GƏNCƏ TİBB KOLLECİ

Tədrisin təşkili


Post Image

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci hüquqi statusuna görə dövlət, orta ixtisas təhsili mütəxəssislərin hazırlığını, respublikanın orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir.

Kollecdə təhsil almaq, ixtisas artırmaq, təkmilləşdirmək və ixtisas dəyişdirmək ödənişli və ya ödənişsiz qaydada həyata keçirilir.

2014-cü ildən kollecdə tədrisin kredit sistemi ilə təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş orta ixtisas təhsil müəssisələrində “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun aparılır.

Kollecdə kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, şöbələr, fənn birləşmə komissiyaları, qeydiyyat, qiymətləndirmə bölmələri) tərəfindən tənzimlənir.

Tədris ili bir qayda olaraq sentyabrın 15-də başlayır və həmin ixtisasın tədris planına uyğun olaraq başa çatır.

Tədris ili 2 semestrdən (Payız və Yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, ödənişli əsaslarla yay semestridə təşkil oluna bilər.

Tədris ilinin ümumi davametmə müddəti 40 həftədir. Tələbələr üçün tədris ili ərzində iki dəfədən az olmayaraq ümumi müddəti 2-12 həftəlik tətillər müəyyən edilir.

Gəncə Tibb Kollecində dərs məşğələlərinin aşağıdakı əsas növləri müəyyənləşdirilir: mühazirə, seminar, təcrübi məşğələ, laboratoriya məşğələləri, sərbəst iş, tədris istehsalat təcrübəsi, diplomqabağı təcrübə.

Gəncə Tibb Kollecində təhsilin humanist xarakterindən, ümumbəşəri dəyərlərindən irəli gələn tərbiyə vəzifələri tələbə və müəllimlərin birgə tədris yaradıcı istehsalat ictimai fəaliyyəti ilə yerinə yetirilir.

Gəncə Tibb Kollecində dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir.

Dövlət standartları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.
Kollecin təhsil pilləsinin proqramını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə kolleci bitirmələri barədə dövlət nümunəvi sənəd-diplom verilir. Diploma əlavədə tədris edilmiş bütün fənlərin siyahısı, kreditlərin miqdarı (saatların miqdarı) və tədris planı üzrə fənlərdən alınmış qiymətlər (hərf və balla) göstərilir.

Diplomdansonrakı təhsillə bağlı ixtisaslaşma, təkmilləşdirmə kursların bitirilməsi barədə müvafiq vəsiqə və ya arayış verilir.
İmtahan qiymətlərinin ən azı 75%-i “əla” qalanları isə yalnız “yaxşı” olan, dövlət imtahanından “əla” qiymətlər alan məzunlar fərqlənmə diplomu alırlar.
Tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi Təhsil Nazirliyinin 231 saylı 20.02.2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Əsasnamə” yə uyğun aparılır.

Bu sistem tələbələrin tədris dövründə əldə etdikləri biliklərinin qiymətləndirilməsinin mövcud sistemini təkmilləşdirmək və onun səmərəliyini artırmaq məqsədi daşıyır. Digər tərəfdən isə bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətinin əsas istiqamətlərini əhatə etməyə imkan verir.

Orta ixtisas təhsili haqqında diplom formalarının dövlət nümunələri müəyyən olunmuş qaydada Təhsil Nazirliyi tərəfindən hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Gəncə Tibb Kolleci qanunvericiliyinə, xüsusi normativ aktlara, müəssisə haqqında qanuna və bu əsasnaməyə müvafiq olan Nizamnamə əsasında idarə olunur.
Gəncə Tibb Kollecinin Nizamnaməsi onun ali orqanında Pedaqoji Şurasında qəbul olunur və təsisçi tərəfindən təsdiq olandan sonra Ədliyyə Nazirliyində qeydiyyata alınır.

 

Orta İxtisas Təhsilin Dövlət Standartları

Həmin standart aşağıdakıları müəyyənləşdirir:

- Orta ixtisas təhsili sahəsində əsas anlayış;

- Orta ixtisas təhsili sisteminin strukturu, orta ixtisas təhsili haqqında sənədləri;

- Orta ixtisas təhsili üzrə əsas təhsil proqramlarına verilən ümumi tələbləri;

- Orta ixtisas təhsili müəssisələri tələblərinin tədris yüklərinin ümumi normativləri;

- Orta ixtisas təhsilinin məzmununun müəyyənləşdirilməsində orta ixtisas təhsili müəssisəsinin müstəqilliyini;

- Standartın tələblərinə əməl olunmasına dövlət nəzarətinin qaydalarını;

- Orta ixtisas təhsili istiqamətləri və ixtisaslarının siyahısını;

- Orta ixtisas təhsili məzunlarının hazırlığının konkret istiqamətlər və ixtisaslar üzrə məcburi minimum məzmunu və səviyyəsinə verilən ümumi tələbləri.

Gəncə Tibb Kollecində həmin standarta əməl olunması məcburidir.

Gəncə Tibb Kollecində orta ixtisas təhsilinin əsas təhsil proqramı-tədris təcrübəsi və məzunların ixtisas hazırlığının attestasiyadan keçirilməsi də daxil olmaqla təhsilin məzmununun müəyyənləşdirən sənəddir.

Gəncə Tibb Kollecində təhsilin normativ müddəti orta və ya texniki peşə təhsili bazasından standart uyğunlaşdırılmış orta ixtisas proqramlarının əyani formada mənimsənilməsini müddətləridir. Normativ tədris müddəti orta və ya texniki peşə təhsili bazasında 3 ildir

Gəncə Tibb Kollecinin məzunlarına orta ixtisas təhsili haqqında verilən dövlət sənədi bu standart üzrə peşə hazırlığı səviyyəsində və peşə fəaliyyəti dairəsində işləmək və təhsilini davam etdirmək imkanı verir.

Orta ixtisas təhsilinin peşə təhsili proqramında aşağıdakı məcburi fənnlər bölünür - nəzərdə tutulur:

HF-B00 Humanitar fənlər

İPF-B00 İxtisasın (proqramın) peşə hazırlığı fənləri

Orta ixtisas peşə təhsili proqramına məcburi daxil edilən fənnlərlə yanaşı fakultativ fənn də daxil edilir.

Bir təhsil proqramında digər təhsil proqramına keçməklə təhsilin davam etdirilməsi qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Təhsil alan tələbələrin həftəlik dərs yükü 30 saatdır.

Bir akademik saat 45 dəqiqədir.

Təhsil proqramları kollecin mütəxəssisləri tərəfindən tərtib edilmişdir. Fənnlər üzrə tədris proqramlarında hazırki standartın tələbləri, fənnə uyğun elmin sistemli kursunu əhatə edir. Tədrisin yüksək səviyyədə keçirilməsi üçün yeni proqramlar kollecin müəllimləri tərəfindən tərtib olunmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Orta ixtisas təhsili istiqamətləri və ixtisasları üzrə məzunların biliyinə və hazırlıq səviyyəsinə verilən ümumi tələblər hər bir istiqamət və ixtisas üzrə dövlət standartları ilə müəyyən edilir.

Gəncə Tibb Kollecinin direktorunun əmri ilə təhsilə başlayan şəxs tələbə adlanır. Tələbəyə tələbə bileti və qiymət kitabçası verilir.
Gəncə Tibb Kollecinin tələbəsi elmin, texnikanın, mədəniyyətin müasir səviyyəsinə uyğun bilik əldə etmək; hər növ tədris məşğələlərində iştirak; Gəncə Tibb Kollecinin fəaliyyətinə aid ən vacib məsələlərin müzakirəsində və həllində iştirak etmək; kitabxanalardan informasiya fondlarından, müalicə bölmələrindən, hesablama mərkəzlərindən, tədris və tədqiqat laboratoriyalarından pulsuz istifadə etmək; konfranslarda, simpoziumlarda iştirak etmək; öz işlərini təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada Gəncə Tibb Kollecinin rəhbərliyinin tələbələrə və şəxsin özünə aid olan əmr və sərəncamları ilə razı olmadıqda, onlardan yuxarı təşkilatlara şikayət etmək hüququna malikdir.

Gəncə Tibb Kollecinin tələbələri təhsil tələblərini yerinə yetirməyə borcludurlar. Onlar Nizamnamə tələblərini yerinə yetirməli və daxili qayda-qanuna riayət etməlidirlər.

Gəncə Tibb Kollecindən xaric edilmə, bərpa olunma və müxtəlif köçürmələr Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.

25.12.2018  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024