GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbəsi respublika birincisi olub


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Laborator diaqnostika ixtisası üzrə 3 kurs tələbəsi Fatimə Qocayeva  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci  ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsində kolleclər arasında bəstəkar mahnısı üzrə respublika birincisi olub. 10-a yaxın müxtəlif şəhər və rayonları təmsil edən kolleclərin tələbələrinin mübarizəyə qatıldığı müsabiqədə Fatimə Qocayeva Fikrət Qocanın sözlərinə Sevil Əliyevanın bəstələdiyi “Ana” mahnısı ilə çıxış edib. Münsiflər heyətində Azərbaycan Respublikasının xalq artisti   Samir Cəfərov, Azərbaycan Respublikasının əməkdar artisti   Təyyar Bayramov, tanınmış xanəndə Babək Niftəliyev, Teyyub Aslanın da yer aldığı yarışmada Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbəsi bəstəkar nominasıyasında birinci yerə layiq görülüb.

    Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri Xalidə Nəbiyeva şeir nominasiyasında, Fatimə Qocayeva isə Azərbaycanın bəstəkar mahnıları nominasiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci  ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin 2-ci zona mərhələsində 1-ci yerə layiq görülərək finala vəsiqə qazanıblar.

   Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

19.04.2024  [ 15:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024