarşılıqlı əlaqə və təcrübə mübadiləsi üçün zəmin yaradılması proqramı çərçivəsində qonaqlar Gəncə Tibb Kollecində də olublar. Səfər çərçivəsində türkiyəli tələbələrə kollec haqqında məlumat verən Mehman Rzayev qonaqlara Gəncənin qədim tarixi, kollecin yaradılmasından bu günədək keçdiyi yoldan söhbət açıb. Qonaqların diqqətinə çatdırılıb ki, artıq 90 yaşı olan tibb təhsil müəssisəsi son 5 ildə öz intibah dövrünü yaşayır. Belə ki, bu müddətdə kollecin binası əsaslı təmir olunub və bütün lazımi şəraitlə və invertarlarla təchiz olunub. M. Rzayev onu da vurğulayıb ki, hazırda 10 müasir texnologiyalarla təmin olunmuş laboratoriya tələbələrin ixtiyarına verilib. Qonaqlar kollecdə olan laboratoriyalarla yaxından tanış olmuş, orada olan robot-manikenlər üzərində keçirilən tədris prosesini yaxından izləyib, həkim-müəllimlərin köməkliyi ilə özləri praktik olaraq proseslərdə iştirak ediblər. Türk tələbələrin diqqətinə çatdırılıb ki, bu müəssisənin bütün otaqları lazımi invertarlarla, smart lövhələrlə, ən son model kompyuterlərlə, sonuncu nəsil mikroskoplarla, analizatorlarla, klinik və biokimyəvi analizlərin aparıla bilməsi üçün lazım olan ən son avadanlıqlarla təchiz olunub. Kolleclə tanışlıqdan sonra qonaqlar Gəncə Tibb Kollecinin həyətində hərəyə bir ağac əkdilər. Bildirildi ki, bu ağacların üzərində onu əkən türk tələbənin adı qeyd olunacaq və bu bir tarix kimi xatırlanacaq. Sonda qonaqlarla xatirə şəkli çəkdirildi.

28.09.2022 – ci il tarixində Gəncə Tibb Kollecində maarifləndirmə tədbiri keçirilib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə  şəhər Tibb Kollecində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

10.10.2022 - ci il tarixində Gəncə Tibb Kollecində “Azadlığa gedən yol” adlı konfrans keçirilmişdir.

12.10.2022 - ci il tarixində Gəncə Tibb Kollecində “Əhməd Cavadın 130 illik yubileyi”nə  həsr olunmuş  tədbir keçirilmişdir.

18.10.2022 - tarixində Gəncə Tibb Kollecində “Yanğın təhlükəsizliyinin təmin edilməsi və  yanğın təhlükəsizliyi” qaydaları barədə maarifləndirici tədbir keçirilmişdir. Maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd yanğın hadisəsi baş verərsə  ilkin davranış qaydaları, yanğına qarşı odsöndürücülərin istifadə qaydaları, əyani vəsaitələrdən istifadə qaydalarının öyrədilməsi olmuşdur.

28.10.2022 – ci il tarixində Gəncə Tibb Kollecinde “Milli Debat Proqramı”nın təqdimatı keçirilmişdir. Çıxış edənlər debatın tələbələr üçün əhəmiyyətindən, Gəncə Tibb Kolleci Debat Klubunun tarixi və qazandığı uğurlarından, həmçinin debatın üstünlükləri haqqında və son illərdə debat ilə bağlı hansı işlərin görülməsindən, debatın tələbələrə nə kimi faydalar qazandıracağından  ətraflı məlumatlar vermişlər.

01.11.2022 – ci il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi çərçivəsində YAP Gəncə şəhər təşkilatının 8 saylı (Gəncə Tibb Kolleci) ərazi partiya təşkilatında partiya sıralarına qoşulmaq istəyən tələbələrlə görüşü keçirilib.

03.11.2022 – ci il tarixində Gəncə Tibb Kollecində süfrə mədəniyyəti haqqında konfrans təşkil olunmuşdur. Konfransda süfrə mədəniyyəti, süfrə bəzəyi, süfrəyə qulluq,yemək çeşidləri barədə ətraflı məlumat verilərək, əyani şəkildə nümayiş olundu.

06.11.2022 – ci il tarixində Gəncə Tibb Kolleci “8 noyabr – Zəfər günü”nü qeyd etdi.

16.11.2022 – ci il tarixində Tələbə Gənclər Təşkilatının xətti ilə Gəncə Tibb Kollecində “nitq mədəniyyəti”  mövzusunda konfrans təşkil olunmuşdur.

24.11.2022 – ci il tarixində Gəncə Tibb Kollecində “İctimai nəqliyyatda davranış qaydaları” mövzusunda görüş keçirilmişdir.

25.11.2022 – ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Əczaçılar Klubu" ictimai birliyinin birgə həyata keçirdiyi "Sağlam həyat, sağlam gələcək" adlı layihənin növbəti tədbiri Gəncə Tibb Kollecində keçirilmişdir.

29 – 30.2022 – ci il tarixlərində  Tovuz şəhərində “Tovuz-2022 Gənclər Paytaxtı” çərçivəsində “Tovuz -2022” Region Gənclərinin Forumu keçirilmişdir.

01.12.2022 – ci il tarixində Gəncə Tibb Kollecində Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə tədbir keçirildi.  

06.12.2022 – ci il tarixində  Gəncə Tibb Kollecində dünya poeziyasının bənzərsiz bayraqdarı olan dahi şair, alim və mütəfəkkir Nizami Gəncəviyə həsr olunmuş  “təbabət bilicisi NİZAMİ GƏNCƏVİ və müasir tibb" adlı tədbir keçirilmişdir.

14.12.2022 – ci il tarixində Azərimed şirkətinin nümayəndələrinin Gəncə Tibb Kollecinin əczaçı tələbələri ilə görüşü keçirildi.

20.12.2022 – ci il tarixində Gəncə Tibb Kollecində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

18.01.2023 – cü il tarixində Gəncə Tibb Kollecində Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar toplantı keçirilib.

19.01.2023 – cü il tarixində Qanlı Yanvar faciəsi silsilə tədbirlərlə anıldı.

31.01.2023 – cü il tarixində Türkiyə Cümhuriyyətinin Gəncədəki yeni Baş konsulu Gəncə Tibb kollecində oldu.

01.02.2023 – cü il tarixində YAP Gəncə şəhər təşkilatında 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş Regional Gənclər Konfransında kollecimizin əməkdaşları və tələbəmiz mükafatlandırıldı.

23.02.2023 – cü il tarixində Gəncə Tibb Kollecində Xocalı soyqırımının 31 – ci ildönümünə  həsr edilmiş “Xocalı soyqırımı – XX əsrin faciəsi”adlı   anım tədbiri keçirilib.

27.02.2023 – cü il tarixində Gəncə Tibb Kollecinin tələbələri Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş spartakiadada 2-ci yerə layiq görülüblər.

01.03.2023 – cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Gəncə Tibb Kollecində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.  

02.03.2023 cü il tarixində Rusiyanın AVERON şirkəti Gəncə Tibb Kollecində “Bir addım irəli” devizi altında beynəlxalq müsabiqə keçirdi. Münsiflər heyətinin qiymətləndirməsinə görə Möhübbət Şabanov 1-ci, Raul Əşrəfzadə 2-ci, Rahib Nuhov 3-cü yerə layiq görülüb. Çinarə Məhərrəmova isə həvəsləndirici mükafatın sahibi olub. Müsabiqənin keçirilməsində xüsusi köməklik göstərmiş kollecin 3-cü kurs tələbəsi Sahib Qasımov da xüsusi hədiyyə ilə təltif olunub.

 

06.03.2023 – cü il tarixində Gəncə Tibb Kollecinin bir qrup yüksək nəticə göstərən tələbəsi Qusarda istirahət etdi. Daim kollektivin və tələbələrinin sağlamlığını və yüksək ruh yüksəkliyini düşünən Gəncə Tibb Kollecinin rəhbərliyi  martın ayının 3-4-5 tarixlərində 25 nəfərdən ibarət ən yüksək nəticələr göstərmiş tələbələrdən ibarət qrupu,                      5 həkim-müəllim və 1 əməkdaşı Azərbaycanın əsrarəngiz təbiətə  malik  gözəl bir guşəsinə – Qusar  rayonunda yerləşən “Şah –Qusar” istirahət mərkəzinə göndərib. 

10.03.2023 -  Millət vəkilləri Gəncə Tibb Kollecində tələbələrlə görüşdülər. Gəncə Tibb Kollecində tələbələrlə millət vəkillərinin görüşü keçirilb.  Azərbaycan Gənclər fondunun maliyyə dəstəyi ilə keçirilən “Sağlam həyat tərzini kəşf et” layihəsinə yekun mərhələsinə qatılan 3 deputat – Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov gənclərlə görüş zamanı sağlam həyat tərzinin böyük əhəmiyyətinin olduğunu, gündəlik həyatımızda yerinə yetirəcəyimiz sadə üsullarla buna nail olmağın mümkünlüyünü diqqətə çatıdırıblar.

30.03.2023 -  31 Mart – Azərbaycanlıların soyqırımı Gəncə Tibb Kollecində anıldı.

04.04.2023 - “Aprel döyüşləri”nin ildönümü Gəncə Tibb Kollecində qeyd olundu. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində,  YAP Gəncə şəhər təşkilatının və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə 2016-cı ildə müzəffər ordumuzun düşmən üzərində qələbəsi ilə nəticələnən,  44 günlük  Zəfərimizin əsasını qoyan Aprel döyüşlərinin yeddinci ildönümünə həsr edilən tədbir keçirilib.

06.04.2023 - Gəncə Tibb Kollecinin kollektivi “Heydər Əliyev – Gənclərin Zəngin İrs Mənbəyi” adlı konfransda iştirak edib.  

07.04.20223 - Gəncə Tibb kollecinin rəhbərliyi və kollektivi Mir Cəlal Paşayevin ev muzeyini ziyarət edib. Gəncə Tibb Kollecinin rəhbərliyi və bir qrup həkim-müəllim heyəti Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevin ev muzeyini ziyarət edib. Onlar muzeydə olan ədibin şəxsi əşyalarına, döş nişanlarına, ailəsinə yazdığı məktublara və ona həsr edilmiş incəsənət nümunələrindən olan yağlı boya ilə işlənmiş portretlərə, tablolara, öz əsərlərinə,  muzeyə hədiyyə edilmiş kitablara, qəzet məqalələrinə, ailə şəkilləri də daxil olan eksponatlara baxdıqdan sonra muzeydə olan xatirə dəftərinə öz ürək sözlərini qeyd  ediblər.  

04.04.2023 - Gəncədə Tibb Kollecinin tələbələri "Heydər Əliyev - 100" fləşmobunda iştirak ediblər. Gəncədə tələbələr Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə maraqlı fləşmob keçirib. Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə şəhər Nizami bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Gəncə şəhərinin Baş meydanında "Heydər Əliyev - 100" yazısı nümayiş etdirilib. Fləşmobda 3 universitet və 2 kollecdən 2500 tələbə iştirak edib. Tələbələr arasında Gəncə Tibb Kollecinin tələbələri də olub.

10.04.2023 - Gəncə Tibb Kollecinin müəllimləri və bir qrup tələbəsi Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində dahi şəxsiyyətin yaratdığı və bu gün milyonlarla üzvü olan Yeni Azərbaycan Partiyası sıralarına daxil olub. Kollecdə bununla bağlı toplantı keçirilib. 

12.04.2023 - Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialının təşkilatçılığı, Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin dəstəyi ilə “Heydər Əliyev ili” çərçivəsində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar “Gənclərin asudə vaxtının təşkili” ilə bağlı “Sağlam həyat tərzini vərdişə çevir” mövzusunda tədbir keçirilib. Gəncə Tibb Kollecinin tələbələri də bu tədbirdə iştirak edib.

13.04.2023 - Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Gəncə Tibb Kollecinin tələbələri ilə görüşdü.

14.04.2023 - Gəncə Tibb Kollecində  illik tədbirlər planına əsasən “Hərbiləşdirilməmiş mülki-müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə Mülki-müdafiə” məşqi keçirilmişdir. Məşqdə həyəcan siqnalı verilərək şəxsi heyət sıralara toplanmışdır.

18.04.2023 -  Gəncə Tibb Kollecində Tələbə Gənclər təşkilatının xətti ilə dərsdən kənar məşğələlərdən biri də “Geyim mədəniyyəti”nə həsr olundu. Toplantıda tələblərlə yanaşı , kollecin direktoru, əməkdar həkim Mehman Rzayev, həkim – müəllim heyəti iştirak edirdilər.

18.04.2023 - Gəncə Gənclər Debat Forumu Yaz 2023 hazırlıqları davam edir.  Gəncə Tibb Kollecində təhsil alan tələbələr üçün Milli Debat Proqramının təqdimatı keçirilib. Tədbirdə Debatın tələbələr üçün əhəmiyyətindən, həmçinin Gəncə Tibb Kolleci Debat Klubunun tarixindən və qazandığı uğurlarından söhbət açılıb. 

20.04.2023 - Gəncə Tibb Kollecində “Zərifə Əliyeva - Ümummilli Liderin böyük sevgisi ” adlı konfrans keçirildi.

28.04.2023 - Bu gün Əməkdar elm xadimi, tibb elmləri doktoru, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyidir. Bu gün, aprelin 28-də Əməkdar elm xadimi, tibb elmləri doktoru, oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhvələr vermiş, görkəmli həkim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur.

05.05.2023 - Gəncə Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib.

10.05.2023 - cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən ümumşəhər tədbirində Gəncə Tibb Kollecinin rəhbərliyi və kollektivi  iştirak etmişdir.

10.05.2023 – cü il tarixində Gəncə Tibb Kollecinin kollektivi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan möhtəşəm konsert proqramında iştirak etmişdir.

16.05.2023 – cü il tarixində Gəncə Tibb Kollecində “Tələbə Gənclər Təşkilatının” xətti ilə növbəti tədbir keçirilib. Bu toplantının mövzusu “Ünsiyyət mədəniyyəti” olmuşdur. Tədbirdə kollecin həkim-müəllim heyəti və tələbələr iştirak etmişlər.

18.05.2023 – cü il tarixində Gəncə Tibb Kollecində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsiri” mövzusunda maarifləndirici tədbir keçirilmışdir.

26.05.2023 – cü il tarixində Gəncə Tibb Kollecinin əməkdaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibb Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir.

30.05.2023 – cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən Tələbə-Sağlamlıq Spartakiadası sona yetmişdir. Ötən həftə silsilə idman yarışlarının yekun mükafatlandırma tədbiri keçirilib. Gəncə Tibb Kollecinin tələbələri bu spartakiadada yüksək nəticələr göstəriblər. Gəncə Tibb Kollecinin tələbələri Dama yarışları üzrə 1-ci yer, Voleybol üzrə 2-ci yer, Şahmat üzrə 2-ci yer, Tennis üzrə 2-ci yer, Basketbol üzrə 2-ci yer, Futbol üzrə 1-ci yer, Atletika üzrə 2-ci yerə layiq görülüblər.

02.06.2023 – cü il tarixində Gəncə Tibb Kollecinin tələbələri AXC-nin tarix muzeyinə ekskursiya ediblər.

25.06.2023 –cü il  tarixində Heydər Əliyev Park kompleksində təşkil edilən tədbir  "Zəfər Tağının" önündə Azərbaycan Silahlı Qüvvələrin arsenalına daxil olan hərbi texnikalar, zirehli maşınlar və müxtəlif silahlar olan sərgi ilə başlayıb. Burada ordumuzun arsenalına daxil olan zirehli maşınlar, iri hərbi texnika, həmçinin qumbara, mina atanlar, pilotsuz uçuş aparatları nümayiş etdirilib. Həmçinin hərbiçilərin geyimləri, gündəlik qidalarını əks etdirən stendlər quraşdırılıb. Tədbirdə hərbçilər, rəsmi şəxslər, Gəncə Tibb Kollecinin rəhbərliyi, həkim-müəllim və bir qrup tələbə heyəti, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

05.07.2023 – cü il tarixində Gəncə Tibb Kollecində “Son zəng” çalındı.

07.07.2023 – cü il tarixində YAP Gəncə şəhər təşkilatının sədri Gəncə Tibb Kollecinin kollektivi ilə görüşdü.

22.09.2023 – cü il tarixində Gəncə Tibb Kollecində “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünə həsr olunan “ƏSRİN MÜQAVİLƏSİ” Tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır! Adlı konfrans keçirilib.

25.09.2023 – cü il tarixində Gəncə Tibb Kollecində Anım günü ilə bağlı açıq dərs keçirilib. Mühazirədə kollecin müəllim və tələbələri iştirak edib. Çıxış edənlər 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başlayan Vətən müharibəsindən söhbət açıblar.

26.09.2023 – cü il tarixində Gəncə Tibb Kollecində Anım günü ilə əlaqədar konfrans keçirilib. Tədbirdə kollecin həkim-müəllim və tələbə kollektivi iştirak edib. Konfrans Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

26.09.2023 – cü il tarixində Gəncə Tibb Kollecinin kollektivi Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan İlqar Bürcəliyevin ailəsini ziyarət etdi.

27.09.2023 – cü il tarixində Gəncə Tibb kollecinin rəhbərliyi, həkim-müəllim kollektivi və tələbələr 44 günlük müharibə zamanı ermənilər tərəfindən raket zərbəsinə məruz qalmış Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət ediblər və terror zamanı həyatını itirən dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.

27.09.2023 – cü il tarixində  Gəncədə 27 sentyabr Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Anım tədbiri Gəncə Şəhidlər xiyabanında baş tutub. Anım mərasimində Müdafiə Nazirinin müavini, Quru Qoşunları komandanı, general-mayor Ənvər Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Tibb Kollecinin kollektivi, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

03.10.2023 - cü il tarixində Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev tibb təhsili almaq üçün kollecə qəbul olun tələbələrlə  görüşüb. Tədbirdə tələbələrlə yanaşı tibbi təhsil müəsisəsinin həkim - müəllim heyəti  də iştirak edirdi. Görüşdə yeni tələbə adını qazananları salamlayan Mehman Rzayev onlara dərslərində və gələcək təhsil karyeralarında uğurlar arzuladı.

06.10.2023 – cü il tarixində  Gəncə Tibb Kollecində 2023-cü il  tədris ili üçün Mülki müdafiə tədbirlər planına müvafiq olaraq «Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti» mövzusunda Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşqi keçirilib. Tədbirə müəssisənin MM rəhbərliyi, FHK-sı, MM qərargahı, ММ qüvvələrinin şəxsi heyəti cəlb olunub.

04.11.2023 – cü il tarixində Azərbaycan Texnologiya Universitetinin təşkil etdiyi “8 Noyabr Zəfər” gününə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı intellektual bilik yarışması keçirilib. Universitetlər və kolleclər də daxil olmaqla 16 komandanın qatıldığı yarışda Heydər Əliyevin həyat və yaradıcılığı, İlham Əliyev və müasir Azərbaycan, Zəfərə gedən yol, Vətən müharibəsi Qəhrəmanları, Qarabağ həqiqətləri, Qarabağ ədibləri və ümumi  dünyagörüşü üzrə suallar səsləndirilib. Gəncə Tibb Kollecinin - TƏBİB komandası 16 komanda arasında 10-cu yerə layiq görülüb.

06.11.2023 – cü il tarixində Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Günü ilə bağlı “Qarabağ Azərbaycandır! adlı tədbir keçirilib. Toplantıda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

14.11.2023 – cü il tarixində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmə” mövzusunda tələbələrlə görüş keçirilib. Çıxış edənlər erkən nigahlar və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları barədə danışaraq, bunun qanun pozuntusu olduğunu, qarşısının alınması yolları və bu sahədə görülən genişmiqyaslı tədbirlərdən danışıblar.Görüşdə həmçinin, qızların təhsil almasının önəmli olduğu vurğulanıb. Qız uşaqlarının təhsillərinə üstünlük verilmələri, onların cəmiyyətə yararlı şəxsiyyətlər kimi yetişdirilməsi istiqamətində valideynlərin böyük məsuliyyət daşıdığı qeyd edilib.

16.11.2023 – cü il tarixində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində könüllülük fəaliyyəti və onun təbliği mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 2 saylı Gəncə regional Asan Xidmət Mərkəzinin nümayəndələri də iştirak ediblər. Görüşdə, ölkəmizdə könüllülük fəaliyyətinin  geniş vüsət aldığı qeyd edilib, gənclərin bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışılıb.

17.11.2023 - cü il tarixində  “Gəncə Gənclər Debat Forumu Payız 2023”- ün hazırlıqları çərçivəsində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində təhsil alan tələbələr üçün Milli Debat Proqramının təqdimatı keçirilib.

20.11.2023 – cü il tarixində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində tədbirlər planına uyğun olaraq  “Fövqəladə hallar zamanı ilkin davranış qaydaları” mövzusunda Mülki Müdafiə tədbiri keçirilib. 

23.11.2023 – cü il tarixində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində tələbə valideynləri ilə görüş keçirilib.

24.11.2023 – cü il tarixində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Ulu Öndər Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda dəyirmi masa keçirilib. 

28.11.2023 – cü il tarixində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Ulu öndər və Yeni Azərbaycan Partiyası” adlı konfrans keçirilib. Tədbirdə təhsil müəssisəsinin rəhbərliyi, həkim-müəllim və tələbə kollektivi ilə yanaşı Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının rəhbər heyəti, eləcə də qonaqlar iştirak etmişlər.

01.12.2023 – cü il tarixində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının və Gəncə-Daşkəsən Gənclər və İdman  İdarəsi, Gənclər Evi SXM-nin birgə təşkilatçılığı və Ombudsmanın Qərb Regional Mərkəzinin dəstəyi ilə dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan "Gələcəyimizi və gənclərimizi qoruyaq" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə qonaqları salamlayan Gəncə Tibb Kollecinin direktoru Əməkdar Həkim Mehman Rzayev QİÇS-ə qarşı mübarizədə gənclərə pis vərdişlərdən uzaq olmağı tövsiyə edib, sağlam həyat tərzini dəstəkləməyin vacibliyini vurğulayıb.

 

12.01.2023  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024