GƏNCƏ TİBB KOLLECİ

Əczaçılıq işi


İxtisas dərəcəsi: Əczaçılıq  işi
Təhsil müddəti: 3-il
"Əczaçılıq işi" şöbəsi Gəncə Tibb Kollecində 1999-ci ildən   fəaliyyət   göstərir

 

Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası

Səhiyyə sahəsində ixtisasın yeri:

Əczaçı (provizor köməkçisi) apteklərdə, tibbi alətlər, aparatlar və dəzgahlar, sanitariya və gigiyena mağazalarında nəzarət, analitik laboratoriyalarda, apteklərin anbarların da işləmək üçün hazırlanır.

“Əczaçılıqişi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi-sosial yardımın göstərilməsinin təşkilini;

- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Dərman preparatlarının fiziki və kimyəvi xüsusiyyətlərini ;

- Dərman preparatlarının təyinatını və onların insan orqanizminə təsirini;

- Tibbi malların assortimentini, dərman formalarının texnologiyasının nəzəri əsaslarını;

- Reseptlərin (nüsxə) qəbul və buraxılma qaydasını;

- Aptektlərdə olan kiçik mexanizasiyaların, apparat və qurğuların quruluşunu və onlardan istifadə qaydasını;

- Dərmanların xarabolma əlamətlərini, onları aşkar etməyi və qarşısını almağı;

- Dərmanların saxlanılması şərtlərini;

- Aptek işinin təşkilində bütün əsas qanun təlimatlarını;

- Tibbi sənədlərin tərtib olunmasını;

- Sanitar maarif işini;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkimə qədər yardımın göstərilməsini;

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik kateterlərinin qoyulması və  s.) yerinə yetirilməsini;

- Xəstələrə qulluğun ümumi prinsiplərini;

- Aptekə daxil olan reseptlərin oxunmasını;

- Resept üzrə paraşokların, sulu məhlulların, liniment və məlhəmlərin, inyeksiya məhlullarının, gözd ərmanlarının və s. hazırlanmasını;

- Dəmləmə, bişirmələrin hazırlanmasını;

- Zəhərli və güclü təsiredici maddələrin, narkotik maddələrin dozalarının düzgün yazılmasını, DF-sı üzrə yoxlamağı;

- DF-dan istifadə qaydalarını, hazırlanan dərmanları qruplar üzrə şkaflarda yerləşdirməyi;

- Dərman maddələrinin sterilizə üsullarını, avtoklavlardan istifadə etməyi;

- İnyeksiya dərmanlarının hazırlanmasında istifadə olunan stabilizatorlardan istifa dəetməyi;

- Standart məhlulları durulaşdırılmağı;

- Aptekdə istifadə olunan apparatları işlətməyi.


İxtisaslar

040706 “Əczaçılıq işi” şöbəsinin   məzunu hazırlıq  səviyyəsinə  görə  aşağıdakı  ixtisas  fəaliyyətini  yerinə
yetirə  bilər:

- Əczaçı;

- Əczaçı–texnoloq;

- Əczaçı–marketoloq;

- Kimyaçı–analitik.

25.01.2023  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024