GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ümummilli lider Heydər Əliyevin 101-ci il dönümü münasibətilə “Əbədi yaşar lider” adlı konfrans keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ümummilli Lider Heydər Əliyevin 101-ci il dönümü münasibətilə “Əbədi yaşar lider” adlı konfrans keçirilib. Azərbaycanın Dövlət himninin səsləndirilməsi, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən kollecin direktoru, əməkdar həkim Mehman Rzayev Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yer tutmasından, dahi şəxsiyyətin milyonlarla insanın rəğbətini qazandığını və tarixə xilaskar, müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi silinməz iz buraxdığını vurğulayıb: “Müstəqil Azərbaycan dövlətinin uğurlarının təməlində Heydər Əliyev ideyaları dayanır. Ümummilli liderin məhz liderlik xüsusiyyətləri və uzaqgörən siyasəti nəticəsində ölkəmiz günü gündən inkişaf etdi. Müasir ordumuz formalaşdı, iqtisadiyyatımız durmadan inkişaf edib. Liderlik bacarığı sayəsində dahi şəxsiyyət Azərbaycanı xaosdan, vətəndaş müharibələrində xilas etdi.              Sonra onun bu tarixi missiyasını liderlik xüsusiyyətini atasından götürən, ulu öndərin layiqli davamçısı İlham Əliyev yerinə yetirdi və bu Azərbaycan bütöv suverenliyini bərpa edən, regionda söz sahibliyinə malik olan bir dövlət yaradıb. Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev ulu öndərin ən böyük arzusunu gerçəkləşdirdi. Azərbaycanın ərazi bütövlüyü təmin edib. 30 il işğal altında qalan əzəli torpaqlarımızı - Qarabağı mənfur erməni işğalından azad etdi. Bu gün Azərbaycan qələbəyə doğru inamla addımlayır. İlham Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi əzmkar və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz dünyada layiq olduğu mərtəbəyə yüksələ bilib. Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da ölkəmizin alternativsiz lideri kimi qəbul edilir” deyə M. Rzayev əlavə edib.

      Sonra çıxış edən natiqlər də ulu öndərin liderlik xüsusiyyətlərindən, dünya siyasətçiləri tərəfindən əsl peşəkar rəhbər kimi qəbul edilməsindən danışıblar. Qeyd olundu ki, məhz Heydər Əliyev məktəbinin davamçısı kimi Ali baş komandan İlham Əliyev də dünya liderləri tərəfindən yüksək qiymətləndirilir.

    Çıxışlardan sonra ümummilli liderə həsr olunan şerlər söylənildi, “Əbədi yaşar lider” adlı filmə baxış keçirilib.

05.04.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024