GƏNCƏ TİBB KOLLECİ

Mamalıq işi


İxtisas dərəcəsi : Mama-ginekoloji müəssisələrində  mama  və tibb  bacısı
Təhsil müddəti : 3-il
"Mamalıq işi" şöbəsi  Gəncə Tibb  Kollecində 1932-ci ildən fəaliyyət göstərir

 

Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası

Səhiyyə sahəsində ixtisasın yeri: Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qadın məsləhətxanaları, doğumevləri, xəstəxanaların doğum şöbələrində) hamilə qadın və ginekoloji xəstələrə həkimə qədər müalicə, profilaktik və təxirəsalınmaz tibbi yardım göstərmək üçün mama və tibb bacısı, kənd yerlərində “feldşer - mama” məntəqələrində orta ixtisas təhsilli məntəqə müdiri və tibb işçisi hazırlayır.

“Mamalıqişi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- İşlədiyi əhatə dairəsində hamilə qadınları, xüsusilə hamiləlik və doğuş ağırlaşmaları olan qadınları vaxtındaaşkar edib həkim nəzarətinə çatdırmalı;

- Hamiləlik, doğuş, doğuşdan sonrakı dövrlərdə və ondan kənar vaxtlarda qadın xəstəliklərinin aşkar edilməsi vəmüalicəsində həkimin tam hüquqlu yardımçısı olmalı;

- Fəsadlaşmış hamiləlik, yaralanma, qanaxma, zəhərlənmələrdə və yeni doğulmuş körpəyə kəskin xəstəliklər zamanı təxirə salınmaz yardım göstərməyi;

- Müayinə üsulu ilə hamiləliyin diaqnozunu qoymağı, hamiləliyin müddətini (ay, həftə) təyin etməyi və differensasiya etməyi;

- Hamilə, zahi və  ginekoloji xəstələrin ambulator  qəbulu.Onlara evlərində patronaj  yardımı;

- Hamilə və ginekoloji xəstələrdə qan qrupları, hemoqlobin, sidikdə zülalın təyini və fizio-terapevtik proseduraları;

- Zahi qadına, evə yazıldıqdan sonra nəzarət etməli, zahiliq və doğuş patologiyasının baş verməsinin qarşısını  almalı;

- Zahi və ginekoloji xəstələrə qulluq və müalicə üsullarını, lazım olan əməliyyatları  bacarmalı;

- Doğum evlərində yeni doğulmuşların vərəmə və hepatitə  qarşı peyvənd   edilməsini;

- Normal doğuş qəbul  etməyi, yeni  doğulmuşlara  birincili   və ikincili  qulluğu;

- Qadın məsləhətxanası və ginekoloji kabinetlərdə aşkar və gizli keçən xəstəlikləri, xüsusən xərçəng, AİDS və zöhrəvi xəstəliklərin ilk formalarının vaxtında aşkar  edilməsini;

- Reanimasiya şöbələrində aparılan əməliyyatlarda bütün manipulyasiyaları vaxtında, düzgün və peşəkarcasına yerinə yetirməyi;

- Təsdiq olunmuş tibbi sənədlərin tərtibivə düzgün aparılmasını;

- Həkimin təyinatını həyata keçirməyi: qadınlarda xərcəng xəstəliyinin ilkin formasını aşkar etmək üçün müayinə  etməyi;

- Sağlam həyat  tərzi  məqsədilə sanitar  maarifi işi  aparmağı, planlı ailə  qurma, kontraseptivlərdən istifadə etmək üsullarına aid  məsləhət  verməyi;

- Tibbi arayışlar  verməyi, təcili  yardım  göstərmək  üçün, dərmanalmaq üçün imza ilə təsdiqlənmiş tələbnamə  yazmağı;

- Özfəaliyyətinin nəticələrini yekunlaşdırmağı, öz sahəsi  üzrə  sənədlərin   aparılmasını.


Ixtisaslar

040703 “Mamalıq işi” şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini  yerinə yetirəbilər:
 
- Müalicə mühafizə

- Diaqnostika;

- Sanitar  gigiyenası;

- Səhiyyə təşkilatı ixtisasa  uyğunlaşma (adaptasiya) imkanları;

- Sadə reanimasion  tədbirləri, müasir narkoz və reanimasion cihazlardan istifadə etməyi;

- Feldşer-mama məntəqəsində ştatda patronaj tibb bacısı olmadıqda bir yaşa qədər uşaqların sağlamlığına, fiziki, psixi inkişafına nəzarət  etməyi;

- Ümumi kliniki və laborator müayinələrin aparılması və nəticələrin qiymətləndirilməsi;

- Təşkilatı, statistik göstəriciləri hesablamaq və analiz etməyi  bacarığı.

 

10.01.2019  [ 10:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024