GƏNCƏ TİBB KOLLECİ

Laboratoriya diaqnostikası


İxtisas dərəcəsi: Feldşer-laborant
Təhsil müddəti: 3 il
"Laboratoriya diaqnostikası" şöbəsi Gəncə Tibb Kollecində 2018-ci ildən  fəaliyyət  göstərir

 

Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası

Feldşer-laborant bütün növ laborator müayinələri yerinə yetirmək üçün vilayət, şəhər və kənd müalicə-profilaktika müəssisələrinin, həmçinin tibbi elmi-tədqiqat insitutlarının laboratoriyalarında və ixtisaslaşmış tibbi laboratoriyalarda feldşer-laborant vəzifəsində işləyir.

“Laboratoriya diaqnostikası” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Tibbi etika və deontologiyanın əsas prinsiplər;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi sosial yardımın göstərilməsinin təşkilini;

- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;

- Tibbi sənədlərin tərtib olunmasını;

- Sanitar maarif işini;

- Laborator sənədlərinin və müayinə blanklarının doldurulmasını;

- Təhlükəsizlik texnikası qaydalarını;

- Yeni laborator müayinə üsullarını;

- Laborator daxili və laboratoriyalar arası keyfiyyət nəzarətini;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik katetrlərinin qoyulması və s.) yerinə yetirilməsini;

- Xəstələrə qulluğun ümumi prinsiplərini;

- Profilaktik şərtlərə əməl etmək şərti ilə yoluxucu materialla işləmə qaydasını;

- Laborator cihazları ilə işləməyi;

- Biomaterialı qəbul etməyi və qeydiyyata almağı;

- Barmaqdan qan almağı;

- Mədə möhtəviyyatını, 12 barmaq bağırsaq möhtəviyyatını götürməyi;

- Qanın, sidiyin, nəcisin, mədə şirəsinin, 12 barmaq bağırsağın möhtəviyyətinin və s. ümumi müayinəsini aparmağı;

- Müxtəlif müayinə cihazları, həmçinin müasir avtomat, yarımavtomat cihazları işlətməyi;

- Laborator qablarını kimyəvi təmiz yumağı, sterilləşdirməyi;

- Dezinfeksiyaedici məhlulları hazırlamağı;

- İşlədilən materialı, ləvazimatı zərərsizləşdirməyi.


İxtisaslar

040709 “Laboratoriyadiaqnostikası” şöbəsinin  məzunu  xüsusi  hazırlıq səviyyəsinə görə  kliniki, biokimyəvi, bakterioloji  və  seroloji  laboratoriyalarda laborant vəzifəsində işləyə bilər.

 

 

16.01.2023  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024