GƏNCƏ TİBB KOLLECİ

Tibb bacısının işi


İxtisas dərəcəsi : Tibb bacısı
Təhsil müddəti : 3-il
"Tibb bacısının işi" şöbəsi Gəncə Tibb Kollecində 1939-cu ildən fəaliyyət göstərir

 

Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası

Səhiyyə sahəsində ixtisasın yeri: Müalicə-profilaktika müəssisələrində və ev şəraitində.

“Tibb bacısının işi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi sosial yardımın göstərilməsinin təşkilini;

- Profilaktik və sanitar maarifləndirmə işlərinin yerinə yetirilməsini, sanalogiya və valeologiyanın əsaslarını;

- Müalicə-profilaktika müəssisələrində sanitar–rofilaktik rejimin təşkili;

- Dispanserizasiyanın təşkili və aparılmasını, xəstələrin vaxtında aşkar edilməsini;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;

- Dietologiyanınə saslarını;

- Əhalinin sağlamlıq vəziyyətinin statistikasını və tibbi sənədlərin tərtib olunmasını;

- Tibbi və sosial reabilitasiyanın əsaslarını;

- Sanitar maarif işini;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkimə qədər yardımın göstərilməsini;

- Travmalar, zəhərlənmələr, yanıqlar və s.zamanı ilk yardımın göstərilməsi;

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

- Laborator və instrumental müayinələrin aparılmasının ümumi prinsiplərini, müayinələrə xəstələrin hazırlanması və müayinə üçün materialların (qan, əsnəkdənyaxma, bəlğəm, sidik, nəcis) düzgün götürülməsini;

- Qan kəsici jqutun qoyulmasını;

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik katetrlərinin qoyulması və  s.) yerinə yetirilməsini;

- Dərman preparatlarının alınması, yazılması və saxlanılmasını;

- Mantusınağının qoyulma texnikasını;

- Xardalyaxmaları, zəlilər, bankalar, buzqovuğu, qazçıxarıcı boru, kompresslərin qoyulmasını-Xəstələrə  qulluğun ümumi prinsipləri və ayrı-ayrı xəstəliklər zamanı qulluğun xüsusiyyətlərini (ağız boşluğun, qulaqlara, buruna, dəriyə qulluq);

- Fizioterapevtik prosedurların yerinə yetirilməsini;

- Profilaktik peyvəndlərin aparılma texnikasını.

 


İxtisaslar

040707 “Tibb bacısının işi” şöbəsinin  məzunu  xüsusi  hazırlıq səviyyəsinə  görə  aşağıdakı  ixtisas fəaliyyətini  yerinə  yetirə  bilir:

- Müalicə-mühafizə;

- Diaqnostik;

- Sanitar-epidemiya əleyhinə;

- Səhiyyənin təşkili.

 

10.01.2023  [ 00:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024