GƏNCƏ TİBB KOLLECİ

TARİXİMİZ


Post Image

Gəncə Tibb Kollecininin əsası 1931-ci ildə Az.SSR-nin Xalq Səhiyyə komissarlığının qəraraı ilə ilk orta ixtisas  Tibb Politexnikumu kimi yaradılmışdır. Sonradan Feldşer - Mama Məktəbinə çevrilmişdir. 1939-cu ildən N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbi , 1989-cu ildən Gəncə Tibb Məktəbi , 2010-cu ilin iyun ayından Gəncə Tibb Kolleci adlandırılmışdır (Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 saylı qərarı ilə Səhiyyə Nazirliyinin 25.06.2010 47 saylı əmrinə əsasən)

Gəncə Tibb kolleci dövlət statuslu təhsil müəssisəsidir. Orta ixtisas təhsilli mütəxəssislər hazırlayır.

Gəncə Tibb Kollecində :

- Müalicə işi

- Mamalıq işi

- Tibbi profilaktika

- Laborator diaqnostika

- Ortopedik stomatologiya

- Əczaçılıq işi

-Tibb bacısının işi

ixtisası üzrə  tələbələr təhsil alır.

Hazırda kollecdə 730 nəfər tələbə təhsil alır.Təhsil forması əyanidir. Gəncə Tibb Kollecində 88 nəfər təcrübəli və savadlı  həkim –müəllim heyəti  çalışır.

Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə Dövlət təhsil müəssisəsidir.

Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta ixtisas tibb işçiləri hazırlanmışdır. Gəncə Tibb Kollecində həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kursları da fəaliyyət göstərir.

Kollecimizdə təhsil almış və alan bütün tələbələrə seçdikləri bu şərəfli peşənin keşməkeşli həyat yolunda uğurlar diləyirik.

Gəncə Tibb Kollecinin direktoru Respublikanın əməkdar həkimi Rzayev Mehman Elman oğlu


Direktor vəzifəsində çalışmış həkimlər

Adsız - 01.09.1931-01.12.33

Məmmədzadə - 01.12.1933-23.02.1934

Mirizadə Y. - 23.02.1934-11.03.1934

Mustafazadə L. - 11.03.1934–14.12.1935

İsmayılova  N. – 14.12.1935-05.06.1936

Adsız – 05.06.1936-15.11.1936

Adsız – 15.11.1936-14.02.1939

Məmmədbəyov İsrəfil – 14.02.1939-29.12.1939

Ələkbərov Şəfi – 29.12.1939-19.03.1940

Ağayev Mikayıl – 19.03.1940-01.06.1940

Məmmədova – 01.06.1940-10.04.1941

Cəfərov Hümbət – 12.04.1941-09.04.1946

Seyidzadə   Ağamir Hüseyn – 09.04.1946-13.07.1949
                                  
Əliyev Məmməd Əli oğlu – 13.07.1949-08.02.1950

Məmmədzadə Vəli Məmmədhüseyn – 08.02.1950-17.08.1951

Qurbanov  Həmid Hüseyn oğlu – 26.08.1951-27.06. 1976

Hüseynov Cahangir Əli   oğlu – 01.10.1976-30.10.1979

Verdiyeva Növrəstə Qafar qızı – 01.11.1979–22.06.1982

Rzabəyova Tamella  Neymətulla qızı – 24.06.1982-06.06.1988

Feyzullayev Telman Abdulla oğlu – 30.08.1988–10.10.1992

Hüseynəliyev Müzadil Süleyman oğlu – 10.10.1992-09.09.1993

Feyzullayev Telman Abdulla oğlu – 09.09.1993-09.03.1995

Məmmədzadə Vamiq Vəli oğlu – 07.04.1995–27.07.2000

Məmmədov Fərhad Rəfi oğlu – 27.07.2000–28.08.2006

İbrahimov Niyazi İdris oğlu – 28.08.2006-06.09.2016

Rzayev Mehman Elman oğlu – 08.09.2016-hal-hazıradək

Kollecimizi bitirən məşhur həkimlər

Məhərrəmov Kamal Qənbər oğlu – professor

Bayramov Məhərrəm Əhəd oğlu – professor

İsmayılov Kamal Adıgözəl oğlu - məşhur uroloq

Hüseynov Məşdi Musa oğlu - məşhur lor

Talıbov Talıb Qara oğlu - kardioloq

Arxaft Yusif Nəsib oğlu - nevropatoloq

Cəfərov Axund Məmməd oğlu – cərrah

İsayev Nazir İsa oğlu – cərrah


25.12.2018  [ 10:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024