GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Dinc və müharibə dövrlərində fövqəladə hallarda davranış qaydaları ” adlı maarifləndirici tədbir keçirilib.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Gəncə şəhər İcra Hakimiyyəti, Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Dinc və müharibə dövrlərində fövqəladə hallarda davranış qaydaları” adlı maarifləndirici tədbir keçirilib. Toplantıda çıxış edən FHN-nin Gəncə Regional Mərkəzinin əməkdaşları polkovnik-leytenant Bəhai Nəsirov və kapitan Rəşad Abdullayev əhalinin işləməyən təbəqəsinin fövqəladə hallar zamanı davranış qaydalarını necə icra etməyin yollarından danışdılar. B. Nəsirov vurğulayıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 700 nömrəli qərarı ilə tənzimlənən Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsiplərində qeyd olunub ki, mühafizə tədbirlərində əsas prinsip — fövqəladə halların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hallar zamanı adamların zədələnməsinin qarşısının alınması, yaxud zədələnmənin maksimum azaldılması, fövqəladə halların və onların nəticələrinin aradan qaldırılmasıdır.

    Sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimi Sveta Əzimova fövqəladə hallar zamanı göstərilə biləcək ilk tibbi yardım və onların həyata keçirilməsi formaları göstərildi.

    Sonda FHN-nin Gəncə Regional Mərkəzinin əməkdaşları fövqəladə hallar və bu zaman həyata keçirilməli olan tədbirləri əks etdirən film nümayiş olunub.

06.05.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024